“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - Bakının “küləyi” və petrolu...
Siyaset
Oxunub: 430
20 noy 2018 | 20:52
“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - Bakının “küləyi” və petrolu...















Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdədir. Ziyarət çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb ki, bu da iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracaq, ikitərəfli münasibətlərə yeni və əlavə təkan verəcək. Söhbət həm də hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməkdən gedir.

İki ölkə arasında dost münasibətlər həmçinin regional və beynəlxalq məsələlərdə bir-birinin köklü maraqlarını gözləməklə ortaq hərəkət etməyi nəzərdə tutur ki, bunu da Bakı və Minsk hələ ki uğurla uzlaşdıra bilir. İlham Əliyevin Belarus səfəri, səfər zamanı keçirilən görüşlər, əldə olunan anlaşmalar və verilən bəyanatlar buna bariz sübutdur.

*****

Azərbaycan üçün Belarusla isti əlaqələrin daha bir önəmi, onun işğalçı Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT - “Rus NATO-su”) təmsil olunması, eyni zamanda qurumda söz sahibi olmasıdır. Prezident İlham Əliyevin səfəri həm də KTMT daxilində baş katiblik məsələsi ilə bağlı Minsklə İrəvan arasında yaşanan gərgin dövrə təsadüf etməsi ilə diqqətdədir.

Məlumdur ki, Belarus lideri Aleksandr Lukaşenko bu məsələdə prinsipial mövqe tutur. O dərəcədə ki, artıq Ermənistan XİN və baş nazir əvəzi Nikol Paşinyan buna olduqca qıcıqlı, hətta diplomatik etiketə sığmayan tərzdə əsəbi reaksiya verib. Minskin cavabı da gözlənildiyi kimi, gecikməyib və çox sərt olub.

Məsələ ondadır ki, rəsmi Minsk blokda bütövlükdə Azərbaycanla münasibətlərə daha böyük önəm verdiyini nümayiş etdirir, nəinki “blok üzrə tərəfdaş və müttəfiq” Ermənistanla. İrəvanı təlaşlandıran ən əvvəl budur. Təbii ki, Bakı da təşkilat daxilində işğalçı ölkənin təklənmiş duruma və “izqoy” duruma düşməsində maraqlıdır. Buna xeyli dərəcədə nail də olunub. KTMT-nin 5 üzvündən (Ermənistan xaric) 4-ünün - Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Azərbaycana məxsusi simpatiyası var. Rusiya isə ən azından bizə düşmən münasibətdə deyil, Azərbaycanı tərəfdaş ölkə sayır.

*****

Yeri gəlmişkən, KTMT-nin Astana sammitində yeni baş katib məsələsində də bu reallıq özünü göstərib. İrəvanın öz adamını təzədən “Rus NATO-su”na rəhbər gətirmək təklifini Kreml dəstəkləməyib. Demək, dolayısı ilə Bakının mövqeyi müdafiə olunub. Moskvadan verilən son açıqlama bu qənaəti möhkəmlədir.

Belə ki, KTMT baş katibi səlahiyyətlərini icra edən rusiyalı general Valeri Semerikov xüsusən də Qazaxıstanın və Belarusun mövqeyinə işarə edərək bildirib ki, erməni Yuri Xaçaturovun vaxtından əvvəl istefasından sonra qalan il yarımlıq müddətə yenə Ermənistan təmsilçisinin bu posta təyin edilməsinin effektiv olması əksər üzv-dövlətlərdə sual yaradıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir.

Yəni Moskva açıq şəkildə işarə vurur ki, KTMT-nin 6 dekabr növbədənkənar sammitində istənilən halda İrəvan deyən olmayacaq, çünki Ermənistanın məsələyə yanaşması artıq məqbul və konstruktiv hesab edilmir, bununla bağlı konsensus var. Üstəgəl, baş katibin vaxtından əvvəl istefa verməsi halında eyni ölkənin təzədən öz namizədini irəli sürməsi haqda KTMT nizamnaməsində heç nə yoxdur.

Bəzi müşahidəçilərə görə, Moskva İrəvan üçün ən yaxşı variant kimi öz adamı Semerikovun namizədliyi üstündə dayana bilər - ta ki, əlifba sırası üzrə növbə 2020-ci ildə Belarusa - Ermənistanın “mehriban düşməni”nə çatana kimi...

*****

“Rus NATO-su” ətrafında son baş verənlər İrəvanda ələlxüsus Azərbaycanla bağlantıda analiz edilməkdədir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am erməni portalında analitik Sərkis Arsruni yazıb: “Ötən bir neçə gündə KTMT baş katibi seçkisi ətrafında böhran öz kulminasiya nöqtəsinə çatdı, hətta bir-birinə formal müttəfiq sayılan Belarusla Ermənistan arasında əsl diplomatik savaşa çevrildi. Bu böhran KTMT-nin süni qurum olduğunu faş edir. Azərbaycan isə yaşanan böhranda üzv ölkələrin vaxtaşırı yararlandığı yanakı faktor, eyni zamanda benefisiarlardan biri qismində çıxış edir (benefisiar - baş verənlərdən qazanc götürən üçüncü maraqlı tərəf - ”YM")". Reallıq daha çox bundan xəbər verir ki, Ermənistan baş katiblik məsələsində öz namizədi ətrafında konsensus formalaşdıra bilməyib".

Buna paralel, erməni şərhçi etiraf edir ki, Bakı İrəvan üçün xoşagəlməz olan bu prosesdə öz “benzini” ilə odu “alovlandıra” bilib. Söz düşmüşkən, rusiyalı təhlilçilər də eyni şeyi deyirlər. “Mən düşünərəm ki, Peterburqda hamını qane edən qərar veriləcək. Ancaq indiki mərhələdə Ermənistan nümayəndəsi baş katib olmayacaq”. Bunu rusiyalı tanınmış hərbi ekspert Vladimir Yevseyev söyləyib.

Baş katiblik məsələsi Paşinyan iqtidarı üçün indi daxili dayaqları möhkəmlətmək baxımından da xüsusi önəm kəsb edir. Çünki 6 dekabr sammitindən cəmi 3 gün sonra Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Siyasi rəqibləri Nikolun KTMT fiaskosundan yüzdə yüz anti təbliğatda istifadə edəcəklər.

Öz növbəsində rusiyalı tanınmış telejurnalist və şərhçi Vladimir Solovyev hesab edir ki, Paşinyan çox istərdi ki, dekabrın 6-da Sankt-Peterburqdan İrəvana baş katiblik titulu ilə qayıtsın, ona görə ki, dekabrın 9-da parlament seçkiləridir. “Ancaq bu post Belarusa nəsib olsa, o zaman Paşinyanın opponentləri onun bu uğursuzluğundan səsvermə öncəsi istifadə edəcək, daha sonra isə uzun müddət bunu yada salacaqlar. Bu məsələdə güzəşt Paşinyanın zəifliyi kimi görünəcək, ”onu sındırdılar" deyəcəklər" - analitik qeyd edib.

Politoloqa görə, bu səbəbdən N.Paşinyana Peterburqda uğur, yaxud heç olmasa, “heç-heçə” lazımdır: “Sonuncu ssenari əslində istisna deyil. O halda Valeri Semerikov baş katib əvəzi kimi yaxın ilyarımda bu postda qalacaq”.

Semerokov isə Rusiyanın təmsilçisidir. Başqa sözlə, Paşinyan ən yaxşı halda “məğlubiyyətə bərabər heç-heçə”yə ümid edə bilər...
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"