İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI
Siyaset
Oxunub: 489
27 noy 2018 | 23:49
İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI
















Regionda baş verən proseslər fonunda İranın şiə inancını siyasi hədəflərə çatmaq üçün alətə çevirdiyi, xüsusilə şiəlik adı altında bu ölkənin maraqlarına uyğun Xomeyniçiliyi yaydığı öz təsdiqini tapır. İranın Xomeyniçiliyi qəbul etdirmək istədiyi əsas ölkələrdən biri Azərbaycandır və bunun üçün son dövrlər, xüsusilə Nardaran hadisələrindən sonra Ərbəin mərasimi poliqona çevrilib. Lakin İran öz dini təsirini təkcə Azərbaycanda yox, Gürcüstan azərbaycanlıları (Borçalıda) üzərində də geniş şəkildə yayır. Hətta Borçalıdakı soydaşlarımız Xomeyniçiliyin təsirinə daha asan düşürlər.
Son proseslər İranın Borçalıda dini kanton yaratmaq istədiyini və bunun üçün bütün vasitələri işə saldığını göstərir. (İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”).

Publika.az bu gün Borçalıda dini vəziyyəti və soydaşlarımızın üzləşdiklərini araşdırıb.

İran SSRİ dağılandan sonra regionda siyasi şiəliyi yaymaq planlarını işə saldı və hələ 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərilirdi. Qafqaz Müsəlmanları İdarəsinin qanunauyğun olaraq bölgədə dini hakimiyyətinin mövcud olması ayətullahların yolunu bağlayırdı. Lakin 2011-ci ildə QMİ-nin Gürcüstandan çıxarılması İranın bölgədə dini siyasətini həyata keçirməsi üçün münbit şərait yaratdı.

İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI










Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (IWPR) 2005-ci ildə yayımladığı məqalə İranın Gürcüstan azərbaycanlıları üzərində dini təbliğatının hələ uzun illər öncə başladığını sübut edir.

İranın dini vaizlərinin Gürcüstanda Azərbaycan icmasına fokuslandığı qeyd olunan məqalədə bildirilirdi ki, İrandan gələn missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlir, lakin reallıqda onların əsas ünvanı Kvemo-Kartli (Borçalı) bölgəsi və paytaxtdır.

“Çoxları onların fəaliyyətindən qorxur. Yerli əhalinin əksər hissəsi bu missionerlərin təbliğatının İranın təbliğatı olduğunu düşünərək, onların fəaliyyətini salamlamır. Digərləri İrandan gələn vaizlərin bölgədə şiə-sünni qarşıdurması yaratdığını hesab edirlər. Azərbaycanlılar ehtiyat edirlər ki, İran missionerlərinin fəaliyyəti onların icmasının parçalanmasına gətirib çıxaracaq. Yerli sakinlər danışırlar ki, İran missionerləri 7-8 il öncədən Gürcüstana gəlməyə başlayıblar. Onlar ilk növbədə şiə dini adətlərini və bayramlarını təbliğ edir, dini mərkəzlər və mədrəsələr açır, yerli tələbələrin İranda təhsil almasına kömək göstərir və bir neçə dini təmayüllü qəzet və jurnalı maliyyələşdirirlər”, - deyə məqalədə qeyd olunurdu.

İnstitutun araşdırmasına görə, İran vaizləri xeyriyyə fəaliyyəti altında öz siyasi niyyətlərini gizlədirlər: “Onların əsas məqsədi yerli müsəlmanlar arasında İran siyasətini yaymaq və şiələri digər məzhəblərə qarşı qoymaqdır. Dini siyasətin nəticəsidir ki, son bir neçə ildə Marneuli küçələrində İran üslubunda hicablı qadınlar tez-tez görünür. Bəzi müşahidəçilərin fikrində, İranın təsiri ilə Gürcüstanda Azərbaycan icması arasında dini dözümlülük yoxa çıxır”.

Marneulidə fəaliyyət göstərən “Qeyrət” təşkilatının sədri Əlibala Əsgərov isə İranın bölgədə şiə və sünni bölücülüyü saldığına diqqət çəkirdi.

“Biz heç vaxt sünni və şiələrə bölünmürdük, həmişə bir-birimizin yasına və toyuna gedirdik. Təəssüf ki, hər şey dəyişir və məzhəbçilik bizi ayırır”, - deyə o bildirirdi.

İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI













IWPR yazırdı ki, artıq Gürcüstan azərbaycanlıları arasında sünni və şiə kəndi olaraq ayrılıqlar baş verir, hətta çayxanalarda kişilər qızğın məzhəb mübahisələri edirlər. (https://iwpr.net/ru/global-voices/gruziya-deyatelnost-iranskih-missionerov ).

İranın Gürcüstan azərbaycanlıları arasında hələ o dövrdən apardığı dini təbliğatın bu gün müəyyən mənada hədəfinə çatdığı görünür. Artıq Borçalıda azərbaycanlılar arasında şiə və sünni bölücülüyünün olduğu və insanların bir-birinə bu baxış üzərindən yanaşdığı deyilir.

Bu ilin 19 sentyabr tarixində İranın Borçalıda “şeyx” elan etdiyi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovun rəhbərliyi və İrandan gələn missionerlərin müşaiyəti ilə keçirilən matəm yürüşü də bölgədə ayətullahların irəli sürdüyü siyasi şiəliyin ciddi parçalanma yaratdığını göstərdi.İran azərbaycanlılar arasında dini parçalanmanı əsasən bu şəxs və onun təşkilatında cəmləşənlər vasitəsilə aparır.

Faktlar Gürcüstan azərbaycanlılarının gələcəyinin ciddi təhlükə altında olduğunu göstərir.

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli də Publika.az-a açıqlamasında bildirir ki, Gürcüstan azərbaycanlıları arasında dini amilə görə parçalanma baş verir: “Borçalıda həm sünni, həm də şiə məzhəbinə mənsub olanlar var. Lakin SSRİ vaxtı belə heç vaxt məzhəb ayrımı olmayıb. Bölgədə “eloğlu” ifadəsi var idi və bu milli kimliyi ehtiva edirdi. Sovetlər dağılandan sonra İran tədricən bölgəyə girməyə başladı. QMİ Gürcüstandan çıxarılandan sonra isə onların fəaliyyəti da genişləndi. İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ etməyə başladılar. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və quma aparırlar, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır”.


İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI










Z. Məmmədli qeyd edir ki, Gürcüstan hökuməti proseslərə seyrçi mövqeyində yanaşır: “Ola bilsin azərbaycanlıların içində parçalanması baxımından bu məsələdə maraqlıdırlar. Halbuki, bölgədə heç vaxt sünni-şiə qarşıdurması olmayıb. İran siyasi şiəliyi körükləyərək. Sünnilərlə üz-üzə qoyur, azərbaycanlılar arasındakı şiə inanclı kəsimi öz təsirinə salır”.

Onun sözlərinə görə, Azərbaycan İslamın təməllərinə uyğun maarifləndirmə ilə bu təhlükənin qarşısını almalıdır.

“Məcidlərə dini təbliğat Azərbaycandan göndərilməli, savadlı din xadimləri azərbaycanlılar arasında İslamla bağlı sağam təbliğat aparmalı və İranın təsiri aradan qaldırılmalıdır”, - deyə o diqqətə çatdırıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO