Oğlunu cavan itirdi, özü isə az qala həbs olunacaqdı… – Rusiyada aeroporta adı verilən azərbaycanlı kimdir?
Siyaset
Oxunub: 380
30 noy 2018 | 10:00
Oğlunu cavan itirdi, özü isə az qala həbs olunacaqdı… – Rusiyada aeroporta adı verilən azərbaycanlı kimdir?















Bu rubrikanın növbəti qonaqları Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanov və neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri, SSRİ Qaz sənayesi naziri olmuş Sabit Orucov barəsində olacaq.

Öncədən bildirək ki, hər iki alim hazırda postsovet məkanının gündəmindədir və buna səbəb Rusiya hava limanlarına məşhurların adınını verilməsi ilə bağlı keçirilən səsvermədir. Artıq Rusiyanın böyük hava limanlarından olan – “Surqut Hava Yolları”na azərbaycanlı alim Fərman Salmanovun adı verilib. “Novıy Urenqoy” hava limanına isə Sabit Orucovun adının veriləcəyi gözlənilir. Səsvermə yekunlaşmasa da, ən çox səsi məhz azərbaycanlı alim qazanıb.

Fərman Salmanov kimdir?



Ömrünü neft-qaz sənayesinin inkişafına həsr etmiş böyük azərbaycanlı alim 28 iyul 1931-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir.

O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin misiyaya raziliq verməsi ilə nəticələnir.

Salmanov 1961-ci ilin martın 21-də Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı”. Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. “Mən neft tapmışam. Bax belə”. Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edərək, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak edib. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiyaya” rəhbərlik edib. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib. Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib. “Sosialist Əməyi Qəhrəmanı”, “Lenin ordeni”, “Lenin mükafatı”, Azərbaycanda “Şöhrət ordeni” və digər mükafatlarla təltif olunub. Onun həyatından “Tayqa qəhrəmanı” filmi çəkilib. 2007-ci ildə 79 yaşında vəfat edən F.Salmanov Moskvanın Vaqankovo məzarlığında, oğlunun məzarı yanında dəfn edilib. Mərhum alimin oğlu gənc yaşında vəfat edib.

Sabit Orucov kimdir?



SSRİ kimi nəhəng imperiyanın strateji nazirliklərindən birinə rəhbərlik etmiş həmyerlimiz 1912-ci il mayın 30-da Bakıda anadan olub. 1931-1936-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. 1936-1946-cı illərdə kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olub. “Ordconikidzeneft”in idarə rəisi, “Azərneftkombinat”da qazma üzrə rəis müavini, “Azneftdə” baş mühəndis işləyib.

1946-1947-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-1949-cu illərdə “Krasnodarneft” birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-1953 və 1955-1957-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1965-72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri olub.

Sabit Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf edib. SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilib. “Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri”, “İranın neft sənayesi”, “Qaz sənayesi inkişaf yolunda” kimi əsərlərin müəllifidir. Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilərək, SSRİ orden və medalları ilə təltif olunub. 1981-ci il aprelin 20-də 68 yaşında vəfat edib. Moskvada Novodeviçi məzarlığında dəfn olunub. (azxeber.com)
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA