ƏLİ HƏSƏNOVUN SƏHƏTİNDƏ PROBLEM YARANDI – Nəvəsinin işi ilə bağlı köməkçisi açıqlama yaydı
Siyaset
Oxunub: 595
9 fev 2019 | 20:18
ƏLİ HƏSƏNOVUN SƏHƏTİNDƏ PROBLEM YARANDI – Nəvəsinin işi ilə bağlı köməkçisi açıqlama yaydı














Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yaranıb.Unikal.org-a daxil olan məlumata görə, Ə.Həsənov müayinə olunmaq üçün bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gedib.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Şöbə müdiri Əhməd Memiş Ə.Həsənovu müayinə edib. Müayinədən sonra nazir müavinin böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.

Ə.Həsənov səhhətində yaranan narahatlığa görə, bir müddət müalicə alacaq.

“AzPolitika.info”nun məlumatına görə, Baş naziri müavininin köməkçisi Ramin Talibli dünən “Meydan TV”-də yayımlanan “Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa…” başlıqlı video roliki ilə bağlı açıqlama yayıb. “AzPolitka.info”ya göndərilən açıqlmada bildirilib:

“Məlumat üçün bildiririk ki, İdris Tekişin Meydan TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur.

Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşın xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə – müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda “emosyanal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Kekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.

Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.

Xatırladaq ki, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub.

Снимок2Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi açıqlamada iddia edib ki, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək. İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.

“300-350 kilometr sürətlə insanların ölümünə səbəb olursan, 3 uşaq zərər çəkib. Analarını görə bilmirlər, ataları ilə ünsiyyət qura bilmirlər”- deyə İdris Tekişin bildirib.

O iddia edib ki, məhkəmə proseslərində tez-tez zəng vurub hər cür şərtlərə razı olduğunu deyən Əli Həsənov da ailənin çəkdiyi əziyyətlərə biganə yanaşır: ” Verilən sözlərin hamısı yalan oldu. Bu şəxslərə inandıq. “Məhkəməyə verin”, “hara istəsəniz şikayət edin” deyiblər. Əli Həsənovdan verdiyi sözlərin yerinə yetirilməsini istəyirik. Yoxsa bu iş çox uzanacaq. Sadəcə Azərbaycan sərhədlərini deyil, Türkiyə sərhədlərini də aşacaq… Bizə verilən sözlərin tutulmamasına Azərbaycan ictimaiyyətinin də ciddi reaksiya verəcəyinə inanıram…”
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”