İntihar etmiş MTN-çi ilə işləmiş gömrük generalı nazirdən niyə qopdu? - İddia
Siyaset
Oxunub: 406
19 noy 2018 | 12:20
İntihar etmiş MTN-çi ilə işləmiş gömrük generalı nazirdən niyə qopdu? - İddia














Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, general-mayor Ehtiram Xəlilov barəsində iddialar səslənməkdədir.

Cahan.info xəbər verir ki, E.Xəlilov onun karyera yüksəlişinə səbəb olmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yolları ayırmalı olub.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin E.Xəlilov qarşısında qoyduğu ağır şərtlərdən biri K.Heydərovla onun arasında seçim etməsi olub.

"Azərterminalkompleks” birliyinin direktoru bir zamanlar K.Heydərovun ən yaxın adamlarından imiş və iddialara görə, FHN rəhbərinin məclislərinin tərtibatçısı funskiyasını yerinə yetirib.

Bu haqda AzEuroNews.com-un verdiyi xəbərdə bildirilir ki, general paqonunu da ona elə K.Heydərov hədiyyə edib. Ancaq DGK-nin hazırkı sədri E.Xəlilovdan açıq mövqe tələb edib. Son dövrlər süqutunu yaşamaqda olduğu görünən nazirin mövqelərinin sarsılması E.Xəlilovu praqmatik qərar verməyə vadar edib.

Xəbərə görə, S.Mehdiyev E.Xəlilovu çağıraraq ya ərizə yazmağı, ya K.Heydərovla əlaqələri kəsməyi tapşırıb. Generalın ikincini seçdiyi iddiası var.

Qeyd edək ki, o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Cahan.info aktual.az-a istinadla xəbər verir ki, Ehtiram Xəlilovun İlqar Əliyevin yüksəlməsində müstəsna rolu olduğu üzə çıxıb. Gömrük generalı nüfuzundan istifadə edərək Eldar Mahmudovdan ona şərait yaradılmasını istəyibmiş.

Və İlqar Əliyev qısa müddətdə şöbə rəisinin müavini, şöbə rəisi, nəhayət, idarə rəisinin müavini təyinatları alıb. Bu həmin İlqar Əliyevdir ki, MTN olayı zamanı həbs olunmuşdu. Bir müddət həbsxanada qalaraq, orada intihar etmişdi.

Göyçayda E.Xəlilova məxsus olduğu deyilən "Çərəkə Gölü" istirahət mərkəzi İlqar Əliyevin qardaşı Mustafa Əliyev tərəfindən idarə olunur.

Qaynar.info-nun dəqiqləşdirmələrindən sonra məlum olub ki, Çərəkə kəndi ərazisində 1975-ci ildən fəaliyyətə başlayan "Çərəkə gölü” istirahət zonası təbii gölün ətrafında yerləşir və hektarlarla ərazini əhatə edir.

Doğrudan da bu istirahət mərkəzi əvvəllər başqa bir sahibkara məxsus olub, amma sonra obyektin sahibi müəmmalı şəkildə həbs olunur və gömrük generalı Çərəkə gölünü və istirahət mərkəzini ələ keçirir.

Regionxeberleri.com yazmışdı ki, Səfər Mehdiyev və Ehtiram Xəlilov bir vaxtlar aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirirdilər. Hər iki general bu qeyri-rəsmi "biznes”dən hər ay yüz min manatlarla gəlir əldə edirdilər.

Səfər Mehdiyev və Ehtiram Xəlilova aid olan "TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər. Həmin "TIR”ların malları bir qayda olaraq sərhəd keçid məntəqəsində qeydiyyata alınmırlar.

Bu əlaqələrdən və gedişatdan yaxşı nəticə çıxaran E.Xəliov S.Mehdiyevi seçərək, K.Heydərovdan qopmağa qərar veribmiş.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...