“Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” – Tahir İmanov
Siyaset / Dunya / Medeniyyet
Oxunub: 983
2 mar 2019 | 12:55
“Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” – Tahir İmanov















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Azərbaycanın əməkdar artisti, aktyor, “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, rejissor Tahir İmanov görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Bu görüş prezidentin mədəniyyətimizə, incəsənətimizə qayğısı nəticəsində baş tutdu. Prezident bizim bütün təkliflərimizi dinlədi, mədəniyyət və incəsənət xadimlərinin istəkləri ilə yaxından tanış oldu. Biz də öz gələcək planlarımız haqqında danışdıq. Teatrımızın 4 illik problemi olan özəl telekanallarda qadağa siyahısına salınmaq məsələmizi dilə gətirdik. Cənab prezident bizə bu məsələdə dəstək verdi. Dedi ki, dövlət səviyyəsində heç kim bizə qadağa qoya bilməz, məsələ müsbətə doğru həll olunacaq. Bu onu sübut edir ki, prezident daim biz incəsənət xadimlərinə qayğı göstərib, göstərir və göstərəcək. Bu cür görüşlər mütəmadi olaraq keçiriləcək. Əsas odur ki, özəl telekanalların bizim sənətimizə göstərdiyi münasibət dəyişəcək. Bizim ümidimiz yalnız cənab prezidentədir. Xırda məsələdən tutmuş ən böyük problemlərə qədər prezident həll edir.

Mənim babam Süleyman Ələsgərovun bu yaxınlarda 95 illiyi keçirilib. Biz nə qədər ailəmizin adından məktublar yazdıq ki, Bakı küçələrinin birinə babamın adı verilsin. Yəqin ki, məktublar çatmayıb. Prezidentlə görüşdə babamın adının küçəyə verilməsi məsələsini də qaldırdım. Görüşdən çıxan kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar bəy Əzimov ölkə prezidentinin tapşırığı ilə mənimlə əlaqə saxladı, görüşə dəvət etdi. Heç bir ölkədə heç bir məsələ bu cür tez həll olunmur. Digər sənətçilərin təklif və şikayətləri prezident tərəfindən yazılırdı və bir-bir müzakirə olunurdu. Bizim problemlərimiz çox idi. İnanmırdıq ki, belə bir görüş olacaq və problemlər həllini tapacaq. Bu görüş oldu, prezident və mədəniyyət işçilərinin vəhdəti Azərbaycan xalqına göstərildi. Bir daha bəyan edirəm ki, biz daim ölkə prezidentinin yanındayıq, onun siyasi kursunu dəstəkləyirik”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb