“Belə olarsa, Naxçıvan blokadadan çıxar, Qarabağ problemi çox rahat həll olunar” - Firudin Cəlilov
Siyaset
Oxunub: 372
9 dek 2018 | 23:50
“Belə olarsa, Naxçıvan blokadadan çıxar, Qarabağ problemi çox rahat həll olunar” - Firudin Cəlilov














Türk dünyasının mövcud durumu, ortaq türk dəyərlərinə qayıdış məsələsində yaşanan problemlər, sözdə birlik sərgiləyən türk dövlətlərinin əməli baxımdan heç cür bir araya gələ bilməməsi günümüzün təəssüflə müşahidə edilən reallıqlarındandır. Dərsliklərlə bağlı səslənən tənqidlər, cəmiyyətimizdəki mənəvi böhran, qəhətə çəkilən ziyalı sözü də insanları narahat edən əsas məsələlər sırasındadır. Odur ki, Moderator.az olaraq türk dünyasının böyük alimi, sabiq təhsil naziri, professor Firudin Cəlilovla söhbətimizdə bütün bu problemlərə, onları doğuran səbəblərə aydınlıq gətirməyə çalışdıq.

I hissə burada: http://www.moderator.az/news/250079.html

-Nazarbayev həmin professorları hansı məqsədlə yollamışdı? Onlarla nə danışdınız?

-Onlar ortaq əlifba ilə bağlı bizim 26 ildə sınaqdan keçmiş yolu öyrənmək üçün mənim yanıma gəlmişdilər, onları evdə qəbul etdim, 4-5 saatlıq söhbətimiz oldu. Mən bu qazaxlı professsorlara öncə Türk dövlətlərində əlifba ilə bağlı mövcud olan yaramaz durumu izah etdim və buraxılan səhvləri sadalayıb, türk xalqlarının yaxınlaşması yolunda ilk körpünün Ortaq əlifba olduğunu başa saldım. Azərbaycan və Tatarıstanda işlənən Ortaq əlifbanın 1991-də türk ölkələrinin tanınmış alimlərilə birlikdə qəbul olunduğunu dedim. Hansı addımların hansı ardıcıllıqla atılmalı olduğunu izah etdim. Onlar bu söhbətdən razı qalıb, çox şey öyrəndiklərini dedilər, lakin sonra Qazaxıstandan xəbər göndərdilər ki, məsələ o qədər də sadə deyil. Burada bu məsələyə “barmaq qoyanlar” var. Məlum oldu ki, bir neçə uğursuz variantlar qəbul edilib, sonra geri qaytarılıb.
Eyni şeyi Türkmənbaşı da eləmişdi. Ortaq əlifbaya 1-2 hərf artırıb, onu dəyişdi. Özbəkistanda da bu əlifbaya dəyişiklik edildi. Türkiyədə indiki yazılarına ortaq əlifbadan 2-3 hərf alınmasına söz vermişdilər, ancaq bu günəcən gerçəkləşdirə bilməyiblər. Beləliklə, ortaqlıq məsələsi bununla da ortadan qalxdı. Madam ki, hərənin öz əlifbası var, hərə bura istədiyi işarəni əlavə edəcək, bunun nəyi ortaq oldu?
Hesab edirəm ki, indiki məqamda ortaqlığa qədər atılması gərəkən addımlar var.

-Sizcə bunlar hansı addımlardır?

-Ətrafda baş verən geosiyasi hadisələrə baxanda məndə bir narahatlıq yaranır. Suriya, İran, Rusiya, eləcə də Türkiyədə gedən hadiəslər bu narahatlığı daha da artırır. Istərdim ki, Türkiyə və Azərbaycan vaxt itirmədən birləşib konfederativ bir dövlət olsunlar. Dilimiz, millətimiz, tariximiz eynidir. Konfederativ birliyin mahiyyəti odur ki, hər iki dövlət öz mövcudluğunu qoruyub saxlayr, lakin bəzi sahələrdə birləşmə gedir. Mən oratq əlifba, ortaq dərslik, ortaq elmi əlaqələr, ortaq ordu, ortaq pul və s. amilləri nəzərdə tuturam. Bu, həm Türkiyənin, həm də bizim xeyrimizədir.

-Türkiyə ilə konfederativ birliyin Azərbaycana hansı faydaları ola bilər?

-Bu olsa, Naxçıvan blokadadan çıxar, Qarabağ məsələsi çox rahat həll olunar. Bir güllə belə atmadan bu məsələ öz həllini tapar. Başqa önəmli məsələlər də var, ancaq burada onları sadalamaq istəmirəm. Əgər söhbət türk birliyindən gegdirsə, mütləq dediyim plan müzakirə olunmalıdır.

-Rusdilli məktəblərin çoxalması da son ayların ən çox müzakirə oluna məsələlərindən biridir. Sizcə rusdili məktəblərin artmasının milliliyimiz, milli düşüncəyə bağlılığımız baxımından hər hansı təhlükəsi varmı?

-Var. Mən rus dilinin məktəblərdə öyrədilməsinin tərəfdarıyam. İnstitutlarda bununla bağlı fakültələr olmalıdır. Slavyan Universiteti də var, orada mütəxəssislər hazırlanır. Mən bunların tərəfdarıyam. Lakin bu o demək deyil ki, Azərbaycan türkcəsində olan məktəblərin sayı azaldılmalı, rusdilli məktəblərin sayı artırılmalıdır. Bu, oyunun görünən və görünməyən tərəfləri var. Yenə təkrar edirəm, rus dilini öyrənmək lazımdır, necə ki, ingilis dili xarici dil kimi öyrənilir. Lakin bu lazımın arxasında rus dilində məktəblər açmaq böyük xatadır və yolverilməzdir. Rus dilində olan məktəblərdə hansı şagirdlər oxumalıdır? Bizim uşaqlarımız oxumalıdır. Onlar isə bu məktəbləri bitirəndən sonra “rusbaşlı” olacaq. Öz tarixlərini, ədəbiyyatlarını bilməyəcəklər. Mədəniyyətlərindən uzaq olacaqlar. Ona görə də rus dilində məktəblərin açılmasının qəti əleyhinəyəm. Rus dili dediyim qaydada öyrənilməlidir.
Biz qonşu ölkəyik. Bu gün Rusiyada bəlkə də üç milyondan çox soydaşımız yaşayır. Biri var ki, dili bilib ora gedəsən, bir də var ki, dili bilməyərək Rusiyaya gedəsən və orada əziyyət çəkəsən. Bütün lazımlı, dəyərli elmi əsərlərin hamısı rus dilindədir. O dili bilməyən bir aspirantın yazdığı əsərin dəyəri olmayacaq. Çünki onun rus dilində olan mənbələrdən xəbəri yoxdur. Ancaq dediyim kimi, bunu Azərbaycan türkcəsində olan məktəbləri sıxışdırmaq hesabına həyata keçirmək yolverilməzdir.

-Nazarbayev son aylar türk ruhu, türk tarixi ilə bağlı bir sıra bəyanatlarla çıxış edir. Sizcə ölkə başçısı səviyyəsində qabardılan, gündəmə gətirilən türklük faktoru türk xalqları içərisində türk ruhunun inkişafına, birlik arzusunun reallaşmasına təkan verə bilərmi?

-Nazarbayev ağıllı adamdır. Lakin o da köhnə kadrlardandır. Görüntü üçün hər şey edə bilərlər. Ortaq akademiya da yarada bilərlər. Digər qurumlar da yarada bilərlər. Lakin bu qurumlar işləmir axı...
Nazarbayev mənim yanıma mütəxəssislər göndərib. Onlara saatlarla bu məsələləri izah etmişəm və onlar da razılıq edərək ölkələrinə qayıdıblar. Onlar gedəndən sonra xəbər gəlir ki, nəzərdə tutduğumuz addım baş tutmadı. Deməli, bütün bunlar görüntü üçündür. Amma hər halda, bu gün dövlət başçıları içərisində Nazarbayevin öz ağır yeri var. Əgər Nazarbayev mənimlə söhbət eləsəydi, o zaman onun səmimi olub-olmadığını müəyyən edə bilərdim. Bəzi addımlar var ki, onu reklam naminə edirlər. Məqsəd isə gündəmdə qalmaqdır. Fakta gələndə isə bəlli olur ki, ortada iş yoxdur.

-Yazdığınız kitabların çapı ilə bağlı vəziyyət nə yerdədir? Kitabların çapına dəstək verənlər varmı?

-Bu yaxınlarda tanınmış iş adamı Mübariz Mənsimov mənə zəng edərək bildirdi ki, kitabları çap etdirəcək. Əgər o, kitabların çapına kömək etsə, bu xalqımızın öz tarixini öyrənməsi işinə böyük dəstək olar. Bizdə milyonları altına yığıb iylənən məmurlardan fərqli olaraq, Mübariz bəy xalq üçün çox iş görüb.

-Bu kitabların digər türk xaqllarının dilinə tərcümə edilməsinə necə baxırsınız? Sizcə bu, ümumtürk maraqları baxımından da faydalı olmazmı?

-Bu kitablar türk, rus dillərinə də tərcümə olunmalıdır. Amma elmi əsərlərin tərcüməsini mütəxəssislər eləməlidir. Yazdıqlarım da elmi əsərdir. Mənim 2-3 kitabımı xaricdə çap ediblər.”Daşbaba” kitabı İranda fars dilində yayınlanıb, ancaq o dili bilmədiyim üçün tərcümənin keyfiyətindən danışa bilmirəm. “Etrusk-Türk Bağı” kitabım isə Türkiyədə çox bərbad halda çap edilib. Mən o kitabı oxuyuram, bəzi yerlərini başa düşmürəm. Özü də mən türk dilini yaxşı bilirəm. Əgər mən bu kitabı başa düşmürəmsə, o zaman digər oxucular bunu necə qarşılayacaq? Ona görə deyirəm ki, bu kimi kitabların tərcüməsini mütəxəssislər həyata keçirməlidir. Bu, çox ciddi işdir. Bu, həm çox böyük zaman, həm də maliyyə tələb edir. Bunlar olmalıdır ki, kitablar da lazımi səviyyədə tərcümə edilsin.

-Necə hesab edirsiniz, bu gün cəmiyyətimizdə ziyalı sözünə, ziyalı tövisyyəsinə ehtiyac varmı? Ziyalılarımız bu məsələdə kifayət qədər aktivlik sərgiləyirmi?

Ardı var
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?