Passiv deputatlar mandatsız qala bilər
Siyaset
Oxunub: 405
29 yan 2019 | 14:31
Passiv deputatlar mandatsız qala bilər
















Zahid Orucun müsahibəsindəki anons və xəbərdarlıq; günün tələblərinə cavab verməyən parlament üzvlərinə “əlvida” deyiləcək

Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a müsahibəsində aktiv olmayan, hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən deputatları tənqid edib. O bildirib ki, indiki zamanda siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır.

Onun sözlərinə görə, ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir: “Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər biri bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur”.

Zahid Orucun bununla hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə deputat mandatı qazanan, özünü hakimiyyətyönlü elan edən, lakin “danışmamaq qızıldır” yanaşması ilə davranan Milli Məclis üzvlərini nəzərdə tutduğu bəllidir. Siyasi analitiklər hesab edir ki, əslində Z.Oruc bu fikirlərlə yaxasını kənarda tutmaq taktikası seçən, heç bir ictimai müzakirələrə qatılmayan, mediadan qaçan, hakimiyyətin siyasətinin müdafiəsi istiqamətində fəaliyyəti olmayan deputatlara iqtidarda münasibətin necə olacağının anonsunu vermiş olub. Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, yoxluğu ilə varlığı bilinməyən deputatlar növbəti seçkilərdə YAP-ın namizədlər siyahısına daxil edilməyəcəklər.

Passiv deputatlar mandatsız qala bilər












Qeyd edək ki, hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də olub. Həmin seçkilərdə 125 deputat mandatından 71-ni hakim Yeni Azərbaycan Partiyasının siyahısındakı namizədlər əldə edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası parlamentdə bir deputatla, Vətəndaş Həmrəyliyi Partiyası iki deputatla təmsilçilik hüququ qazanıb. 42 mandata isə bitərəf adlanan namizədlər sahibləniblər.



Passiv deputatlar mandatsız qala bilər














Nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsində 2016-cı il iyunun 18-də keçirilən təkrar seçkilərdə isə YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov deputat mandatı əldə edib. Bununla da YAP-ın deputatlarının sayı 72-yə çatıb. 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 4 nəfər deputat Nazirlər Kabinetinin yeni tərkibində yer alıb. Qanunvericiliyin tələbinə görə, həmin şəxslərin deputat mandatına xitam verilib. Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra onun deputat fəaliyyətinə xitam verilib.

Passiv deputatlar mandatsız qala bilər













Milli Məclisin daha bir YAP-çı deputatı Astan Şahverdiyev isə vəfat edib. Bu səbəbdən Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur. Hakim partiyanın deputatlarının hazırkı sayı isə 68 nəfərdir. Sözügedən 68 deputatdan, eləcə də bitərəf adlanan 40 deputatdan ictimai-siyasi aktivliyinə, baş verən hadisələrə reaksiyasına görə 10-15 nəfəri seçilir. Cəmiyyətə həmin 10-15 deputatın adı, siması bəllidir. Bu isə o deməkdir ki, hakimiyyətin dəstəyi ilə mandat sahibi olanların təxminən 10 faizi deputat kimi aktivdirlər və günün tələblərinə cavab verə bilərlər. Zahid Oruc da yerdə qalan 90 faizi fəallığa çağırıb. Eyni zamanda onlara xatırlatmış olub ki, belə davam etsə, gələn seçkidə deputat ola bilməyəcəklər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...