Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”
Siyaset
Oxunub: 549
23 fev 2019 | 22:14
Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”
















“Dostum Əliməmməd Nuriyevin fikirləri mənim sizə dediklərimi təkzib etmir”.

“Hürriyyət” qəzetinə açıqlama verən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev belə deyib.

Deputatın sözlərinə görə, o, Naxçıvanda heç bir iş görülmədiyi barədə hər hansı fikir söyləməyib.

“Əksinə, mən demişəm ki, muxtar respublikada Azərbaycandan ayrılan dotasiyalar hesabına yollar çəkilib, bəzi məktəblər, xəstəxanalar, inzibati binalar tikilib və ya bərpa olunub. Amma bu investisiyalar istehsal sahələrinə yatırılmadığından Naxçıvanın sosial-iqtisadi vəiyyətinin yaxşılaşdırılmasına kifayət qədər təsir göstərməyib. Muxtar respublika vətəndaşlarına öz həyatlarını sürdürə bilmələri üçün yeni iş yerləri açılmalı, müəssisələr fəaliyyət göstərməlidir. Bunlar edilərdisə, muxtar respublikadan başqa şəhər və ölkələrə köçün qarşısı alınar və Naxçıvan abadlaşardı. Təəssüf ki, muxtar respublikada münbit biznes mühitinin də olmaması bölgədə çətin vəziyyət yaradır və insanların öz yurd-yuvalarını tərk etmələrinə yol açır. Hazırda İstanbulda bəzi məhəllələrin Naxçıvan məhəlləsi adlanması, Bakıya, respublikanın digər rayonlarına xeyli naxçıvanlının pənah gətirməsi də bununla əlaqədardır. Mən bütün problemləri yalnız obyektiv səbəblərin – blokada şəraitinin üstünə atılmasının tərəfdarı deyiləm. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda daha ciddi inkişafa nail olmaq mümkün idi”.

Naxçıvan camaatının xarakter etibarilə ələ baxan olmadığını, öz alın təriylə dolanışığını təmin etmək istədiyini vurğulayan deputat onunla “mənasız polemika”ya girənləri bu sosial tələblərə cavab verməyə, hansısa yeni tikilmiş iaşə binalarının şəkilini çəkib paylaşmamağa çağırdı:

“Siz kəndlərin içinə girin, istehsal və emal müəssisələri ilə maraqlanın. Bu adamlar Naxçıvan iqtisadiyyatnın ödədiyi vergi, iş yerləri barədə danışsınlar. Güclü iqtisadiyyat 83 milyon vergi ödəyər? Bu, babat bir şirkətin ödədiyi vergi qədər vəsaitdir. İş yerləri varsa, camaat niyə Naxçıvannı tərk edir? 455 min adamdan Naxçıvanda nə qədəri qalıb? Əbrəqunusda internat və kənd məktəbini söküb bir məktəb tikiblər, çünki uşaq yoxdu. Köhnə kənd məktəbi, xəstəxana, aptek, çayçılar, sovxozun inzibati binası, rabitə binası , çörək zavodunun yeri, klub, kitabxana, iki şərab zavodu və s. dağılıb. Yeri xarabalıqdır. Bunlar nəyin mübahisəsini edir, bilmirəm. Naxçıvanın iqtisadiyyatının daha güclü olması üçün təkliflər vermişəm. Azad iqtisadi zona yaransın, Naxçıvanın sosial iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunsun”.

Deputat açıqlamasında ciddi bir məqama da toxundu. Onun sözlərinə görə, Naxçıvanda Prezidentə və onun yaxın ətrafına iş tapılmır:

“O qədər iş yeri açılsın ki, Prezidentə və onun yaxın ətrafına çıxışı olan adamlar da iş tapa bilsin, vəzifə alsın, yaxud iş yerini itirməsin”.

Qüdrət Həsənquliyevin fikrincə, xoşməramlı tənqiddən nəticə çıxarmaq əvəzinə, muxtar respublikada ittihamlara cavab kampaniyasına start verilməsi də anlaşılan deyil və kimlərinsə muxtar respublika rəhbərliyi qarşısında özlərini şirin göstərməyə hesablanıb: “Bu kimi yanaşmalar problemlərin müsbət həllinə, mütərəqqi islahatlara, dünyayla ayaqlaşmağa xidmət etmir”.
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS