“Həmsədrlər Azərbaycanla Ermənistana səfər edirlər, yeyib-içib, laqqırtı vurub gedirlər” — Fəzail İbrahimli
Siyaset
Oxunub: 537
21 fev 2019 | 16:53
“Həmsədrlər Azərbaycanla Ermənistana səfər edirlər, yeyib-içib, laqqırtı vurub gedirlər” — Fəzail İbrahimli















“Bir nəfər layiq olmayan şəxsə əməkdar artist adı verirlər. Bu şəxs Habil Əliyevlə görüşüb, onun yanında oturur. Habil onu əməkdar artıst adı alması ilə bağlı təbrik etmir. Bu şəxs isə dözməyib Habilə üzünü tutaraq deyir ki, Habil müəllim niyə məni təbrik etmirsiniz? Habil cavabında deyir ki, xeyri ola, nə məsələ ilə bağlı təbrik etməliyəm. Həmin şəxsdə cavab verir ki, bəs mənə əməkdar artist adı veriblər. Habil də qayıdır ki, adama çox şey verərlər. Sən o adı verəndə utanmadın, götürdün!!!.. İndi ATƏT Minsk qrupu həmsədrləri belə durumdadır. Adama deyərlər ki, utanmırsan 25 ilə yaxındır get-gəl edirsizniz,amma ortada nəticə yoxdur”.
Bunu açıqlamasında deputat Fəzail İbrahimli ATƏT Minsk qrupu həmsdərlərinin bölgəyə növbəti səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin bir məqsədi var, vaxtı uzatmaq, vaxt udmaqdır.

“MQ-yə həmsədr təyin edilib. O da səlahiyyət müddəti bitnədək münaqişə edən Azərbaycanla Ermənistana səfər edirlər, yeyib-içib, laqqırtı vurub gedirlər. Bu lap “Əliqulu evlənir” tamaşasındakı vəziyyətə bənzəyir. Yığışdıq, indi də ayrılaq. Sonra növbəti sədr gəlir. Axı həmsədr nə deməkdir. Onlar özlərində bir məsuliyyət hiss etməlidirlər. Ona görə də deyirəm ki, ATƏT Minsk qrupu bu məsələni həll edə bilməz”, - deyə F. İbrahimli bildirib.

Millət vəkilinin fikrincə, Minsk qrupunda təmsil olunan həmsədrlər ölkələri və qurumdakı nümayəndələri bir-birinə canavar kimi baxırlar:

“MQ-dəki Rusiya ilə ABŞ öz problemlərini həll edə bilmədiyi halda Qarabağ münaqişəsini necə həll edə bilər?! Hansı maraqlar baş qaldırdı ki, gəlib Azərbaycanın problemini həll etmək istədilər. ABŞ Rusiyay sanksiya tətbiq edir və nəticədə iqtisadi durum pisləşir. İkincisi, onların hər biri istəyir ki, Cənubi Qafqazda hegemon olsun.Ona görə də bu əks qüvvələrə ələ ələ verib belə bir ağır yükü aradan qaldıra bilməz. Krılovun təmsilindəki kimi, biri havaya, biri dənizə, biri də quruay dartıb Qarabağı həll edə bilməz. Odur ki, ATƏT-in Minsk qrupunun adı çəkiləndə mənim ətim tökülür”.
Deputat əlavə edib ki, belə olan şəraitdə nə etməlidir sualına cavab axtarmalıdır:

“Azərbaycan nə etməlidrsə edir. Dözümlülük deyirlər, dözür, beynəlxalq hüquq normalarına riayət edir, dünyada gedən bütün proseslərə loyal yanaşır, qonşuluq haqqlarını lazımınca yerinə yetirir. Bir yol qalıb ki, o da, günün birində Silahlı Qüvvələrini səfərbər edib, ATƏT MQ-nin bacarmadığı işi siz bacarmadız, mən bacaracam deyib hərbi əməliyyatlara başlayıb, torpaqları işğaldan azad etməkdir. Bunun da zaman ehtiyacı var”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi