Ermənistan bu tarixdə BÖYÜK ZƏRBƏ ALACAQ: Paşinyanın son çırpınışları və... - ŞƏRH
Siyaset
Oxunub: 466
28 noy 2018 | 21:21
Ermənistan bu tarixdə BÖYÜK ZƏRBƏ ALACAQ: Paşinyanın son çırpınışları və... - ŞƏRH















Siyasi analitik Ehtiram Aşırlı Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri çərçivəsində “Mənim addımım” blokunun Vanadzordakı təşviqat kampaniyasında çıxışını Publika.az-a şərh edib.

Siyasi analitik Paşinyan fikirlərini bir adaha diqqətə çatdırıb və Paşinyanın Ermənistana əsaslı bir açıqlama borcunun olduğunu bildirib:

“Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv dövlətlər arasındakı müttəfiqlik münasibətlərinin dəqiqləşdirilməsi ətrafında şiddətli mühakimələr gedir. Paşinyanın sözlərinə görə, bundan sonra İrəvanın həyata keçirərəcəyi xarici siyasətin mahiyyəti müttəfiqlərinin etibarlılığından asılı olacaq. Bu mənada, Paşinyan Ermənistanın KTMT-dəki müttəfiqlərinin (Rusiya, Belarus) Azərbaycanla hərbi əməkdaşlığını ciddi tənqid edib.

“Siz bilirsinizmi ki, KTMT-nin bizə (Ermənistana) qarşı və bizim təşkilat qarşısındakı öhdəliklərimiz nədir? Bizə aydın deyil ki, niyə müttəfiqlərimiz düşmən münasibətdə olduğumuz ölkəyə silah satırlar? Bu qəbuledilməzdir və ciddi çağırışdır! Biz öz tərəfdaşlarımızla bu məsələni birbaşa və açıq şəkildə müzakirə etmək fikrindəyik ki, sonra özümüz də necə davranacağımızı bilək. Bilək ki, kimə güvənmək olar, kimə yox”, - Paşinyan bəyan edib.

O, həmçinin vurğulayıb ki, bundan sonra Ermənistan xarici siyasət kursunda yalnız özünə arxalanmalıdır.

Maraqlıdır, Paşinyan özlərinə necə arxalanmalıdır - o bu barədə də açıqlama versəydi yaxşı olardı. Bir dövlətin ki, xarici siyasət kursu iflic vəziyyətindədir, hansı arxalanmaqdan danışır. Məgər Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan xarici siyasət kursu göz qabağında deyil? Rusiya ilə gərginliyin artması, KTMT-dəki mövqeyinin zəifləməsi və baş katibini geri çağırması - bütün bunların fonunda Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar səsləndirməsi və danışıqlar masası arxasına keçməməsi. Həmçinin Avropa İttifaqından ayrılan 3 milyon dəyərində vəsait. Halbuki, Paşinyan 15-20 milyon gözləyir - o cür yalvarışların və yaltaqlıqların qarşılığında. ABŞ tərəfindən istənilən reaksiyanı ala bilməməsi, xüsusilə də Con Bolton səfərindən sonra ABŞ-ın Ermənistana olan münasibətlərində mənfi yöndə dəyişikliklərin yaşanması. Gürcüstan və İranla sərhədlərin bağlanması məsələsinin gündəmə gəlməsi. Digər tərəfdən Tükiyə ilə sərhədlərin bağlı olması. Bütün bu proseslər Paşinyan kifayət etmir ki, özünün arxalana biləcək xarici siyasət kursu olmadığını görsün. Böyük ehtimal ki, 6 dekabrda keçirilməsi nəzərdə tutulan Avrasiya İqtisadi İttifaq iclasından sonra işğalçı ölkənin xarici siyasət kursunun nə dərəcə bərbad vəziyyət olduğu daha da aydın olacaq. Hətta deyərdim ki, bu iclasdan sonra Ermənistanın Aİİ-da mövqeyi zəifləyərək, daha da etibarsızlaşmış bir ölkə rolunda tanınacaq”.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi