Deputat AŞPA-dan tələb etdi — Ərazi bütövlüyümüzə hörmətlə yanaşın
Siyaset
Oxunub: 395
25 yan 2019 | 10:37
Deputat AŞPA-dan tələb etdi — Ərazi bütövlüyümüzə hörmətlə yanaşın















Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təşviq edilməsi” FDG (Azad Demokratlar Qrupu) adından çıxış edərək dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb edib.
Report xəbəb verir ki, Q.Paşayeva çıxışında ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayıraraq bildirib ki, Avropanın gələcəyi üçün bu məsələdə yanaşma birnəmalı olmalıdır:
” Milli azlıqların hüquqlarının qorunması ilə bağlı Çərçivə Konvensiyası Avropa Şurasının ümumi hüquqi müqavilələr sistemində mühüm yer tutur. 2018-ci ildə Konvensiyanın 20-ci ildönümü qeyd edildi və mübaliğəsiz qeyd edilməlidir ki, bu illər ərzində bu mühüm sənəd Avropada insan haqlarının müdafiəsi sistemində özünün əhəmiyyətini və mühümlüyünü göstərib. Mühüm qanuni sənəd olaraq Çərçivə Konvensiyası özlüyündə çox mühüm, eyni zamanda milli azlıqların qorunması ilə bağlı həssas məsələləri əhatə edir. Biz hamımız qəbul edirik ki, milli azlıqların qorunması insan haqlarının ümumi qorunmasında mühüm element təşkil edir və milli azlıqların hüquqlarının kifayət qədər qorunması olmadan gücləndirilmiş insan haqlarının qorunması sisteminə malik həqiqi demokratik cəmiyyət qurmaq mümkün deyil. Digər tərəfdən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əməl etmək hədsiz vacibdir. Mən Çərçivə Konvensiyasının 21-ci maddəsinə istinad etmək istərdim. Bu Çərçivə Konvensiyasında heç bir şərt beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suveren bərabər hüquqluluq, ərazi bütövlüyü və siyasi müstəqilliyinə zidd olan fəaliyyət və ya hərəkət hüququ kimi təfsir edilməməlidir. Buna görə də Konvensiyaya uyğun hüquqların icrası dövlətlərin ərazi bütövlüyünü və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətləri nəzərdə tutmamalıdır və mən məşvərət komitəsinibuməsələlərdə hədsiz ehtiyatlı olmağa çağırıram. Məşvərət komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyyələr verməkdir. Buna görə də çox vacibdir ki, Komitə üzvləri məsələnin həssaslığını daha yaxşı anlayan və Avropanın müxtəlif regionlarının və ölkələrinin tarixi, şərtləri və xüsusiyyətləri barədə zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, bilgili ekspertlərdən təşkil olunmalıdır. Komitənin tövsiyələri öz növbəsində Konvensiyanın dilinə və ruhuna uyğun olmalı və milli azlıqların hüquqlarının qorunmasını və təşviqini irəli çəkmək məqsədinə xidmət göstərməlidir. Bu məsələlərin həssaslığını nəzərə alaraq bütün səylər Avropada bölünmələrin və gərginlik mənbələrinin yaradılmasının qarşısının alınmasına yönəlməlidir və Komitə özişində Çərçivə Konvensiyasının effektiv həyata keçirilməsi vasitəsilə Avropa xalqları və millətlər iarasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır. Mənim ölkəm Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır və açıqdır”-deyə, xanım deputat vurğulayıb.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO