ABŞ-dan İrəvana və Dəməşqə ortaq xəbərdarlıq - pərdəarxası
Siyaset
Oxunub: 377
9 fev 2019 | 15:39
ABŞ-dan İrəvana və Dəməşqə ortaq xəbərdarlıq - pərdəarxası















Ötən ilin dekabr ayında keçirilən parlament seçkilərindən sonra Ermənistanın yeni rəhbərliyinin Rusiyaya reveransları göz görəsi artıb. Yeni hökumətin parlamentdə təsdiqlənmə ərəfəsində olan 5 illik proqramında nələrin yer aldığı barədə ötən sayımızda yazmışıq. Həmin sənəddə ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi əks olunur.

“Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” - sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.

Dünən isə məlum olub ki, Ermənistan Rusiyaya xoş gəlmək üçün daha bir jest edib: baş nazir Nikol Paşinyan Suriyaya - Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərib. Məlumata görə, fevralın 8-də minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən yazıb. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçiriləcək.

Bu faktın özü də özünü qərbyönlü sayan Ermənistanın yeni rəhbərliyinin Rusiyaya növbəti reveransıdır. Eyni zamanda, İrəvanın Suriya məsələsində Moskvanın siyasətini bütünlüklə dəstəkləməsi deməkdir. Ən əsası, belə bir gediş işğalçı ölkənin Rusiya orbitindən çıxmaq istəmədiyinin, İrəvanın Kremlə sədaqətinin növbəti nümayişidir. Hansı reveranslar ki, Qərbin aparıcı paytaxtlarında yəqin ki, ciddiyə alınacaq.

*****

Qeyd edək ki, Suriyadakı Bəşər Əsəd rejim də Moskvaya sədaqəti ilə seçilir. O dərəcədə ki, ötən il Kremlin şübhə doğurmayan birbaşa diktəsi ilə Suriya Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Suriya müsəlman ölkələri arasında ilk ölkə, Rusiyadan sonra ikinci ciddi ölkədir ki, bu addıma gedib. Nəticədə Tiflis Dəməşqlə bütün siyasi-diplomatik əlaqələri kəsib.

Yeri gəlmişkən, məhz bu ərəfədə - Nikol Paşinyanın Bəşər Əsədə dəstək qrupu göndərdiyi vaxtda ABŞ Konqresinə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Suriya tərəfindən tanınmasını sərt şəkildə qınayan qətnamə layihəsi daxil olub.

“Yeni Müsavat”ın gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə konqresmen Frensis Runi dünən Vaşinqtonda olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşündə bildirib. Məlumata görə, qətnamə bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində ABŞ-ın qəti mövqeyini ifadə edir, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir.

“Gürcüstan - Avrasiya regionunda sülhün və demokratiyanın yayılmasında Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır. Biz Rusiya Federasiyasının vassal dövləti (”client state") - Suriya Ərəb Respublikası tərəfindən Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınmasını məhkum edirik", - deyə sənəddə vurğulanır.

*****

ABŞ Konqresinin sözügedən sənədi qəbul ediləcəyi heç bir şübhə doğurmur. Azərbaycan kontekstində önəmlisi odur ki, onun “küləyi” Kremlin başqa bir vassalına - Bəşər Əsəd rejiminə kömək göndərən Ermənistana da dəyə bilər. Başqa sözlə, bunu ABŞ-dan İrəvana və Dəməşqə ortaq xəbərdarlıq mesajı da hesab eləmək mümkündür.

Xatırladaq ki, ötən ilin oktyabrında regionda, o cümlədən Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Paşinyanla görüşdə Ermənistana Rusiya orbitindən uzaqlaşmaq və Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün konkret addımlar atmağa çağırmışdı.

Bundan ötrü ilk növbədə Dağlıq Qarabağ məsələsində İrəvanın konstruktiv mövqe tutması tələb olunur - hansı məqam ki, həm Boltonun İrəvan bəyanatında, həm də bu yaxınlarda prezident Donald Trampın Nikol Paşinyana təzədən baş nazir seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda əskini tapıb. Tramp hətta bu məsələni Ermənistanın öz qonşuları ilə sülh şəraitində yaşaması və inkişafının əsas şərti və həyati məsələ kimi vurğulamışdı.

Nəhayət, ona da şübhə qalmır ki, İrəvan istər Rusiya ilə münasibətlərdə, istərsə də Dalıq Qarabağ məsələsində sələflərinin siyasətini davam etdirəcəyi və indiki status-kvonu saxlayacağı təqdirdə nə Amerikanın, nə də bütövlükdə Qərbin mühüm maliyyə dəstəyini ala bilməyəcək. Demək, indilikdə Moskvanın etibarlını qazanmağın yollarını axtaran Paşinyanın öz xalqına vəd elədiyi islahatlar da vəd olaraq qalacaq. İqtisadi inkişaf əvəzinə isə, Ermənistan böyük müharibə riskinə tuş gələcək...
“Yeni Müsavat”
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO