Alimlərin evin yıxan “Sipark”ın Çovdarovla müdhiş işbirliyi: - Famil Xəlilov kimdir?
Siyaset
Oxunub: 1 235
26 fev 2019 | 21:43
Alimlərin evin yıxan “Sipark”ın Çovdarovla müdhiş işbirliyi: - Famil Xəlilov kimdir?














Prezident İlham Əliyevin sərəncamı ilə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər üçün tikilmiş binanın 55 mənzili AMEA və “Evrostroy-S” MMC (indiki adı indiki adı “Sipark İnşaat”) tərəfindən adı siyahıda olmayan şəxslərə satılıb. Elçhi.az-a bu barədə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış sakinlər şıkayət məktubu göndəriblər.

Sözügedən şikayət məktubunda deyilir: “AMEA-nın cüzi maaşı ilə bir ömür yataqxanada yaşayan sakinlərin həyatının dəyişməsi üçün möhtərəm Prezidentimizin humanistlik göstərərək verdiyi göstəriş hələ də kağız üzərində qalır. Əsasən son iki ildə AMEA və “Evro Stroy-S” MMC tikinti şirkətinin Bakı şəhər Şərifzadə 12 ünvanında yerləşən yataqxananın sakinlərinin mənzil almaq hüququnu pozaraq, onları evsiz qoyub dövlət orqanlarının qapılarında süründürürlər. 20 ildən artıq yaşadığımız həyəti darmdağın edib yerində 5 bloklu 4 bina tikib milyonlar qazanan şirkət və AMEA rəhbərliyi bizim mənzillərimizi mənimsəyib. Yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş 2 blokdan 128 mənzildən ibarət binanı öz aralarında sövdələşərək satışa çıxarıblar. Sakinlərin bir qismini qanunla onlara aidiyyat olmayan binada mənzillə təmin edib, bir qisminə isə şəhərdən kənarda Masazırdan, Xırdalandan, Buzovnadan daha az sahəli mənzillər təklif ediblər və bəzilərinə də daha irəli gedərək mansard qatlardan mənzil verib, bu minvalla bizi də evsiz qoyublar.”

Elchi.az olaraq “Evrostroy-S” MMC-nin kimə məxsusluğunu araşdırarkən maraqlı məqamlar ortaya çıxdı. Beləki sözügedən inşaat şirkətinin sən demə Akif Çovdarovla əlaqəsi varmış. MTK sahibi olan əslən şəmkirli Famil Xəlilov sonradan Şirkətin adını dəyişərək “SiPark inşaat” qoyur. Bununla da o həm alimlərə uddurduğu qandan yaxa qurtarmağa çalışır, həm də Akif Çovdarovla bağlılığını ört-basdır etmək istəyir. Akif Çovdarovla bağlılığa gəlincə isə hələ illər öncə mətbuatda dərc olunmuş ilginc bir fakta nəzər salaq:

“Şəbnəm Tovuzlu MTN-ə niyə aparılıb?

İcmal.az -in xəbərinə görə məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb. Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb. Mətbuatda kifayət qədər geniş səs-küy yaradan həmin məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə “ağıllandığı” barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.”

Burada adıkeçən Famil məhz “Sipark İnşaatın” sahibi həmin Famil Xəlilovdur ki, alimlərin evlərini sataraq əldə etdiyi pulları Şəbnəm və onun kimilərə xərcləyir. Araşdırmamız zamanı o da üzə çıxdı ki, Famıl Xəlilov Şəbnəmdən ayrılandan sonra şakərindən əl çəkmir. Belə ki, o bu dəfə Şəbnəmə “gözdağı” vermək üçün özünə yeni müğənni məşuqə tapır. Gələn xəbərlərdə bildirilir ki, Famil Xəlilov indidə alimlərin evini sataraq əldə etdiyi pulla Vəfa Şərifovanı saxlayır. Hətta bu barədə hələ ötən il adıçəkilən Müğənnilər arasında “dava” da olmuşdu.

“Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu aralarında “kişi”ni bölə bilmədilər

ARB Tv-də yayımlanan “Səhər-səhər” verilişində gərgin anlar yaşanıb. A24.Az xəbər verir ki, Şəbnəm Tovuzlu Vəfa Şərifov gərginliyinə İsa Şükürov münasibət bildirib. O: “Şəbnəm xanım sizin adınızı çəkmirdi. Siz olmuyan müharibəni alovlanırdız. Heç kim sizin sözünüzə əlavə etmir. Mən hətta eşitmişəm ki, bu iki şəxs arasındakı münasibət bəy məsələsinə görə korlanıb. Lakin Şəbnəm xanım bu məsələdə fərqli mövqe tutdu” deyə fikrini bildirib. Buna cavab olaraq isə Vəfa Şərifova cavab verib. O:” Yox belə bir şey yoxdur. Sadəcə mənim keçmişimlə bağlı danışmışdı. Məsələ bu idi. Onun da həyatında bir bəy var, mənim də həyatımdakı şəxs ayrıdır” deyə cavab verib.”
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi