Azərbaycan “İsgəndər”ə qarşı müasir müdafiə sistemləri alıb
Siyaset
Oxunub: 311
4 dek 2018 | 11:30
Azərbaycan “İsgəndər”ə qarşı müasir müdafiə sistemləri alıb













“MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin “Lazarev klubu”nun ilk iclasındakı çıxışında səsləndirdikləri nə hərbi mütəxəssisə, nə də siyasətçiyə layiq rəydir”.

Azvision.az xəbər verir ki, bunu yeni yaradılmış “Lazarev klubu”nun Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən ilk iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O, qeyd edib ki, Yevseyevin məsələləri düzgün təhlil etmək üçün kifayət qədər hərbi savadı yoxdur. Görünür, o, hər hansı bir sifarişi yerinə yetirir. Bu, onun sırf ermənipərəst mövqedə olduğunu göstərir.

Ş.Ramaldanov deyib ki, bütün bunlar diqqəti Ermənistandakı hazırkı durumdan, bu ölkənin daxili problemlərindən yayındırmağa hesablanıb. Çünki Ermənistanın indiki rəhbərliyi sırf Rusiya yox, qərbyönümlü siyasət yürütməyə meyillidir.

“Rusiya ilə Ermənistan arasında müəyyən soyuqluq yaranıb. Artıq Ermənistanda hər hansı bir rəhbərin fikirləri cəmiyyətdə ciddi qəbul olunmur. Yalan vədlər çoxdur. Ona görə Vladimir Yevseyev vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək və Rusiyanın maraqlarını Ermənistanda göstərmək üçün bu addımı atıb. Bu addımın təşkilatçıları da, iştirakçıları da Rusiyada yaşayan ermənilər və ermənipərəst şəxslərdir. Ona görə də Vladimir Yevseyevin səsləndirdiyi fikirlər, ilk növbədə, daxili auditoriyaya hesablanıb. Məqsəd Ermənistanın qərbə və ABŞ-a yönəlmiş istiqamətini müəyyən dərəcədə dəyişdirməkdir”.

Ramaldanov, həmçinin əlavə edib: “Deyə bilərəm ki, Ermənistan Rusiya olmadan heç nə edə bilməz. Ermənistan heç vaxt müstəqil olmayıb. Bu ölkənin nə müstəqil siyasəti olub, nə də rəhbərləri öz fikirlərində heç vaxtı müstəqil olmayıblar. Onlar ancaq sifariş yerinə yetirirlər və ona görə də acınacaqlı vəziyyətdədirlər. Vladimir Yevseyev “İsgəndər” raketləri və onların imkanları barədə rəy söyləyəcək qədər peşəkar hərbçi deyil. Bir-iki ədəd “İsgəndər” əməliyyat-taktiki raket kompleksinə sahib olan Ermənistan silahlı qüvvələrini bu gün Azərbaycan Ordusu ilə müqayisə etməyin özü savadsızlıqdır. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasındadır. Bu, ən nüfuzlu statistik qurumların verdiyi qiymətdir və Ermənistanın “İsgəndər” raketlərini əldə etməsindən sonra açıqlanıb. Ermənistan isə bu göstərici üzrə sonuncu yerlərdədir. Vladimir Yevseyev bilməlidir ki, Silahlı Qüvvələrin gücü və qüdrəti “İsgəndər”lərlə ölçülmür. Digər tərəfdən, “İsgəndər”lərin Ermənistana məxsus olub-olmaması da sual altındadır. Biz onları ancaq paradda gördük və heç bir təlimdə bu raketləri görə bilmədik”, – deyə ehtiyatda olan polkovnik bildirib.

Ramaldanov qeyd edib ki, bu gün Azərbaycanın Belarusdan aldığı “Polonez” sistemləri “İsgəndər” raketlərindən nəinki geri qalmır, hətta bəzi parametrlərdə onları böyük fərqlə üstələyir. Ona görə mövcud pariteti bu formada qiymətləndirməyin özü də savadsızlıqdır. “Polonez”lər yeni tipli silahdır. Raket paritetini nəzərə alsaq və Azərbaycanın bu tipli silahlarını Ermənistandakılarla müqayisə etsək, deyə bilərik ki, ölkəmiz düşməndən ən azı 8-9 dəfə üstündür.

“Biz “İsgəndər”lərə qarşı ən müasir hava hücumundan müdafiə sistemləri almışıq. Bu sistemlər artıq Azərbaycandadır. Əgər Ermənistanın “İsgəndər”ləri varsa, Azərbaycanın da “Polonez”ləri və hava hücumundan müasir müdafiə sistemləri var. Bu, düşmənin Azərbaycanın hava məkanına zərbə endirmək imkanlarını sıfıra endirir. Azərbaycanın iqtisadi potensialı, hərbi büdcəsi bu gün ən müasir silahları ala bilməyimizə imkan verir.

Ermənistan isə silahlanmanı ancaq kredit yolu ilə həyata keçirməyə ümid edir. Ermənistan müdafiə nazirinin dediyinə görə, bu ölkə may ayından bəri silah ala bilmir. Çünki ölkədə ciddi maliyyə problemləri mövcuddur. Bu silahların kredit yolu ilə alınması üçün hələ də danışıqlar aparılır və bunun necə nəticələnəcəyini zaman göstərəcək. Əgər bu gün Ermənistanın birinci şəxsi əsgərlərinin alt paltarlarının olmamasından narahatdırsa, bu, düşmən ordusunun durumunun acınacaqlı olduğunu göstərir. Belə vəziyyətdə olan bir ordu nə bu gün, nə də gələcəkdə öz arsenalını Azərbaycan kimi yeni və müasir silahlarla təchiz edə bilməz”.
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb