İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
Siyaset
Oxunub: 520
22 fev 2019 | 15:42
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
















Əsas səbəblərdən biri Suriyada böyük sayda erməni icmasının olması, bu ölkədəki ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsidir

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlər Üzərində Nəzarət İdarəsi (U.S. Department of the Treasury’s Office of Foreign Assets Control-OFAC) Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bunlar İran İslam Keşikçiləri Korpusuna bağlı “Mahan Air” aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyidir. Musavat.com-un tərcümə etdiyi ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi səhifəsində yerləşdirilmiş məlumatda qeyd olunur ki, Əfqanıstan və Pakistan qaçqınlarının içərisindən toplanan, əfqan döyüşçülərdən ibarət “Fatimiyyun” diviziyası və pakistanlıların daxil olduğu “Zeynəbiyun briqadası” İİKK-nın Suriyadakı komandirləri və onun “Bəsic” milisləri tərəfindən idarə olunur.

2018-ci il oktyabrın 18-də OFAC “Bəsic”in Suriyada döyüşmək məqsədilə sıralarına yeni döyüşçülərin, o cümlədən uşaq yaşındakı əsgərlərin cəlb edilməsi üçün 20 korporasiyadan və maliyyə quruluşlarından ibarət maliyyə şəbəkəsini ortaya çıxarıb. Həmin təşkilatlar birbaşa İİKK-yə dəstək vermək üçün yaradılıb.

Bundan başqa, OFAC “Mahan Air”ə məxsus və nəzarət edilən “Qeshm Fars Air”, habelə Ermənistanda yerləşən “Flight Travel LLC” şirkətini aşkar edib. “Mahan Air” İİKK-nın və onun Suriyadakı təmsilçilərinin dəstəklənməsində önəmli rol oynayır. Bu qurumlar ABŞ-ın antiterror orqanlarının hədəfində olan qurumlar sayılır.

Ermənistanda yerləşən “Flight Travel LLC” şirkəti isə “Mahan Air”in əsas gəlir mənbələrindən biri hesab olunur. Şirkət Ermənistanda “Mahan Air GSA” kimi fəaliyyət göstərdiyi üçün ABŞ Maliyyə nazirliyinin diqqətini cəlb edib. “Mahan GSA” aviaşirkətin brendi altında satış və maketinq, habelə inzibati və maliyyə xidmətlərini icra edir.

İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası














“Mahan Air”ə verdiyi kommersiya dəstəyinə görə sanksiyalara məruz qalacağı barədə “Flight Travel LLC”-yə dəfələrlə edilən xəbərdarlıq edilsə də, sonuncu görməzdən gəlib. İndi isə bu firma son 7 ayda “Mahan Air” adından çıxış etdiyinə görə Maliyyə Nazirliyinin cəzasına məruz qalıb. 2018-ci ilin iyununda OFAC “Mahan Air GSA”nın Malayziyadakı, sentyabrında isə Tailanddakı qollarını da üzə çıxarıb.

Buraya marketinq xidmətləri, təyyarə üçün avadanlıq və detalların alınması, texniki xidmət barədə müqavilələr, hava şirkətinə yerüstü xidmətin göstərilməsi, yemək xidməti, xətlərarası ötürmə və birgə istifadə, habelə benzindoldurma da daxildir. Bu cür fəaliyyəti həyata keçirən şirkətlərin Birləşmiş Ştatlarda olan və ya nəzarət edilən bütün əmlak və aktivlərinə həbs qoyularaq OFAC-ın sərəncamına verilir.

Qeyd edək ki, “Mahan Air” və onun Ermənistandakı tərəfdaş şirkətinə sanksiya tətbiq olunması ilə bağlı mətbuatda bir qədər əvvəl məlumat dərc olunub. Ermənistan şirkətlərinin İran şirkətləri əməkdaşlığı sirr deyil, iki ölkə arasında sərhədlər açıqdır. Bir çox İran şirkətləri beynəlxalq sanksiyalardan yayınmaq üçün qonşu ölkələrdə şirkətlər yaradaraq ticarət və hesablaşmaları onların üzərindən aparırlar. ABŞ isə indi bu əlaqələri ifşa etməyə çalışır.

Ancaq aydın məsələdir ki, Ermənistan Rusiyanın yaxın müttəfiqi olaraq Suriya məsələsində Moskvanın yanında yer alıb. Burada daha bir amil isə Suriyada böyük sayda erməni icmasının olması, hətta savaşın qızğın dövründə Suriya ermənilərinin Ermənistan və xüsusən də Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdiriblər. Bundan başqa, ötən ilin yayında Ermənistan hökuməti Suriyaya 94 ton humanitar yardım göndərib.

Bu il fevralın 16-da isə Ermənistan ordusunun 83 hərbçisi Suriyaya göndərilib. Erməni hərbçiləri Suriyada humanitar missiya həyata keçirəcək. Hələb şəhəri və ətrafında yerləşdirilən erməni hərbçiləri hərbi polis, mina təmizlənməsi və hərbi tibb xidmətləri göstərəcək. Erməni hərbçilərinin təchizatını isə Rusiyanın Suriyadakı hərbi missiyası təmin edəcək. Görünür ki, Ermənistan hakimiyyətinin Rusiya və İrana Suriyada açıq dəstək verməsi Vaşinqtonu qəzəbləndirib. Ermənistan şirkətinin sanksiyalara daxil edilməsi də bununla bağlı ola bilər. Ehtimal ki, Ermənistanın İranla əməkdaşlıq edən digər şirkətləri də gələcəkdə sanksiyalar siyahısına daxil ediləcək.(musavat.com)
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO