Ohanyan Sərkisyanı istintaqa satıbmı... - "HƏR ŞEY ONUN HƏBSİNƏ DOĞRU GEDİR"
Siyaset
Oxunub: 460
13 fev 2019 | 15:00
Ohanyan Sərkisyanı istintaqa satıbmı... - "HƏR ŞEY ONUN HƏBSİNƏ DOĞRU GEDİR"














Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci ilin 1 mart hadisələrinə görə istintaqda doğrudan da keçmiş prezident Serj Sərkisyanla üzləşdirilib. Amma onu istintaqa satmayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bununla belə mənbə bildirib ki, Serj Sərkisyan özü həbs edilə bilər.

“Ohanyanın Sərkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər doğru deyil, bundan əlavə biz bilirik ki, Ohanyan istintaqda belə deyib:”Sərkisyan mənim ali baş komandanım olub və mən onun əleyhinə ifadə verə bilmərəm”. Bir sözlə, Ohanyan özünü düzgün aparıb”-qəzetə danışan mənbə belə deyib.

Mənbə əlavə edib ki, istintaqda hər şey Sərkisyanın həbsinə doğru aparır. Hansı ki, hakimiyyətin “qalan hallarda olduğu kimi” Sərkisyanı da həbs etməyə əsası yoxdur.

“Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin etmək olar”-mənbə əlavə edib.

Xatırladaq ki, Sərkisyan 2008-ci ildə prezident seçilib və onun seçkilərin saxtalaşdırılması yolu ilə hakimiyyətə gəlməsi güclü etirazlara səbəb olub. İndiki baş nazir Nikol Paşinyanın da qatıldığı bu etirazların yatırılması üçün ordu yeridilib, 10 nəfər öldürülüb. Həmin hadisələr zamanı Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi idi.

Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun aldığı zərbələrdən sonra istefaya göndərildi və daha sonra Sərkisyana qarşı müxalifətə keçdi. Lakin siyasətdə heç bir uğur qazana bilmədiyi üçün kölgəyə çəkildi.
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ