“Tarixin zibil yeşiyində olanlar ölkədə xaos və böhran yaratmaq istəyirlər” — Deputat
Siyaset
Oxunub: 513
20 fev 2019 | 20:20
“Tarixin zibil yeşiyində olanlar ölkədə xaos və böhran yaratmaq istəyirlər” — Deputat














Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hələ də ötən əsrin 90-cı illərin əvvələrində hakimiyyətdə olub, ölkəni xaosa çevirənlərin törətdikləri böhranlı durumu aradan qaldırmaqla məşğuldurlar. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 ildə inqilabi sıçrayışlar edərək, dünyada layiqli yerini tuta bilib”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısı və Birinci vitse-prezident Azərbaycanın inkişafı, milli-mənəvi dəyərləri qorunması istiqamətində kompleks inkişaf tədbrilərini həyata keçiriblər və bu fəaliyyət bundan sonra da uğurla davam edəcək.

“2019-cu il tarixdə Azərbaycan üçün social sahədə həyata keçirilən islahatlar və inkişaf baxımından yaddaşlarda qalacaq bir il kimi qeyd olunacaq. Bu doğrudan da belədir. Bu siyasət ötən ilin aprelində başlanan islahatların nəticəsidir. Buna misal olaraq Azərbaycan prezidentinin son 20 gündə sosial sahədə imzaladığı sənədləri qeyd etmək yetər. Son 20 gündə ölkə başçısı tərəfindən aztəminatlı təbəqənin sosial rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və sosial problemlərin həlli ilə bağlı 10 fərman və sərəncam imzalayıb.

Bundan əlavə olaraq respublikanın regionlarına səfər edərək xalqın işərisində olub. Onlarla birbaşa təmasda olaraq, xalqın probemi ilə yaxından tanış olub. Elə götürək Şamaxı, Beyləqan və Sumqayıt səfərlərini… Ölkə başçısı gündəlik iş qrafikinin sıxlığına baxmayaraq Şamaxıdakı zəlzələdən sonra həmin bölgədə xalqla həımrəy olduğunu nümayiş etdirmək üçün Şamaxıya səfər etdi. Orada zəlzələdən əziyyət çəkən insanlarla görüşüb, onlara mənəvi dəstək verdi. Bununla belə zəlzələdən ziyan çəkən insanların yerləşdirilməsi, evlərinin qısa zamanda bərpa olunması üçün yerindəcə müvafiq tapşırıqlar verdi. Ölkə başçısının Beyləqana, Sumqayıta, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfərləri də xalq tərfindən çox isti qarşılandı. Xalq bu səfərlər zamanı bir daha ölkə rəhbərliyinin yanında olduğunu və sıx birləşdiklərini bəyan etdi”- deputat İ.Məmmədov qeyd edib.
Ölkə başçısının çoxmənzilli bunaların sənədləşmə işlərinin sadələşdirilməsi istiqamətində fərmanına mövqeyini açıqlayan İ.Məmmədov deyib ki, bu böyük bir inqilabı addım idi:

“Bu fərman nəticəsində Bakıda mövcud olan 400-dən artıq çoxmənzilli binadakı sənədləşmə işi həyata keçiriləcək. Bu binalarda xeyli sayda insan yaşayırdı və uzun illər idi ki, öz mənzillərinə mülkiyyətə sənədi almaqda çətinlik çəkirdilər. Ölkə başçısının bu fərmanı ilə bu sənədləşmə işi və bürokratik əngəlliklər aradan qalxacaq. İnsanlar öz mülklərinə hüquqi cəhətdən sahib ola bilmədiklərindən planlaşdırdıqları digər işləri görə bilmirdilər. İndi nə baş verəcək?! Əmlakına hüquq cəhətdən sahib olan şəxs ondan digər problemlərinin həlli və ya yeni digər işlər görmək üçün istifadə edə biləcək. Vətəndaş evini girov qoyub bankdan rahat kredit götürüb hansıa iş görəcək və sair. O mənzilində yaşasa da hansısa arayış ala bilmirdi. İndi isə bu kimi ən xırda problemlər həll olunacaq.Ən əsası isə vətəndaş öz mənzilinin onun tamhüquqlu əmlakı olduğunu hiss edəcək.

Fərman təkcə bu problemlərin aradan qalxmasına deyil, eyni zamanda digər sahələrin inkiaşfına öz müsbət nəticəsini verəcək. Misal üçün bələdiyyələrin büdcəsinin də formalaşmasında bunun müstəsna rolu olacaq. Belə ki, əmlak vergisi hesabına həmin ərazilərdəki bələdiyyələrin büdcələri aratcaq. Bu da bələdiyyələrin nüfuzunun artmasına və həmin ərazilərdə başqa abadlıq işlərinin görməsinə imkan yaradacaq. Bax göründüyü kimi, bir fərman və ya sərəncam görün nə qədər geniş bir sahəni əhatə edir. Bu təkcə mənzil sahibinə deyil, bütövlükdə zəncirvari proses kimi cəmiyyətin digər sahələrinin inkişafına təkan verir”.

O, qeyd edib ki, bu günlərdə seçildiyi Yevlax rayonunda 2018-ci ilin yekun hesabatı ilə bağlı keçiriləın müşavirədə iştirak edib və orada çoxsaylı seçicilərlə görüşüb:
“Rayonun müxtəlif təbəqlərindən olan seçicilərlə görüşümdə mənə bildirdilər ki, biz ölkə başçısının yürütdüyü siyasəti tam dəstəkləyir və onun ətrafındayıq. Bunu bizim adımızdan ölkə başçısına çatdırın”.

Deputat təəssüflə qeyd edib ki, bu gün ölkə baçısının həyata keçirdiyi hərtərəfli uğurlu siyasət həm daxili, həm də xarici bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və bu siyasəti kölgə altına salmaq istiqamətində canfəşanlıq edirlər.
“Azərbaycanın müstəqilliyindən 27 il keçməsinə baxmayaraq, tarixin zibil yeşiyində olanlar hələ də, 90-cı illərdə qalıblar. Kərimov əlilər, isgəndərlər, pənahlar hələ də 90-cı ilin abu-havasına uyğun şüarlar səsləndirirlər. Ancaq bu bədbəxtlər hələ ki, Azərbaycanın hansı inkişaf yolundan xəbərsizdirlər. Bu gün Azərbaycanın kosmik peykləri var və kosmik fəaliyyətlə məşğuldur. Burada rəhmətlik Mirzə Sabir Ələkbərin bir beyti yada düşür. “əcnəbilər göydə gəzir, bunlar hələ avto nədir bilmirlər”. Bunlara deyən lazımdır ki, bir görün 27 illik qısa müstəqqillik dövründə Azərbaycan hansı inkişaf yolunu keçərək, hansı uğurlara imza atıb. Bu uğurları digər ölkələrlə müqayisə edin. Ondan sonra hansısa fikir söyləyin.

Bunları quruculuq işləri yox, öz ənənələrinə sadiq qalaraq ölkədəki əziyyətlər hesabına yaradılan sabitliyi pozub, xaos, böhran yaratmaqdır. Bu insanlar məgər dünyada və regionun qonşu ölkələrində baş verənləri görmürlərmi? Nə baş verdiyinin fərqində deyildirlərmi?! Ya bunlar doğrudan da siyasi proseslərdən baş çıxarmayan korlardır, ya da ki, müstəqilliyimizi, dövlətçiliyimizi, inkişafızı gözləri götürmədiklərindən xarici düşməınlərimizlə əlbir olub sabitliyi pozamağa çalışırlar”, - deyə millət vəkili qeyd edib.

İ.Məmmədov əlavə edib ki, Azərbaycan demokratik və hüquqi dövlət olduğundan, söz, fikri azadlığı, plüralizm mövcuddur.

“İstənilən şəxs öz fikirini sərbəst ifadə edə bilir və bunun üçün bütün imkanlar yaradılıb. İnsanların bu hüquqları qanunvericilik səviyyəsində təmin olunub və qorunur.Ona görə də Azərbaycanda çoxpartiyalı sistem hökm sürür. Siyasi müxalifətin fəaliyyəti üçün də şərait yaradılıb. Onlar söz azadlığı və azad toplaşmaq hüququndan istifadə edərək aksiyalr, mitinqlər keçirib, şüarlarını səsləndirib, fikirlərini bildirə bilərlər. Bir var tənqidi fikir səsləndrimək, problemləri aradan qaldırlıması ilə bağlı təkliflərin verilməsi, bir də var qarayaxma kampaniyası, dağıdıcılıqla məşğul olub sabitliyi pozmaq, xaos yaratmaq… Bunlar fərqli şeylərdir.

Azərbaycan prezidenti də hər zaman konstruktiv dialoqun tərəfdarı olub. Əgər hər hansı təklifininiz varsa, buyurun, təklif edib və konstruktiv formada müzakirə olunsun. Ölkə başçısı dövlətimizin inkişafı ilə bağlı irəli sürülən təkliflərə həssas yanaşır. Necə ki, bu günlərdə Sumqayıtda tələbə bir qızın verdiyi təklifə həssaslıqla yanaşaraq problemin həlli ilə bağlı müvafiq göstərişlərini verdi. Gənc tələbə Sumqayıt Dövlət Universitetində tələbələrin yataqxana problemni qaldırdı və məsələ həllini yerindəcə həllini tapdı.

Təəssüflər olsun ki, bu gün tarixin zibil şeyində olanlar keçirdikləri mitinqlərdə hansısa problemlər bağlı fikir səsləndirib, hakimiyyəti bu problem həll etməyə çağırmır. Onların məqsədi ölkədə xaos və böhran yaratmağa cəhd edirlər. Bir sözlə dağıdıcılıq fəaliyyəti ilə məşğul olurlar. Azadlıq, müstəqillikdən dəm vuran bu üzdəniraq kimsələr qrubanlar, şəhdilər hesabına qurulan və inkişaf yolunu keçən dövlətçiliyimizi gözügötürməyən xarici qüvvələrin əlaltısına çevrilərək laxlatmağa çalışırlar. Ancaq buna yol vermək olmaz və xalqımız müdrik xalq olduğundan belə dağıdıcıların yanında deyil, ölkə başçısının ətrafında sıx birləşdiyini bəyan edirlər”, - deyə deputat bildirib.

O, eyni zamanda xaricdə oturub sosial şəbəkələr vasitəsi ilə qarayaxma kampaniyası aparan insanlarla bağlı öz fikrini dilə gətirərək deyib ki, əslində bunlar bu söyüş, təhqiramiz ifadələri ilə öz səviyyələrini görürlər: “Xalq nəinki onların bu çirkin hərəkətlərinə nifrət edir, hətta onların Azərbaycandakı yaxınları, qohumları onlara nifrət edir”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO