AzTV ya ləğv oluna bilər, ya da…
Siyaset
Oxunub: 377
18 yan 2019 | 10:18
AzTV ya ləğv oluna bilər, ya da…















Deputat və tanınmış telejurnalist dövlət televiziyasının ləğv edilərək İTV-yə birləşməsi öhdəliyindən danışdılar; MTRŞ rəsmisi telekanaldakı qüsurları açıqladı

“Əlbəttə ki, demokratik ab-havada Azərbaycan Dövlət Televiziyasının ləğvi və İctimai yayıma verilməsi çox normal təklifdir. Mən də bununla razıyam. Əslində Azərbaycan Avropa Şurasına üzv olanda belə bir öhdəlik götürmüşdü. Lakin yerinə yetirilmədi. Azərbaycandakı mövcud reallıq, şərtlər və sistem bu təklifin gerçəkləşməsinə imkan verməz. O səbəbdən güman eləmirəm ki, AzTV ləğv olunaraq maddi-texniki bazası İTV-yə veriləcək. Ən azından yaxın vaxtlarda belə bir dəyişiklik gözlənilmir”.

Bu fikirləri “Yeni Müsavat”a tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli AzTV-nin ləğv edilərək maddi-texniki bazasının İTV-yə verilməsi haqda səslənən təkliflərə münasibət bildirərkən söylədi.

Onun sözlərinə görə, nəinki AzTV-nin ləğvi həyata keçirilib, yaradılan İctimai Televiziya da dövlətin əlində ikinci təbliğat olub: “Nəzəri baxımdan reallaşması mümkündür. Amma belə bir gözləntim yoxdur”.

AzTV ya ləğv oluna bilər, ya da…


Q.Məhərrəmlinin AzTV sədri postundan Arif Alışanovun çıxarılmasından sonra dövlət telekanalında yeni verilişlərin, proqramların hazırlanacağı, kursun dəyişəcəyi barədə gözləntiləri də yoxdur: “İndilik bir söz deyə bilmərəm. Bu haqda danışmaq tezdir. Amma belə gözləntim də yoxdur”.

AzTV ya ləğv oluna bilər, ya da…


Deputat Fərəc Quliyev isə qeyd etdi ki, gedənin arxasınca danışmazlar, amma Arif Alışanov deputat olanda onun haqqında tənqidi fikirlər səsləndirib: “Çox qeyri-operativ işləyirdilər. O baxımdan hesab edirəm ki, onun AzTV sədri vəzifəsindən gedişi doğru qərardır. Biz təklif vermişdik ki, cəmiyyətə açıq telekanal olmalıdır. Eyni zamanda parlament televiziyası yaradılmasını təklif etmişdim”.

Deputat hesab edir ki, bununla belə, dövlət telekanalının olması çox vacibdir və bütün ölkələrdə var: “Xərclər nöqteyi-nəzərindən AzTV dövlətin üzərində yük ola bilər, amma onu saxlamaq lazımdır. İlk növbədə AzTV-dəki xətt, yanaşma dəyişməlidir. Bu tərz artıq yorucu olub, monotonlaşıb. Televiziyanın bütün sahələrində axsaqlıq müşahidə olunur, AzTV-də hədsiz dərəcədə tənqidə dözümsüzlük var. Bu inkişafı tormozlayır.

Eyni zamanda verilişlərdə bəsit yanaşma, adilik görürük, insanlar baxmırlar. Əhali artıq belə yanaşmadan bezib. Ona görə dövlət telekanalı fərqli yanaşma ilə tamaşaçıların qarşısına çıxmalıdır, yenilənməlidir, rəngini dəyişməlidir”.

Yada salaq ki, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib ki, Azərbaycan Dövlət Televiziyasının, ümumiyyətlə, ləğv edilərək, onun bütün maddi-texniki imkanlarının İctimai yayıma verilməsi mümkündür.

Ekspertin sözlərinə görə, bu proseslə dövlətin yükünü azaltmaq olar, həmçinin dövlət televiziyasının ləğvi beynəlxalq öhdəliyimizdir.

Sitat: “Azərbaycan Dövlət Televiziyası ilə İctimai Televiziyanın yayım funksiyası faktiki olaraq üst-üstə düşən xidmətlərdir. Amma İctimai kanal dünyanın hər yerində bu və ya digər formada qəbul olunan formatdır.

Hətta 2001-ci ildə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdə Azərbaycanda dövlət yayımından imtina edib, onu ictimai yayıma çevirməsi ilə bağlı konkret öhdəlik vardı.

Azərbaycan İctimai kanal yaratdı, ancaq dövlət kanalından da imtina etmədi. Hesab edirəm ki, hazırda dövlət kanalı büdcəmiz üçün əlavə yükdür”.

“Əlbəttə ki, AzTV-nin işinin daha da təkmilləşdirilərək, müasir tələblər səviyyəsində qurulması ölkədə KİV sektorunun inkişafı baxımından vacib əhəmiyyətə malikdir”.

AzTV ya ləğv oluna bilər, ya da…


Bu sözləri axar.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, dövlət büdcəsindən maliyyələşən bütün yayımçılar, o cümlədən də AzTV özəl yayımçılara nümunə olaraq qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməlidir:

“Lakin təəssüf ki, bir sıra hallarda biz bunun əksini müşahidə etməkdəyik. Məsələn, teleradio yayımı haqqında qanunvericiliyə görə, AzTV insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Ötən illərdə bu tələbə kanal tərəfindən tam şəkildə riayət edilməyib. Bundan başqa, teleradio yayımı haqqında qanunvericiliyə görə, karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır. Təəssüf ki, AzTV-nin efirində bu cür sosial yayımlara da rast gəlinməyib. Həmçinin kanal tütündən istifadənin mənfi təsiri barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlərin hazırlanması işində də nümunəvi rol oynamayıb”.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin sədri Arif Alışanov postundan azad edildikdən sonra yenicə sədr müavini təyin edilən gənc jurnalist Rövşən Raqifoğlu onun vəzifələrini icra edir. Onu da deyək ki, A.Alışanovun adı bir çox neqativ qalmaqallarda hallanırdı.
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli