Milyarder Əhmədov və Tatyana hekayəsi - böyük davanın tarixçəsi
Siyaset
Oxunub: 552
23 yan 2019 | 20:30
Milyarder Əhmədov və Tatyana hekayəsi - böyük davanın tarixçəsi















Özünü “tənha canavar” adlandıran azərbaycanlı milyarder əslində kimdir?

Adı “Forbes” jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur. Hazırda Rusiyanın ən zəngin adamlarından biridir. Vaxtilə Bakıdan Rusiyaya gedəndə isə cibində cəmi 48 rubl pulu olub. Adı xeyriyyəçiliklə yanaşı, qalmaqallı olayların əsas fiqurantı kimi də tez-tez mətbuatın gündəminə gəlir.

Biznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı - 41 yaşlı Tatyana Əhmədova onu qoyub qaçıb. Ardından Tatyana Əhmədova Fərhad Əhmədova qarşı iddia qaldırıb, onun varidatının yarısına sahiblənmək üçün məhkəməyə üz tutub.

Tatyana qaçdı, böyük varidatın yarısını tələb etdi

2 il əvvəl, 27 yanvar 2017-ci il tarixində Britaniya məhkəməsində bu iddiaya baxılarkən Fərhad Əhmədovun ərizəsi oxunub. Ərizədə azərbaycanlı oliqarx keçmiş həyat yoldaşını oğlunun sinif yoldaşı ilə xəyanətdə ittiham edib. Rusiyada isə boşanma prosesi Tatyana Əhmədovanın xəyanəti etiraf etməsindən sonra baş tutub. Tatyana Əhmədova bildirib ki, dəfələrlə gənc oğlanlarla ərinə xəyanət edib. Hətta qadın oğlu evdə olduğu zaman əri ilə yatdığı yorğan-döşəkdə öz məşuqları ilə münasibətdə olduğunu da gizlətməyib. Bu məhkəmə çəkişməsi üzrə məhkəmə davaları bu gün də davam edir. Fərhad Əhmədov keçmiş həyat yoldaşının iddiaları ilə barışmaq istəmir.

Fərhad Əhmədov kimdir?

Belə bir yarımbaşlıqlı yazı azxeber saytında yer alıb. Həmin yazlıda qeyd olunur ki, Fərhad Teymur oğlu Əhmədov Qız zodiak işarəsinin təsir dairəsindədir və 15 sentyabr 1955-ci ildə anadan olub. Astroloqlar iddia edir ki, Qızlar ağıllı olsalar da, yalanla həqiqət arasında sərhədi tam ayırd edə bilmirlər. Müqayisəli təhlillər aparmağı sevən Qızlar hər hansı yeni işə başlayanda ölçülü-biçili addımlar atırlar. Tələskən deyillər, lakin son dərəcə xırdaçıdırlar. Fərhad Əhmədovun həyatına nəzər saldıqda aydın görmək olur ki, o, bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirir. Digər uğur qazanmış biznesmenlər kimi, onun da “zənginliyə gedən yolu” rahat və asan olmayıb.

Fərhad Əhmədovun atası Teymur Əhmədov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Sonuncu iş yeri Göyçay rayon Konservləşdirilmiş Tomat və Alma Şirələri İstehsalı Zavodunun direktoru vəzifəsi olub. Karyerasının pik həddində milyarderin atası iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir və hökm icra edilir. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov məktəbi ataraq Moskvaya yola düşür. Burada 85№-li texnikumda qaynaqçı-montajçı ixtisasına yiyələnir. Texnikumu bitirdikdən sonra Fərhad Əhmədov 1975-ci ildən 1977-ci ilə qədər sovet ordusu sıralarında hərbi xidmət keçir. Mülki həyata döndükdən sonra 1977-ci ildə o, Skryabin adına Baytarlıq Akademiyasına daxil olur. Burada əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alır.

Deyilənə görə, Fərhad Əhmədov dəri biznesinin incəliklərindən xəbərdar olan, bu sahədə yetişmiş bir ticarətçidir. O, akademiyada oxuduğu dönəmlərdə bu sahənin bütün sirlərinə yiyələnir və Moskvadakı Xarici Ticarət Nazirliyindən asılı olan şirkətlərlə əlaqəyə girir. Moskvadan Avropa ölkələrinə dəri ixracı ilə məşğul olmağa başlayır. 1986-cı ildə bu sahədəki təcrübəsini artırmaq üçün Fərhad Əhmədov Londona gedir.

İngiltərədə yaşadığı ilk 2 il müddətində aktiv şəkildə xəz alveri ilə məşğul olub. Lakin çox keçmədən o, “ağ qızıldan” “qara qızıla” keçid edir. “Tansley Trading Limited” adlı şirkətdə işə düzəlir. Məlumat üçün qeyd edək ki, bu şirkət vasitəsi ilə SSRİ neft məhsullarının ixracı həyata keçirilirdi. Ümumiyyətlə, “Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Avropanın iri neft şirkətləri arasında vasitəçi rolunu oynayırdı. Fərhad Əhmədov 1989-cu ildə həm də Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, “Amoco Euroasia” və “McDermott” şirkətlərini cəlb edir. “Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tarixə düşür. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında “Qazprom”un monopoliyasına qarşı dayanır. Hətta 1999-cu ildə rus hökuməti “Nortqaz”ın lisenziyasını geri götürmək məsələsini qaldırır. Əslində bu vəziyyət “Qazprom”un yataqların istismarına investisiya qoymaması və kreditlərə zəmanət durmaması səbəbindən baş verir. Məhz həmin vaxt Əhmədov öz vəsaiti hesabına “Nortqaz”ı dirçəltmək qərarına gəlir və buna nail olur. Fərhad Əhmədov rus mətbuatına açıqlamasında özünü “tənha canavar” adlandırır. Gənc yaşlarında məmur atasının məhkəmə qərarı ilə güllələnməsi, arvadının oğlunun dostuna qoşulub qaçması, “Qazprom”la problemlər və bütün bunların fonunda “uğur hekayəsi” göstərir ki, o, doğrudan da “canavardır”, lakin tənhadır.

Müxtəlif dönəmlərdə onun siyasi fəaliyyətlə məşğul olduğuna dair iddialar ortaya çıxsa da, o qəti şəkildə bunu təkzib edir: “Düzdür, mən 5 il Rusiyada senator olmuşam. Lakin siyasətlə məşğul olmuram. Olsaydım, çoxdan partiya yaratmışdım. Mənimki iqtisadiyyatdır, biznesdir”.

Fərhad Əhmədovun Azərbaycandakı fəaliyyəti haqda məlumatlar da daim maraqla izlənilir. Onun Göyçaydakı zavodları əsasən Rusiyaya meyvə şirələrinin ixracı ilə məşğuldur. Həmin zavodlar atası Teymur Əhmədovun adını daşıyan Göyçay “AzNar” konsernində birləşib. 2016-cı ildə anası dünyasını dəyişən zaman Fərhad Əhmədov zavodda çalışan 150-yə yaxın işçisinin 80-dən çoxunun bank borcu olduğunu öyrənmişdi və onların hamısının borclarını bağlamışdı. “Anamın xatirəsinə bundan gözəl ehsan ola bilməz”, - deyə azərbaycanlı milyarder bildirmişdi.

Fərhad Əhmədov Göyçayda hər il keçirilən Nar festivalına da qatılır, sponsorluq edir. Son festivala onun 300 min manat pul xərcləməsi haqda da xəbərlər yayılmışdı. Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda isə festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır. Fərhad Əhmədovun Azərbaycanda digər layihələrə də pul ayırdığı haqda məlumatlar var. Onun daha çox Rusiyada böyük layihələrə əvəzsiz olaraq maliyyə ayırdığı deyilir.

Fərhad Əhmədov istirahəti sevən, əyləncəyə böyük pullar xərcləyən milyarderlərdəndir. 2017-ci ildə Türkiyə mətbuatı Bodrumda istirahət edən Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun barəsində manşetlər yazırdı. 62 yaşlı iş adamı verdiyi bəxşişlərlə müzakirə mövzusuna çevrilmişdi. O, əvvəlcə Bodrumu gəzib, alış-veriş mərkəzində xanımı Tatyana Əhmədova və övladları üçün 1700 avroluq bazarlıq edib. O, mağazanın satıcısına 100 avro bəxşiş verib. F.Əhmədov daha sonra ailəsi ilə birgə Bodrumun Torba ərazisindəki balıq restoranında olub.

Milyarder 6 nəfərlik masa üçün 350 avro hesab ödəyib. O, 3 ofisiantın hər birinə isə 50 avro bəxşiş verib və təşəkkürünü bildirib. Həmin günlərdə onun Tatyana Əhmədova ilə münasibətlərinin məhkəməlik olmasına 2-3 ay qalırdı...

“Yeni Müsavat”
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ