Dünya
21-02-2019, 09:19 Oxunub: 365
“Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır” — Ərdoğan

Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır.
“Trend” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan miqrasiya məsələlərinə həsr olunmuş "Budapeşt prosesi" forumunda deyib.
Dövlət başçısı bildirib ki, hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır:
“Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur”.
R.T.Ərdoğan vurğulayıb ki, buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur.
Ötən ilin təkcə dekabr ayında Türkiyəyə 3,9 min Ermənistan vətəndaşı (2017-ci ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 10,26 faiz çox) səfər edib. Türkiyəyə gələn Ermənistan vətəndaşlarının sayı hər ay ən azı 3 faiz artır.
Türkiyə KİV-ləri yazır ki, hər ay minimum 200 nəfər Ermənistan vətəndaşı Türkiyədə qalır və qeyri-leqal olaraq işə düzəlir. Bunu erməni "xalq diplomatiyası", daha dəqiq desək, Türkiyədə kök salmaq salmaq yolu adlandırmaq olar.
Xatırladaq ki, Türkiyənin Ticarət-Sənaye Palatasının (TOBB) məlumatına əsasən, 2018-ci ildə bu ölkədə erməni kapitallı 9 şirkət qeydiyyata alınıb. Göstərilən dövrdə Türkiyədə qeydiyyata alınan şirkətlərin ümumi kapitalı 1,1 milyon lirə (təqribən 213,6 min ABŞ dolları) təşkil edib. Ötən il erməni kapitallı şirkətlər əsasən (8 şirkət) İstanbulda qeydiyyatdan keçib.
XƏBƏR LENTİ
22:50 | "Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY 22:22 | “Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ 21:45 | Bir ayağı olmayan Qarabağ Qazisi belə şəraitdə yaşayır... - "Şəhidlik daha gözəldir..." 21:18 | Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM 20:54 | Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb" 20:23 | Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC 19:47 | "Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR! 19:21 | "Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?!" - NARAZILIQ! 18:51 | "İslahatlar prosesini fərqli şəkildə təqdim etməyə cəhd göstərirlər" - Mehdiyevdən sərt bəyanat 18:17 | Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı - GƏLİŞMƏ 17:45 | “Rusiya sülhməramlıları Qarabağ mövzusu ilə məşğul olmalıdır, bizim sərhəd məsələmizlə yox” - ETİRAZ 17:22 | Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL 16:45 | İrəvanın revanş arzusu basdırılır - TƏHLİL 16:17 | “1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM 16:00 | Sabahın hava proqnozu