Bakı yalnız Moskvanın israrı ilə hərbi yola əl atmır... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 427
26 noy 2018 | 23:39
Bakı yalnız Moskvanın israrı ilə hərbi yola əl atmır... - GƏLİŞMƏ














Ermənistanla Rusiyanın münasibətlərində növbəti kritik məqam yaxınlaşır. Gələn həftə - dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT, “Rus NATO-su”) üzv dövlətlərin rəhbərlərinin sammiti keçiriləcək. Toplantıda əsas intriqalı mövzu təşkilatın baş katibinin seçilməsi məsələsi olacaq.

Bu mövzunun ən çox işğalçı ölkənin yeni rəhbərliyi üçün prinsipial önəm daşıdığı sirr deyil. Əvvəla, sammitdən cəmi 3 gün sonra - dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Baş nazir əvəzi Nikol Paşinyan isə çox istərdi ki, seçkilərə “Peterburq zəfəri” ilə getsin və müxalifətin əlinə əks-təbliğat üçün tutarqa verməsin. Yəni İrəvan vaxtından əvvəl geri çağırdığı erməni baş katib Yuri Xaçaturovun yerinə başqa bir erməninin təyinatına nail olmağa çalışır. İkinci yandan, nə qədər paradoksal olsa da, Ermənistan həm də bir “qürur məsələsi”nə görə bunda israr edir. Vassal ölkənin qüruru da varmış...

Ancaq gerçək belədir ki, blokun əsas üzvləri - Rusiya, Belarus və Qazaxıstan Paşinyanın “bir suya iki dəfə girməsi”nə qarşıdır və ona yaxşı mənada seçki sürprizi etmək istəyindən uzaqdır. Əks halda üstəlik, belə qənaət yaranacaq ki, cırtdan və satellit Ermənistan təşkilatla istədiyi kimi davranır, üzv ölkələrə qarşı şərtlər və tələblər irəli sürür və hədəfinə çatır. Başqa sözlə, digər üzv dövlətlər Ermənistandan da naqolay duruma düşəcək.

*****

“Yeni Müsavat” bu yerdə xatırladır ki, KTMT-də baş katib böhranını bir neçə ay öncə elə Nikol Paşinyan özü yaradıb - Moskva, Minsk və Astana ilə məsləhətləşmədən Yuri Xaçaturova qarşı cinayət işi qaldırmaqla. Kremldə hesab edirlər ki, bununla İrəvan ilk növbədə təşkilatın imicinə zərbə vurub və ona görə də qarşılığını Paşinyan hansısa şəkildə ödəməlidir. Az sonra isə İrəvan Xaçaturovu baş katiblikdən geri çağırıb və yerinə başqa namizəd irəli sürüb. Beləcə, öz demarşı ilə ən çox Moskvada qəzəb doğurub.

Onu da nəzərə alsaq ki, baş katib seçkisi konsensusla həll olunur, o zaman Ermənistanın istəyinin baş tutmayacağı indidən aydın olar. Ayrı sözlə, N.Paşinyanın planı keçməyəcək və o, “əkdiyini biçməyə” başlayacaq. Proses artıq başlayıb: təşkilatda Ermənistana etimad hazırda kəskin şəkildə aşağıdır. Hətta blok üzvü olmayan Azərbaycan orada qat-qat böyük nüfuz və hörmət sahibidir.

Ermənistanın KTMT-dən çıxarılmasının gündəmə gələcəyi də istisna edilmir. Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan isə jurnalistlərə açıqlamasında sanki qabaqdangəlmişlik edərək bildirib ki, “əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan KTMT-ni tərk edə bilər”.

Azərbaycanla Ermənistanın bir-biri ilə müharibə vəziyyətində olduğu da nəzərə alınarsa, prosesin yekununda nələrin olacağı maraq doğurur. Bu yöndə ekspertlərin proqnoz və gözləntilərini təqdim edirik.

*****

“Paşinyan Xaçaturov məsələsindən heç nə udmadı”. Bunu erməni KİV-ə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, KTMT daxilində yaşanan böhranın tək səbəbi Ermənistandır.

“Hər şey Paşinyanın Xaçaturova ittihamlar səsləndirməsi ilə başladı. Ermənistan bundan nə uddu? Heç nə, əksinə, uduzdu. Putin Soçidə Paşinyanla ilk görüşündəcə ona bu haqda demişdi. Demişdi ki, hələlik tarixlə haqq-hesab çəkmək vaxtı deyil, Ermənistan daxilində sizin ürəyinizcə olmayan insanlar arasında təmizlik aparın, yeni hökumət formalaşdırın, hər şeyi dəyişin, ancaq Xaçaturov səviyyəsində olan və KTMT-yə üzv 5-6 ölkənin prezidentləri səviyyəsində toxunulmazlığa malik məmurlara toxunmayın”, - deyə o bildirib.

Lakin artıq məlumdur ki, Paşinyan Putinin xahişini yerə salıb.

Başqa bir tanınmış rusiyalı politoloq, PolitRus İnformasiya Analitik Portalının qurucusu və rəhbəri Vitali Arkov Ermənistanın yeni hökumətinin sələfləri kimi Kremli şantaj eləmək taktikasını davam etdirdiyi qənaətindədir. KTMT-dəki böhranla bağlı axar.az-a (rus versiyası) verdiyi açıqlamada o, bununla İrəvanın bir neçə hədəfə nail olmaq istədiyini söyləyib.

“Birinci hədəf odur ki, təşkilatda öz üzvlüyünü müvəqqəti dayandırmaq hədəsi ilə İrəvan Azərbaycanın təşkilata müşahidəçi və ya tərəfdaş kimi qoşulmasına mane olmaq istəyir. İkincisi, eyni hədə ilə və NATO ilə təmasları artırmaqla Moskvanı daha əli açıq eləməyə ümid edir. Söhbət təkcə kreditlə İrəvana yeni partiya silahların verilməsindən yox, həm də faktiki, havayı verilməsindəm gedir. Üçüncüsü isə getdikcə daha aydın şəkildə görünür ki, Ermənistanın yeni rəhbərliyinin KTMT ilə bağlı siyasəti NATO və ABŞ-ın marağında, istisna eləmirəm ki, həm də nəzarətindədir”.

Politoloqa görə, Ermənistanda anti-Rusiya ovqatı qalib gəlsə, o zaman bu ölkə özünün bütün problemləri ilə təkbətək qalmalı olacaq: “Ermənistan qərara gəlib ki, daha Rusiyanın müttəfiqi olmasın. Qoy onda öz problemlərini, o sırada Azərbaycanla problemini özü həll eləsin. O Azərbaycan ki, Qarabağ məsələsini hərbi yolla həll eləmək fürsətini yəqin ki, əldən buraxmayacaq”.

Lakin politoloq şübhə eləmir ki, Bakının hərbi əməliyyatları, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərindən kənara çıxmayacaq. “Aydındır ki, Azərbaycan Ermənistan ərazisinə qəsd etməyəcək ki, bir növ Ermənistanla yerini dəyişərək bu dəfə o, təcavüzkar ölkə statusuna düşməsin. Ancaq Bakı hərbi əməliyyatlara başlamağa istənilən an hazırdır. Əminəm ki, bunu indi o, sırf Moskvanın xahişinə görə eləmir. Lakin Moskvanın Paşinyanın özbaşınalığına dözümü sonsuz deyil”, - deyə ekspert İrəvana xəbərdarlıq edib.

*****

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov isə Paşinyanın son davranışlarını Ermənistanın Avropa və ABŞ-ın təsir dairəsinə keçmək planlarının və istəklərinin təzahürü sayır.

“Bunun müxtəlif sahələrdə şahidi olacağıq. Hələ bundan sonra Avrasiya İqtisadi Birliyinin iclaslarında, beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə də bu cür hallar yaşana bilər. Yəni hazırda çox ciddi proseslər gedir. İnanmıram ki, bu prosesə dekabrın əvvəlində son qoyulsun. Növbəti iclasa qədər bu ziddiyyətlərin aradan qalxacağı inandırıcı görünmür. Bu ziddiyyətlərdə kompromisə gəlmək nə Paşinyanın, nə də qarşı tərəfin marağındadır. Ona görə də güman edirəm ki, Sankt-Peterburq görüşündə ya müvəqqəti olaraq, Rusiya nümayəndəsinin bu vəzifəni icra etməsi qərarına gələcəklər, ya da problemin həlli növbəti iclasa qalacaq. Bu məsələ belə də uzanacaq” - politoloq vurğulayıb.

E.Namazovun sözlərinə görə, gec-tez bu ölkələr açıq şəkildə istəklərini dilə gətirəcək: “Tərəflərdən birinin siyasi səhnədən getməsini biz müşahidə edəcəyik. Görünən odur ki, zəif tərəf Ermənistandır. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici siyasətdə durumu getdikcə daha da pisləşəcək. Bu prosesdə Azərbaycan hər zaman öz ərazi bütövlüyünü bərpa etməyə, bu vəziyyətdən istifadə edib Qarabağ problemini həll etməyə və son nöqtəni qoymağa hazır olmalıdır”.
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ