Ermənistanın yeni müharibə xəbərdarlığı və Azərbaycana qarşı ŞOK PLAN
Siyaset
Oxunub: 644
27 fev 2019 | 15:05
Ermənistanın yeni müharibə xəbərdarlığı və Azərbaycana qarşı ŞOK PLAN















Ermənistanın müdafiə naziri David Tonoyan ölkə mətbuatına açıqlamasında bildirib ki, Ermənistan ordusu müdafiə mövqeyindən çıxacaq.

Ordu hücum mövqeyinə keçmək üçün güclü silahlar əldə edib: “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq”.

Politoloq İlqar Vəlizadə isə açıqlamasında deyib ki, bu açıqlama sadəcə olaraq Ermənistanın işğalçı xislətindən xəbər verir:

“Ermənistanın müdafiə nazirinin bu açıqlamaları onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzkar planları sadəcə Dağlıq Qarabağ bölgəsi ilə kifayətlənmir. David Tonoyan demək istəyir ki, Ermənistanın mənfur niyyətini bir daha həyata keçirmək üçün münasib zaman gözləyir. Bu açıqlamaya bir də başqa gözlə baxaq. Çünki Tonoyandan qabaq da bu tip açıqlamalar dəfələrlə verilib. Onlar da bildirirdilər ki, əgər müharibə başlasa, Azərbaycanın digər rayonları və hərbi və iqtisadi-sosial infrastruktur onların hədəfi olacaq. Lakin Ermənistan rəhbərliyi danışıqlar prosesində başqa ritorikadan istifadə edirlər. Öz cəmiyyətlərinə və beynəlxalq müşahidəçilərə göstərmək istəyirdilər ki, əslində Ermənistanın hərbi sistemi müdafiəyə əsaslanıb.

Danışıqlar prosesi iflasa uğrasa, Ermənistan bu kimi başqa niyyətlərə əl atacaq. Azərbaycan üçünsə bu, yeni bir şey deyil. Biz bilirik ki, Ermənistanın hərbi doktrinasında Azərbaycanda Kür çayının sahillərinə qədər işğal planı həyata keçirmək yer almışdı. Hətta I Qarabağ Müharibəsində onlar açıq şəkildə deyirdilər ki, əsas məqsəd Kürə qədər gəlib çatmaq idi. Lakin müxtəlif səbəblərdən onların bu niyyəti baş tutmadı. Ermənistanın əsas geosiyasi məqsədi Azərbaycanı çökdürməkdir. Azərbaycan isə əlbəttə ki, buna cavab verməyə hazırdır. Son olaraq Naxçıvan əməliyyatları göstərdi ki, Azərbaycan bu planlardan xəbərdardır. Bütün hallarda bütün imkanlardan istifadə edəcəyik ki, bu planlar puça çıxsın. Baxmayaraq ki, Ermənistanda siyasi elita dəyişilir, ancaq mahiyyət işğalçılıq olaraq qalır. Ermənistanın ideoloji mahiyyətinə heç nə təsir göstərməyib”.(publika)
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi