11-02-2019, 14:27 Oxunub: 146

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi — FOTO

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi — FOTO














Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyyatlar sferasını azərbaycanlıya həvalə edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun “Report”un Kiyev bürosuna verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.

Bu dairə İvano-Franskovsk və Çernovtsı vilayətlərini əhatə edir.
R. Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R. Qasımov daha sonra iki dəfə İvano-Franskovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərkatında fəaldır.

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi — FOTO
Ukraynada yanan ailəni xilas edən azərbaycanlılar mükafatlandırılıb Ukraynada yanan ailəni xilas edən azərbaycanlılar mükafatlandırılıb Siyaset İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu Hadise Azərbaycanlı “qanuni oğru” belə saxlanıldı – VİDEO Azərbaycanlı “qanuni oğru” belə saxlanıldı – VİDEO Hadise Ukraynada ötən ilin yayında itkin düşən iki azərbaycanlı iş adamının meyiti Rusiya ərazisində çayda tapılıb Ukraynada ötən ilin yayında itkin düşən iki azərbaycanlı iş adamının meyiti Rusiya ərazisində çayda tapılıb Kriminal Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər Sosial