Millət vəkili 23 fevrala üsyan etdi
Siyaset
Oxunub: 494
23 fev 2019 | 15:00
Millət vəkili 23 fevrala üsyan etdi














Fazil Mustafa: “Bunu görəsən hansı qüvvə uşaqlarımız üçün yenidən canlandırıb?”
Millət vəkili Fazil Mustafa 23 fevral- Sovet ordusunun yaranma ildönümünün Azərbaycan məktəbliləri arasında yenidən bayram kimi qeyd olunmasına etiraz edib.

“Minval.info” xəbər verir ki, F.Mustafa bununla bağlı sosial şəbəkədəki statusunda yazıb. Statusu təqdim edirik: “Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar. Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyümüzə soxdullar, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Doğrudanmı məktəblərdə oğlanların bayramı deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”

Musavat.com xatırladır ki, son bir neçə ildə, ələxüsus da bu il Bakı məktəblərində 23 fevral “oğlanların bayramı” kimi qeyd edilir. Həmin tarixdə əksər məktəblərdə qızlar öz oğlan sinif yoldaşlarına hədiyyələr alırlar. Bunun səbəbini isə əsasən 26 iyunda – Milli Ordunun yaranma ildönümündə yay tətilinin olması ilə izah edirlər.

Bununla bağlı redaksiyamıza müraciət edən valideynlər Təhsil Nazirliyi səviyyəsində məsələyə müdaxilə edilməsini və bu ənənənin yekunlaşdırılmasını tələb edirlər.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...