“Xalq onların məkrli niyyətlərinin arxasında nə dayandığını yaxşı bilir” — Millət vəkili
Siyaset
Oxunub: 531
21 fev 2019 | 14:33
“Xalq onların məkrli niyyətlərinin arxasında nə dayandığını yaxşı bilir” — Millət vəkili















“Son vaxtlarda bəzi siyasi dələduzların ölkə başçısının həyata keçirdiyi islahatları, qəbul etdiyi qərarları, atdığı addımları öz adlarına çıxıb, bəhrələnmək cəhdinin şahidi oluruq. Bu siyasi dələduzlar öz düşüncə tərzlərinə uyğun olaraq xalqa izah etməyə çalışırlar ki, guya hökumət onların keçirdikləri aksiyalardan sonra pensiyaları, minimum əmək haqqlarını artırdı və digər addımlar atdı. Ancaq onların bu fırıldaqçı taktikası keçməz”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısının və hökumətin qəbul etdiyi qərarlar zamana uyğun olaraq uzunmüddətli düşünülmüş siyasətə əsaslanaraq qəbul edilir.

“Dövlət başçısı səviyyəsində qəbul edilən qərarlar, bəzi siyasi dələduzların səsləndirdiyi kimi deyil. Dövlət, hökumət səviyyəsində qəbul edilən qərarlar aylar tələb edən məsələdir. Qərar qəbul edilməzdən öncə onun mexanizmləri, maliyə mənbələri, tətbiq qaydaları müvafiq quurmlar tərəfindən hazırlanır, veriləcək qərar üçün hüquqi baza yaradılır və bundan sonra hökumət və ya dövlət başçısına təqdim edilir. Bundan sonra qərar verilir.

Bu siyasi dələduzların fikiri sanki nağıllardakı Ələddinin sehrli çırağındakı sehrli cini və yaxud da qocanın dənizdən tutuduğu qızıl balıq kimi hər şeyi anındaca həll edəcəyinə bənzəyir. Əgər bütün problemləri, istəkləri nağıllardakı sehrli cinin və yaxud balığın icra etdiyi kimi olsaydı nə vardı. O zaman nə dövlətə, nə də hökumətlərə ehtiyac olmazdı. Onlar ya xalqı avam yerinə qoyurlar, ya da ki, özlərinin psixikasında problem var. Xalq onların bu məkrli niyyətlərinin arxasında nə dayandığını yaxşı bilir. Xalq bilir ki, bu dələduzlar hər zaman olduğu kimi, köhnə ənənələrinə sadiq qalaraq ölkədə sabitliy pozub, bulanıq sudan balıq tutmaqdır. Cəmiyyət onların bu oyunlarını başa düşüdüyündən onların bu oyunlarına getmir və onlara dəstək vermir”- deputat İ.Məmmədov bildirib.

Millət vəkili bildirib ki, son dövrlərdə bəzi dağıdıcı müxalif qüvvələr xaricdəki Azərbaycanın inkişafını gözügötürməyən qüvvələrlə əlbir olub, ölkədə böyük zəhmətlər hesabına qurulan sabitliyi pozub, xaos yaratmaq istəyirlər:

“Bu gün dünyada qlobal siyasi, iqtisadi, maliyyə böhranlarının hökm sürdüyü bir zamanda Azərbaycan prezidenti İlham Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə ölkəni bu böhranlardan maksimum dərəcədə itkisiz çıxarması, bu, bədniyyət qüvvələrin xoşuna gəlmir. Ona görə də daxildəki dağıdıcı qüvvələrlə əlbir olub, sabitliyi pozmağa və Azərbaycandakı inkişafı durdurub, böhrana sürükləmək istəyirlər. Onlar Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyirlər. Ancaq onların Azərbaycan qarşı palnlaşdırdığı çirkin planlar baş tutmayacaq. Müdrik xalqımız bu siyasi dələduzların məkrli niyyətlərindən xəbərdardır. Ona görə də onlara dəstək vermirlər”.

İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan xalqı ölkə başçısının ətrafındadır və onun həyata keçiridiy hərtərəfli siyasəti dəstəkləyir:
“Dövlət başçısı ölkədəki bütün problemlərdən və çatışmzalıqlardan xəbərdardır. Bunu mütəmadi olaraq hökumətin iclaslarında, əhali ilə keçirdiyi görüşlərdə də açıqca dilə gətirir. Ölkə başçısı fəaliyyətində nöqsanlara yol verən, işinin öhdəsindən gələ bilməyən məmurları tənqid edir. Onları işlərində məsuliyyətli olmağı, xalqın xidmətində durmağı tələb edir. Özünün dediyi kimi, necə ki,mən xalqın xidmətindəyəm, siz də çalışdığınız vəzifədə xalqın xidmətində olmalısınız. Ona görə də ölkə başçısı son illərdə ölkənin davamlı inkişafını təmin etmək, optimal və effektli idarəetməni təşkil etmək üçün struktur, kadr islahaltları həyata keçirir. Bundan əlavə olaraq əhalinin, xüsusən də aztəminatlı təbəqənin rifah halını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək istiqamətində davamlı islahatlar həyata keçirir. Elə son bir neçə həftə ərzində ölkə başçısı tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində 10 fərman və sərəncam imzalayıb. Bu sənədlər şəhid ailələrinə birdəfəlik kompensiyasiyanın verilməsi, minimum əməkhaqqılarının, pensiyaların, təqaüdlər və müavinətlərin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsinin sadələşdirilməsi ilə bağlıdır. Bu addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu qərarlar bir gün içində deyil, uzun müddət hazırlıqdan sonra qəbul edilib. Bu gün qəbul edilən qərarlarla bağlı məsələlər hələ ötən ilin noyabrında 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı əksini tapıb. Bu qərarların icrası, həyata keçirilməsi üçün maliyyə mənbələri müəyyənləşdirilib”.

Deputat onu da əlavə edib ki, ölkə başçısının həyata keçirdiyi bu siyasətin və islahatların ictimaiyyətə çatdırılmamasında bizlərin də üzərində müəyyən məsuliyyət düşür.

“Baxmayaraq ki, biz deputatlar da mütəmadi olaraq seçicilərimizlə görüşüb, onların problemlərini dinləyir və bununla bağlı müvafiq quurmlara məlumatlar veririk. Ölkə başçısının həyata keçirdiyi siyasəti, onun mahiyyəti ilə məlumatlandırırıq. Onlar da ölkə başçısının yürütdüyü siyasəti dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini və bədniyyətli qüvvələri dəstəkləmədiklərini bəyan edirlər. Ancaq görünür bizim bu maarifləndirmə işlərimiz yetərincə deyil. Bu sahədə fəaliyyətimizi aktivləşdirməliyik. Ölkə başçısının həyata keçirdiyi siyasəti citimaiyyətə çatdırmalıyıq”, - deyə deputat bildirib.

Deputat deyib ki, elə götürək ölkə başçısının çoxmənzilli binalarının sənədlərşirilməsi ilə bağlı verdiyi son fərmanı:

“Bəlkə kiməsə adi görünə bilər. Ancaq bu sənəd çox ciddi problemin həlli istiqamətində qəbul edilən qərar olduğundan böyük əhəmiyyət daşıyır. Bu fərman təkcə Bakıda mövcud olan yüzlərlə bunada yaşayan insanların mülkiyyət hüququnu həll etməyəcək, eyni zamanda real sektorun, bələdiyyələrin və digrə sahələrin inkişafına da öz töhfəsini verəcək. İlk olarq bu sahədəki nizamsızlıq aradan qalxacaq. Bəzi işbazların fəaliyyətinə son qoyacaq. Vətəndaş öz əmlakın tamhüquqlu sahibi olmaqla digər problemlərini həll edə biləcək. Mülkiyyət sahibi öz mənzilini girov qoyub bankdan kredit götürəcək və ya başqa iş görəcək. Bu həmçinin tikinti sektorunda bir canlanmaya səbə olacaq. Digər məqam isə sənədləşən evlərdən büdcəyə əmlak vergisi daxil olacaq. Bu fərmanın tətbiqi və icrasından bələdiyyələr faydalanacaq. Bələdiyyələr mənzil sahiblərindən əmlak vergisi toplamaqla büdcələrini artıracaq. Büdcəsi artan bələdiyyə də hansısa işləri həyata keçirəcək. Görürsünüz bir sərəncam və ya fərman nə qədər geniş sahəni əhatə edir və problemlərin həllinə yol açır. Bu da nəticədə ölkənin inkişafına xidmət edir.

Daha bir ciddi məqama fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən Məşəvət Şurasının toplantısının əhəmiyyətinə toxunmaq istəyirəm. Bu tədbir təkcə Azərbaycanın iqtisadi imkanının artrılmasına yönəlməyib, bu layihənin reallaşması ölkəmizin suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu da ancaq ölkə başçısının uğurlu, uzaqgörən, müdrik siyssəti nəticəsində mümkün olur. Bununla Azərbaycan özünün milli maraqlarını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz xidmətini göstərməklə beynəlxalq aləmdəki mövqeyini möhkəmlətməklə, nüfuzunu artırmış olur. Bundan həm dövlət, həm də vətəndaş qazanır. Bu da bəzi Azərbaycanı sevməyən, gözügötürməyən qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və bu uğurları gözdən salmaq üçün qarayaxma kampaniyasını həyata keçirirlər.

Odur ki, ölkə başçısının həyata keçirdiyi islahatların və imzaladığı sənədlərin mahiyyəti barədə cəmiyyətə daha geniş bilgi verilməlidir ki, cəmiyyətdəki fürsətcillər, məkrli plan həyata keçirən dağıdıcı qüvvələr bundan öz məqsədləri üçün faydalanmasın. Onsuz da cəmiyyətdə həmin qüvvələrin sosial bazası yoxdur və dəstəkdən məhrumdurlar. Amma biz yenə də ölkədə ölkə başçısının böyük zəhməti hesabına yaradılan sabitliyin pozulmamasına heç vəchlə yol verməməliyik. Seçicilərimizin də istəyi ölkədəki sabitliyin qorunub saxlanmasıdır”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər