Yüksək vəzifəli postda dəyişiklik gözlənilir... - İDDİA
Siyaset
Oxunub: 524
19 fev 2019 | 21:55
Yüksək vəzifəli postda dəyişiklik gözlənilir... - İDDİA














“Son illər müşahidə edilən yüksək səviyyəli kadr islahatları bundan sonra da davam edəcək”.

Bu sözləri Rubrika.Az-a məlumatlı mənbə bildirib. Onun sözlərinə görə nəzərdə tutulan kadr dəyişiklikləri nazir və nazir müavinləri miqyasında həyata keçiriləcək. İlk növbədə isə işinin günün tələbləri səviyyəsində qura bilməyən və rəhbərlik etdikləri sahələr üzrə ölkə rəhbərliyinə daha çox şikayət daxil olan qurum rəhbərləri vəzifələri ilə vidalaşmalı olacaqlar.

Bu sırada isə şübhəsiz ki, ilk ağla gələn isim səhiyyə naziri Oqtay Şirəliyevdir. Xatırladaq ki, bu gün əhalinin daha çox narazı qalaraq, dilə gətirdiyi problemlərdən başlıcası səhiyyə sisteminin acınacaqlı durumda olmasıdır. Yaranmış vəziyyət rəsmi dairələri də qane etmir. Elə bu və digər bir neçə səbəbdən hazırkı Səhiyyə naziri Oktay Şirəliyevin yola salınması ilə bağlı qərarın verilə biləcəyi inandırıcı görünür.

Əvvəla, bu dəyişikliyi vacib edən səbəblərdən biri odur ki, xəstəxana və poliklinikalarındakı müayinə və müalicə üsullarına dair köklü şəkildə aparıla biləcək islahatlar əhalinin ölkə səhiyyəsinə itmiş inamını bərpa edə bilər.Bununla qarşıdakı illərdə ölkədən milyonlarla manat vəsaitin hər ay xaricə daşınmasının qarşısı alınar. Sirr deyil ki,ölkə vətəndaşlarının xeyli hissəsi sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstana, daha imkanlı şəxslər isə Avropa ölkələrinə üz tutur. Bu vəziyyət ölkə iqtisadiyyatına ciddi zərbə deməkdir ki,bunun da qarşısı alınmalı, yerli səhiyyəyə etibar yenidən bərpa olunmalıdır.

Digər məsələ ondan ibarətdir ki, artıq Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinə heç bir etimad qalmayıb. Bu baxımdan yalnız bir faktı qeyd etmək olar ki, ağır xəstəliklərinə şəfa tapmaq məqsədilə vətəndaşlar Səhiyyə Nazirliyinə yox, Heydər Əliyev Fonduna müraciət etməyi üstün tutrlar. Sevindirici haldır ki, Heydər Əliyev Fonduna müraciət edən hər bir xəstənin müraciətinə operativ şəkildə baxılır və onun müalicə-müayinəsi üçün gərəkən addımlar atılır. Amma unutmayaq ki, bu birbaşa Səhiyyə Nazirliyinin işidir, sadəcə olaraq ictimai etimadı itirdiyindən adıçəkilən qurumdan hansısa gözlənti qalmayıb. Bu mənzərə “yuxarılar”a da bəllidir və görünən odur ki, ölkə səhiyyəsi ilə bağlı təxirəsalınmaz islahatların başlanmasına qərar verilib.

Səhiyyədə islahatları vacib edən səbəblərdən biri də budur ki, tibbi xidmətin səviyyəsi qalxarsa, bu,müalicə məqsədilə ölkəmizə gələn xarici vətəndaşların axınına da gətirib çıxarar ki,turizmin inkişafına da müsbət təsir edər. Hazırda, respublikamıza müayinə və müalicə üçün gələnlər yox səviyyəsindədir. Bu isə hər il ölkə büdcəsinin xeyli vəsait itirməsi deməkdir. Bütün bu problemləri aradan qaldırmaq üçün Oqtay Şirəliyevin kifayət qədər vaxtı var idi.Amma,görünən o oldu ki,nazir bu işləri bacarmadı.Bu səbəbdən də yeni Səhiyyə nazirinin iş başına gətirilməsinə ciddi ehtiyac var.
Rubrika.az-a sızan məlumatlara görə yeni səhiyyə nazirinin kimliyi ilə bağlı üst səviyyələrdə də müzakirələr açılıb. Bu müzakirələrdə adı daha çox halllanan isə millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovdur.
Məlumat üçün bildirək ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. Tibb təhsilini Türkiyənin məşhur 9 Eylül Universitetində almış Rəşad Mahmudov 2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir. Ürək-damar cərrahı kimi bir müddət qardaş ölkədə çalışan R.Mahmudov ölkəmizin peşəkar və nüfuzlu tibb alimmlərindən sayılır.
Hazırkı səhiyyə naziri Oqtay Şirəliyevlə müqayisədə beynəlxalq tibb ictimaiyyətinə adı yaxşı məlum olan Rəşad Mahmudov ölkə səhiyyəsinin problemləri ilə də yaxşı tanışdır. Bu baxımdan Respublika Diaqnostika Mərkəzinin başçısı vəzifəsindən birbaşa səhiyyə naziri postuna təyinat almış Oqtay Şirəliyevdən fərqli olaraq Rəşad Mahmudov tibb ictimaiyyəti tərəfindən nüfuzlu şəxs kimi qəbul olunur. Belə bir şəxsin nazir vəzifəsinə təyinatı isə şübhəsiz ki, hazırda tənəzzül dövrünü yaşayan Azərbaycan səhiyyəsinə yeni nəfəs gətirə bilər.

Təbii ki, ictimaiyyətin səhiyyə sistemində islahatlar gözləməsinə cavab olaraq son qərarı ölkə başçısı cənab İlham Əliyev verəcək. Həmişə olduğu kimi xalqa da, ictimai rəy də prezidentin həmin qərarının arxasındadır. Bizə isə proseslərin məntiqi sonluğunu gözləmək qalır.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...