Samir Şərifovun çətiri altında böyük yeyinti... - Nazir Yusifovun çetesini durdura bilmir?
Siyaset / Dunya
Oxunub: 946
31 yan 2019 | 21:19
Samir Şərifovun çətiri altında böyük yeyinti... - Nazir Yusifovun çetesini durdura bilmir?















Baş nazirin sabiq müavini Abid Şərifovdan “Sovetski”nin sökülməsi işlərinə nəzarətin alınması ilə yeni kuratorun kimliyi sirr qalırdı. Bir məktub bu sirrin üstünü açdı.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətirəisi Cavanşir Yusifovun “Sovetski”dəki əməliyyatları de-şifrə olundu.

“Sovetski” məhləsinin söküntü prosesində onun rolunun olması öncə ictimaiyyəti təəccübləndirdi. Amma vətəndaş Aydın Rzayevin mülkiyyətinin qəsb olunması hər incəlikləri üzə çıxardı.

Məlum oldu ki, C.Yusifov kənara çəkilərək, təğyiri-libas olub özünü gizlətməyə çalışır. Əvəzində iş icraçıları İlham və Zahid Bağırov qardaşlarını qabağa verib.

Dövlət Maliyyə Nəzarəti Xidmətirəisi sanki özünün heç nədən xəbəri yoxmuş kimi aparır. Guya narazılıq yaradan yalnız Bağırov qardaşlarıdır. Amma...

Amması budur ki, qardaşların C.Yusifovun əmrləri əsasında hərəkət etdikləri iddia olunur. Onlar bu məsələdə müstəqil olmadıqlarını söyləyirlər.

Ona görə də “Sovetski”nin söküntüsü zamanı gizli maliyyə oyunları həyata keçirildiyi bildirilir. Bu zaman Bağırov qardaşlarının sakinləri narazı salan addımlarına görə məsuliyyət Cavanşir Yusifovun boynuna biçilir.

C.Yusifovun adını hallandıran Bağırovlar Xidmət rəisinə və maliyyə naziri Samir Şərifova reputasiya baxımdan hansı xərbəni vurduqlarını hesablamırlar.

Vətəndaşlar süründürülür, komissiyada qəbula mane olunur, mülkiyyət sahibləri qəsdən C.Yusifova qarşı qoyulur. Bu siyasətdir yoxsa öz çıxarları naminə edilir, bilinmir.

“Sovetski”sakini Aydın Rzayevin də Azərbaycan mətbuatında çıxışı nələrin baş verdiyini ortalığa qoydu. Onun komissiyada işinə baxılması üçün müraciətindən imtina edilib. Səbəb açıqlanmayıb.

Lakin qardaşlardan biri - İlham Bağırovşikayətçinin evinə gedir, ona mobil nömrəsini verir. Belə qeyri-rəsmi addımların atılmasında hansı niyyətlər güdüldüyü bəlli deyil.

İlham Bağırov “Sovetski”də qiymətləndirmə işləri tapşırılan, indiki adı “BTİ Expert”, əvvəlki adı “Azər Expert” olan MMC-nin rəhbəridir.

Qardaşı Zahid Bağırov isə rəsmi işçi deyil. Amma onu – Zahid Bağırovu “Sovetski “də tanımayan az adam olar. Çünki baş çəkmədiyi ev, tin, küçə qalmayıb.

Zahid Bağırovevin hər kvadrat metrinə görə 200 manat veriləcəyini deyir. Bütün bunlar tam qanunsuzluq, prezidentə qarşı fəaliyyət, vətəndaşı dövlətdən narazı salmaq, maliyyə maxinasiya həyata keçirməkdir...

Eyni zamanda söz atır ki, istəsə, məsələnin həlli yolunu da bilir, bəs evinin hər kvadratına görə 1500 manatdan pul ala bilər.

Əli hər yerdən üzülən sakinin isə bahalı ətir iyi verən, özünü “Həsən ağanın qohumu” kimi aparan Zahid Bağırovun ədalı təklifi ilə razılaşmaqdan başqa yolu qalmır.

Bağırovların şərtlərini qəbul etdikdən sonra onun evinin sənədləri, sxemləri, eskizləri dəyişdirilir, kvadratlar maksimuma qədər şişirdilir, sənədlərdəki əvvəlcədən Bağırovların özləri tərəfindən yazılan qondarma “yeni tikili” sözləri yoxa çıxarılır.

Sakinlərdə belə təəssurat yaradılır ki, evin kvadratı onların – yəni Bağırovların səyi nətəcəsində Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli qərarında göstərildiyi kimi 1500 manatlıq duruma gətirilir.

Buna görə də Zahid Bağırov, onu əraziyə yollayan qardaşı İlham Bağırov və digərilərinin varlanmasına yol açılır. Bu cür sövdələşmədən əldə olunan gəlirin 60 faizi Bağırovlara, 40 faizi isə sövdələşməyə getmək məcburiyyətində qalan vətəndaşa verilir.

İtirən vətəndaşlar, dövlət büdcəsi, qazananlar isə Bağırov qardaşları və onları qabağa verənlərdir.

Bu məsələlər artıq mediada tirajlanıb və böyük əks-səda doğurub. Prezidentin diqqətinə çatdırılsa, ciddi ölçülər götürülə bilər. Çünki bir sakin belə narazı getməməlidir.

Ona görə də Bağırovlar həm vətəndaşları hökumətlə üz-üzə qoyur, həm də Cavanşir Yusifovun nüfuzunu xərcləyirlər.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq. \\xalqxeber.az\\
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...