Deputatdan həmkarına İRAD: Onun bu fikirləri...
Siyaset
Oxunub: 379
7 dek 2018 | 21:50
Deputatdan həmkarına İRAD: Onun bu fikirləri...

















“Maliyyə naziri Samir Şərifovun fikirlərinin bəzi mətbuat orqanları və eləcə də, təcrübəli iqtisadçı və Milli Məclisin üzvü Vahid Əhmədov tərəfindən düzgün şəkildə şərh olunmaması təəssüf doğurur. Onun məsələnin mahiyyətinə tam varmadan səsləndirdiyi fikirlər cəmiyyətdə çaşqınlıq yaradır. Nəticədə süni maliyyə gərginliyinə rəvac verir. Bu, düzgün addım deyil”.

Bunu açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, 2019-cu il üçün parlamentdə büdcə qəbul olundu və çox geniş şəkildə müzakirə edildi:

“Büdcə Milli Məclisdə 3 oxunuşdan keçdi. Eyni zamanda, 2019-cu ilin büdcəsi müzakirə edilərkən baş nazirin rəhbərliyi ilə hökumətin bütün üzvləri orada iştirak etdilər. Müzakirələrdə millət vəkilləri öz fikir və təkliflərini səsləndirdilər. Nəticədə, praqmatik və iqtisadiyyatımız üçün əhəmiyyətli, Azərbaycan vətəndaşlarının maraqlarını ifadə edən büdcə qəbul olundu. Maliyyə naziri televiziyadakı çıxışında 2019-cu il ilə bağlı öz fikirlərini bildirərkən manatın məzənnəsinin ifrat və kəskin şəkildə möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinin məhdudlaşdıracağını deyib. Məlumdur ki, iqtisadi strategiyamızın ən başlıca məqsədlərindən biri daxili istehsalı artırmaq, ixrac istiqamətli, rəqabət qabiliyyətli məhsullarla xarici bazarlara çıxmaqdır.

2019-cu ilin büdcəsi yeni büdcə qaydalarına əsasən proqnozlaşdırıldı. Bu qaydalara əsasən, neftdən gələn gəlirlərlə milli valyutamız arasındakı tənzimlənmə yeni büdcə qaydalarında özünü əks etdirir. Maliyyə naziri də öz fikirlərini bu istiqamətdə aydın şəkildə ifadə edib. Bir daha qeyd edək ki, bu fikirlər tamamilə təhrif olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətimiz sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlı və davamlı inkişafını təmin edib. Bu isə özünü bir daha 2019-cu il üçün planlaşdırılan büdcədə daha bariz şəkildə əks etdirir. Sosial istiqamətli olan büdcəmizdə əmək haqlarının artırılması, təqaüdlərin miqdarının artırılması nəzərdə tutulub. Bütövlükdə sosial sferanı əhatə edən önəmli tədbirlər üçün vəsait proqnozlaşdırılıb. Bütün bu nailiyyətlərimiz fonunda iqtisadiyyatımızın inkişaf etməsi üçün irəli sürülən cəhdlərə mənfi rəng vermək, onu gözdən salmaq istiqamətində qaralama kampaniyası aparmaq, əlbəttə, qəbulolunmazdır”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO