"Özünüz "zerkalnı" olun, nömrəniz yox" - Fazil Mustafa
Siyaset
Oxunub: 1 407
3 apr 2015 | 13:18
"Özünüz "zerkalnı" olun, nömrəniz yox" - Fazil Mustafa



















"Azərbaycanda “prestij nömrə” deyilən bir xəstəlik var. Telefonda, maşında “zerkalnı nömrə” istəyənlərin sayı-hesabı yoxdur"

Azerinfo.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa facebook səhifəsində yazıb.

F.Mustafanın yazdığına görə, imkanı çatan Marsda torpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır: “Hərdən mənə də irad tuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərkgedən nömrə almırsan, açığı, gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımından buna can atılsaydı, anlamaq olardı, yəni maşını satanda nömrə də üzərində bir neçə min artığa satılması perspektivi var.

Ancaq əminəm ki, xeyli sayda insan üçün, sadəcə bir nömrə xəstəliyi var. Niyə bu amili xatırladım, indi söyləyim. Hər dəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılan yerə yaxınlaşanda qonşulardan birinin maşınının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıq edir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır və hər dəfə də “müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin gec gələrsiniz” deyib evinə yollanır. Ən azı, hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil, gürcü də deyil, heç erməni də deyil. azərbaycanlıdır.

Ona görə də deməyə lüzum görmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaq doğru deyil. Səbirlə bunu anlayacağını gözləyirəm”.

Deputat bildirib ki, siyasət də belədir: “Səbirlə bəzən bir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsini tanımadığım həmin bina qonşumun maşınının nömrəsinə diqqət yetirdim və hamını heyrətə gətirəcək bir ardıcıl nömrəsi olduğunu gördüm, yəni tam “zerkalnı”. Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsas bir komponent var: səviyyə. Dostlarımdan birinin klassik sözünü hər zaman zövqlə xatırlayıram: “Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir”.

Ona görə də özünüz hər sahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın, telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş