Paşinyandan Lukaşenkoya mesaj: “Biz elə bir iş görmüşük ki…”
“Belarusun Ermənistandan görməyə alışdığı münasibətlər bir də olmayacaq”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Qavar şəhər icmasının rəhbərliyi ilə görüşündə İrəvanın Minsklə münasibətlərini şərh edərkən deyib.
“Elə təəssürat yaranır ki, bir çoxları öz hərəkətsizlikləri üzündən Ermənistana kiçik ölkə, kiçik xalq kimi yanaşmağa cəhd edirlər və ya edəcəklər. Amma mən açıq şəkildə deyirəm: bu, işə yaramayacaq. Biz azsaylı xalq ola bilərik, amma biz böyük xalqıq… Bu ilin aprel-mayında biz elə bir iş görmüşük ki (“məxməri inqilab”), bəşəriyyət tarixində bunun presedenti yoxdur. Bundan sonra Ermənistanla hesablaşacaqlar. Əmin olun ki, bu münasibətlərimizdə (Belarusla) xalqımız və hökumətimiz respublikamızın maraqlarını müdafiə etmək iqtidarındadır və hər kəs bununla hesablaşmalıdır”, – Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya mesaj ünvanlayıb.
Xatırladaq ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ətrafında yaratdığı problemə görə təşkilatın daxilində təklənib. Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsində israrlıdır. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.
Daha sonra isə Belarus prezidenti Aleksandr Luşakenko Azərbaycan səfiri ilə KTMT daxilində baş verənləri, xüsusən də, baş katib postuna namizəd məsələsini müzakirə edib. Baş verənlər qarşısında aciz qalan Paşinyan Nazarbayev və Lukaşenkodan Putinə şikayət etdiyini deyib.
Qeyd edək ki, KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda təhsil alan general-leytenant Stanislav Zasdır.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”