Ermənistan təşviş içində: Azərbaycandan düşməni tir-tir TİTRƏDƏN ADDIMLAR - ŞƏRH
Siyaset
Oxunub: 398
4 dek 2018 | 17:52
Ermənistan təşviş içində: Azərbaycandan düşməni tir-tir TİTRƏDƏN ADDIMLAR - ŞƏRH















“Ermənistan mediasında Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı ən kiçik informasiya da gözdən qaçırılmır. Erməni mediasının nümayəndələri Azərbaycanın hərbi gücünü artırmaq yolunda atdığı hər addımı diqqətlə izləyirlər. Demək olar ki, erməni mediasında hər gün bununla bağlı məqamların öz əksini tapdığı yazılar geniş işıqlandırılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başlayacağı mümkün müharibə ehtimalına görə Ermənistan daim təşviş içərisindədir. Təcavüzkar ölkənin “news.am”, “lragir”, “razm.info”, “tert, “1in.am” kimi tanınmış saytları bu təşvişi əks etdirən yazıları dərc edirlər”.

Publika.az xəbər verir ki, bu sözləri siyasi analitik Ehtiram Aşırlı deyib.

Ölkəmizin hərbi potensialının Ermənistanda yaratdığı təşviş haqqında danışan politoloq Azərbaycanın hərbi əməkdaşlıqlarının düşməni daim qorxu içində saxladığını vurğulayıb:

“Tert” saytında işıq üzü görən yazıda müəllif Azərbaycanın son hərbi uğurlarına və Milli Ordumuzun silahlandırmasına diqqəti çəkərək Fransanın ölkəmizə silah satacağı ilə bağlı qorxu dolu ehtimallarını dilə gətirib. Həmin yazıda qeyd olunur ki, “Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir. Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb. Şirkətin nümayəndələri deyirlər ki, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur: “Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”. Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaq mənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir”, - müəllif yazısında hiddət dolu qısqanclıqla qeyd edib.

Bəli, Azərbaycan hökuməti dünyanın ən güclü dövlətləri ilə siyasi, hərbi əməkdaşlığını ən yüksək səviyəyə çatdırmaq üçün durmadan fəaliyyət göstərir. Rusiya, ABŞ, İsrail, İtaliya, Pakistan, Belarus kimi Azərbaycana silah ixrac edən ölkələr sırasına yaxınlarda Fransa da qoşulacaq. Bu isə o deməkdir ki, mümkün müharibə variantında Azərbaycanın hərbi gücü qarşısında Ermənistan heç döyüşlərə qatılmasa yaxşıdır. Çünki işğalçı ölkənin məğlubiyyəti bəri başdan məlumdur. Azərbaycan durmadan öz hərbi potensialını artırır. Bəs bu müddətdə Ermənistan nə işlə məşğuldur? Boş demaqogiya ilə. Erməni ictimaiyyəti səfil vəziyyətdə yaşayır, ölkədə işsizlik və aclıq ən son həddə çatıb, əvəzində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xanımı əziyyət çəkməsin deyə 100 kilometrlik məsafəni vertolyotlarda gəzir. Paşinyan ölkədəki problemləri həll etmək barəsində ağızdolusu bəh-bəhlə danışır, ancaq ortada heç bir konkret nəticə yoxdur. İndidən özlərinin rahatlığını ən yüksək səviyyədə fikirləşən Paşinyan ailəsinin hakimiyyətə yiyələndikdən sonra özlərinə hansı lüksü rəva görəcəkləri və öz korrupsioner sələflərinin yolunu davam etdirəcəkləri göz qarşısındadır. Azərbaycan bu gün xarici siyasət kursunda heç vaxt olmadığı qədər böyük uğurlara imza atır, Ermənistan isə hələ də parlamentli, yoxsa prezidentli respublika olmaq kimi dilemmaları qəti şəkildə həll edib qurtara bilməyib. Bundan əvvəl Ermənistan hərbi xunta rejiminin zülmündən əziyyət çəkirdi, indi isə digər bir naşı siyasətçinin düşüncəsiz hərəkətləri və infantil ərköyünlüyünün qurbanı olmaqda davam edir. Paşinyan sanki məqsədli şəkildə Ermənistanın xarici aləmə çıxan yollarını bir-bir bağlayır. Bununla müqayisədə Azərbaycana baxaq. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə müttəfiqlik səviyyəsində münasibətlər qurur. Ermənistan rəhbərliyi boş-boş danışır, Azərbaycan isə əməli işlərlə öz real hərbi gücünü və beynəlxalq arenada mövqeyini möhkəmləndirir.

Həmçinin mümkün Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi məsələsinə də biganə qala bilmərik. Üçtərəfli təlimlərin keçirilməsi fikri işğalçı ölkəni dərindən narahat edir”.

Analitik qeyd edib ki, bütün bu faktların işğlaçı ölkənin mətbuatında da prioritet mövzu olması bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialını artırması, mümkün müharibə ehtimalı bu gün Ermənistanı ciddi narahat edir və çox qorxudur. Bu qorxunun yeganə çarəsi isə Ermənistanın ən qısa müddətdə Azərbaycanın işğal altında saxladığı torpaqlarını boşaltmasıdır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR