Azərbaycan niyə “SU-30SM” qırıcısından imtina etdi? – Hərbi ekspert
Siyaset
Oxunub: 467
5 fev 2019 | 10:11
Azərbaycan niyə “SU-30SM” qırıcısından imtina etdi? – Hərbi ekspert















“Ermənistanın Rusiyadan “SU-30SM” qırıcı təyyarələrini alması regionda qüvvələr balansına təsir etməyəcək. Çünki bu ölkənin hərbi aviasiyası olduqca zəifdir”.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın hərbi aviasiyasında əsasən, “SU-25”hücum təyyarələri üstünlük təşkil edir:

“Bu da az saydadır. Halbuki Azərbaycanın döyüş təyyarələrinin sayı Ermənistanın döyüş təyyarələrindən dəfələrlə çoxdur. Bu gün bizim Hərbi Hava Qüvvələrimizin arsenalında “MİQ-29”, “SU-25”, “SU-24” cəbhə-bombardmançı və digər döyüş təyyarələri mövcuddur. Eləcə də, konservasiya edilmiş “MİQ-25” döyüş təyyarələrimiz də var.

Onu da deyə bilərəm ki, Rusiya Ermənistandan əvvəl “SU-30SM” təyyarələrini Azərbaycana təklif etmişdi. Sadəcə olaraq, bizim şəraitə uyğun olmadığı üçün ondan imtina etdik. Yəni, ruslar dəfələrlə Azərbaycana gəlmişdilər və bu qırıcını bizə təklif etmişdilər.

Müzakirələrdən sonra məlum oldu ki, “SU-30SM” belə şəraitdə ciddi effekt verməyəcək. Bu qırıcılar hava döyüşləri aparılması üçün nəzərdə tutulub. Digər yandan, bu şəraitdə Azərbaycan hava döyüşü aparmır. Habelə Ermənistanın hərbi aviasiyası kiçikdir və digər qonşu dövlətlərlə də müharibə şəraitində deyilik”.

Rəşad Süleymanov qeyd edib ki, Rusiya və digər ölkələr Azərbaycana müxtəlif tipli, daha müasir təyyarələr təklif edirlər:

“Bunlar Rusiyanın “SU-30SM” qırıcılarından daha mükəmməl təyyarələrdir. İsveç, Fransa və digər Avropa şirkətləri özlərinin ən müasir təyyarələrini Azərbaycana təklif edirlər. Eləcə də, Pakistandan yeni qırıcıların alınması da dəqiqləşir. Bu alınacaq təyyarələr Azərbaycanın şərtlərinə tamamilə uyğundur. Həmin təyyarələrin döyüş aparmaq qabiliyyəti olduqca mükəmməldir. Müxtəlif raketlər və aviasiya bombaları ilə təchiz edilə bilir.

Başqa sözlə, hesab etmirəm ki, Ermənistanın Rusiyadan alacağı 4 qırıcı bölgədə qüvvələr balansını dəyişəcək. Çünki Azərbaycanın hava hücumundan müdafiə sistemi Ermənistan ərazisindəki bütün uçuşlara (hərbi və mülki) nəzarət edir, onları izləyir və nəzarətdə saxlayır. Təhlükəli məqamlara qarşı isə ən mükəmməl müdafiə və hücum vasitələrinə malikdir.

Rusiya isə Ermənistana kreditlə daha çox silah verməklə bu ölkəni özündən asılı vəziyyət salır”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO