Azərbaycanın iki deputatı Ermənistana getdi – FOTOLAR
Siyaset
Oxunub: 380
28 noy 2018 | 10:20
Azərbaycanın iki deputatı Ermənistana getdi – FOTOLAR














İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilir.

“Azxeber.com” xəbər verir ki, noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib. Regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar Siaysət Komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. E.Quliyev bildirib ki, region təkcə iqtisadi deyil, ümumən qlobal layihələrin gerçəkləşdiyi məkandır.

Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini qabardıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yeri və rolunu vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzühuru olan nəhəng təşəbbüsləri önə çəkərək xüsusən də TANAP-ın əhəmiyyəti üzərində dayanıb.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib. O bildirib ki, görülən işlər Azərbaycanın ixrac potensialını gücləndirməyə xidmət edir.

Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndən də söz açıb. Sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və sair vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.

“Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”ndan bəhs edən Ə.Amaşov sənədin stimullaşdırıcı tərəflərini sadalayıb. Deputat eyni zamanda ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməkdə olan tədbirlərdən danışıb və vurğulayıb ki, Azərbaycanın dövlət başçısının 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti son illər bu istiqamətdə yeni müsbət tendensiyaların müşahidə ediləcəyindən xəbər verir. Ə.Amaşov çıxışında həmçinin QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirilməsinə ehtiyacın duyulduğunu da vurğulayıb.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İrəvanda keçirilən 52-ci Plenar Sessiyasında iştirak edən Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri təşkilatın yaranmasının 25 illiyi yubiley medalı ilə təltif olunmaqdan imtina ediblər.

Onu da bildiririk ki, sessiyada QDİƏT sədrinin və baş katibinin müavinləri seçilib. Sabah öz işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrliyin Azərbaycana keçəcəyi gözlənilir.

Azərbaycanın iki deputatı Ermənistana getdi – FOTOLARAzərbaycanın iki deputatı Ermənistana getdi – FOTOLAR
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO