Bakını Moskva ilə üz-üzə qoymaq planı... - iki paytaxt arasında əsəb savaşını kim körükləyir?
Siyaset
Oxunub: 751
17 yan 2019 | 13:13
Bakını Moskva ilə üz-üzə qoymaq planı... - iki paytaxt arasında əsəb savaşını kim körükləyir?
















Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni milliyyətindən olan Rusiya vətəndaşlarının ölkə ərazisinə buraxılmaması məsələsini yenidən qaldırıb. Belə ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu mövzuda son və məlum bəyanatı ilə kifayətlənməyərək məsələ ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyinə yaddaş qeydi göndərib.

Bu barədə “RİA-Novosti” Moskvadakı diplomatik mənbəyə istinadən xəbər yayıb. Sənəddə “Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına münasibətdə ayrı-seçkilik”dən narahatlıq əksini tapıb. “Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq” - RİA-"Novosti" adı çəkilməyən diplomatik mənbədən sitat gətirib.

*****

“Yeni Müsavat” xatırladır ki, az öncə Rusiya XİN-in qırğılarından olan və Azərbaycana qarşı zaman-zaman antipatiyası, ermənilərə isə rəğbəti ilə gündəmə gələn, uydurma erməni soyqırımının ildönümü günlərində ermənidən çox göz yaşı axıdan Mariya Zaxarova diplomatik etikanı unudaraq, Azərbaycana qarşı ədəbsiz mövqe sərgiləmişdi. Zaxarova-zaxaryan Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyini növbəti dəfə qulaqardı edərək, həyasızcasına erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı mövqe sərgiləmişdi. Rusiya XİN sözçüsü Azərbaycan dövlətini aşağılayıcı tərzdə onu da iddia eləmişdi ki, guya Bakı “öz səhvlərini düzəldəcəyinə” söz verib.

Azərbaycan XİN isə mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın timsalında ona sərt cavab vermiş, Bakının erməni vətəndaşlarla bağlı Moskvaya hər hansı bir vəd vermədiyini də diqqətə çatdıraraq, bir daha Azərbaycanın mövqeyini izah eləmişdi. Əsas motiv qismində isə əlbəttə ki, Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması və həmin erməni vətəndaşların özlərinin təhlükəsizliyi qeyd olunmuşdu.

*****

Dünən virtualaz.org Rusiya XİN-in növbəti de-marşı ilə bağlı şərh almaq üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. Yəni doğrudanmı, Rusiya tərəfi səfirliyə yaddaş qeydi göndərib? Belədirsə, Rusiya tərəfinin növbəti kobud müdaxiləsinin arxasında nə dayanır?

Səfir faktı təsdiq edərək öncə bildirib ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması qəbul edilməyib: “Ona görə ki, bu, rəsmi diplomatik yazışma deyil. Nəzərə alsaq ki, bu məlumat istənilən halda mətbuata yol tapıb, öz tərəfimdən sizə müvafiq arayış vermək üçün mənə şərait yaratdığınıza görə minnətdarlığımı bildirirəm. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimə ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib”.

Səfirin sözlərinə görə, Rusiya tərəfi bu məsələni dəfələrlə, müxtəlif səviyyələrdə qaldırıb: “Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübədə var ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər”.

Sözünə davam edən Bülbüloğlu deyib: “Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə heç bir şikayət olmayıb. Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər. Azərbaycan səfirliyi dəfələrlə erməni əsilli Rusiya vətəndaşlarının, o cümlədən özəl qaydada Azərbaycana səfər etmələrinə şərait yaradıb. Bir daha qeyd etmək istəyirəm ki, istənilən məhdudiyyətlər yalnız həmin vətəndaşların özlərinin təhlükəsizlikləri baxımından tətbiq edilir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın və məcburi köçkün yaşayır və onlar doğma torpaqlarından qovulublar. Həmin şəxslər üzləşdikləri qəddarlıqları, əzabları və qeyri-insani rəftarı, eyni zamanda Xocalı soyqırımını heç vaxt unutmayacaqlar”.

Bəs vəziyyətdən çıxış yolu necə görünür? “Rusiyalı həmkarlarım məndən bu barədə tez-tez soruşurlar. Hər dəfə də cavab verirəm ki, münaqişə tez bir zamanda ədalətli şəkildə, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün. Son illər ərzində üç dəfə Ermənistanda və Qarabağda olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, xalqlar arasında dialoq mümkündür, lakin Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçılıq siyasətinə son qoyulsun”, - deyə səfir əlavə edib.

*****

Məsələ də elə ondadır ki, rəsmi Moskva, Sergey Lavrov başda olmaqla, Rusiya XİN-də kök salmış erməni simpatizanları bu cür halların olmasını istəmirsə, o zaman səmimi şəkildə Qarabağ konfliktinin həllinə, Azərbaycanla Ermənistan arasında siyasi-diplomatik münasibətlərin qurulmasına töhfə versinlər, nəinki “erməni kartı” ilə Azərbaycana “xox” gəlsinlər.

Heç şübhə yox ki, Rusiya eyni prinsipiallığı Qarabağ məsələsində göstərsəydi, çoxdan nə Qarabağ problemi olardı, nə də erməni əsilli bəzi Rusiya vətəndaşlarının Azərbaycana giriş problemi. Görünür, Rusiyadakı məlum çevrələr son vaxtlar heç də isti olmayan İrəvan-Moskva münasibətləri fonunda Rusiya-Azərbaycan yaxınlaşması və güclənən strateji tərəfdaşlığını (ortaq nəqliyyat və enerji layihələri və s.) heç cür “həzm edə” bilmir.

Ümid eləmək qalır ki, iki paytaxtın arasını vurmaq planı əsla Putindən gəlmir və daha çox Lavrov və Zaxarovanın özfəaliyyətidir...
“Yeni müsavat”
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR