Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”
Siyaset
Oxunub: 535
7 mar 2019 | 14:30
Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”














“Azərbaycan tərəfinin sülhə məcbur edilməsindən hər hansı bir söhbət gedə bilməz”
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə rəsmi səfəri faktiki olaraq iflas olub.

Nəzərə çatdıraq ki, Brüsseldə baş nazir Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşüb. Bir gün əvvəl isə Ermənistan hökumətinin rəhbəri Aİ-nin genişlənmə və qonşuluq siyasəti komissarı Johannes Xan ilə danışıqlar aparıb.

Virtuala.org erməni KİV-nə istinadən bildirir ki, görüşdən sonra Paşinyan və J.Xan birgə mətbuat konfransında Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə qarşıdan gələn danışıqlara dair sualları cavablandırıblar.

“Bizim qarşıdakı görüşümüz, digər məsələlərlə yanaşı, danışıqlar formatına həsr olunacaq. Biz hesab edirik ki, bu məsələni həll etmək üçün, ilk növbədə, Dağlıq Qarabağın iştirakını təmin etmək üçün effektiv format yaratmaq lazımdır” – N.Paşinyan deyib.

Öz növbəsində Y.Xan Paşinyanla razılaşmayıb və xüsusi vurğulayıb ki, tərəflərin Qarabağ münaqişəsinin həllində mövcud olan müzakirə formatını qoruyub saxlamaq lazımdır: “Dəstəyimizə gəldikdə, mən hesab edirəm ki, mövcud müzakirə formatını saxlamaq daha yaxşıdır. Yalnız yenilik xatirinə yeni bir şey yaratmaq üçün səy göstərməyə ehtiyac yoxdur. Və daha ümumi planda, söhbət etibar ölçülərindən gedir”.

Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də Paşinyanın mövqeynin əksinə çıxıb. O bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir. Aİ rəsmisi faktiki olaraq bununla Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakı şərtinin qəbuledilməz olduğunu nümayiş etdirib.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, bu hadisə Paşinyanın Avropa İttifaqına səfərinin fiaskoya uğraması, uzun müddətdir Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesinə qoşmağa çalışmasının uğursuzluqla nəticələnməsidir.



Ekspertin fikrincə, Paşinyanın “iqtisadi islahatlar” adlandırdığı proseslər üçün Aİ-dən maliyyə yardımı istəməsi də səfərin gündəliyinə daxil olan əsas məsələlərdən biri idi. Paşinyan gözlədiyi maliyyəni də ala bilmədi: “Onun Rusiya və Qərb arasında manevr etmək siyasəti də artıq iflasa uğrayır”.

Digər tərəfdən, ABŞ bunun üçün 907-ci düzəlişə moratorium qoymalıdır ki, bu perspektiv Ermənistanı narahat edir.

Politoloq Elçin Mirzəbəyli də Paşinyanın Aİ səfərinin tam fiaskoya uğradığını bildirdi: “Aİ-nin rəsmiləri ilə görüşdə Paşinyana iki məqamla bağlı vacib xatırlatmalar edildi. Birincisi, Aİ Şurasının sədri Donald Tuskla keçirilən görüşdə Qarabağ münaqişəsi ilə bağlı status-kvonun uzun müddət belə qala bilməyəcəyinin vurğulanmasıdır. İkincisi isə sədr bildirdi ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir. Bundan başqa, Paşinyana xatırladıldı ki, ATƏT-in Minsk Qrupunun mövcud formatı çərçivəsindən kənarda hər hansı bir format ola bilməz. Həmçinin Dağlıq Qarabağın ayrıca bir subyekt olaraq erməni icmasının danışıqlar prosesinə cəlb edilməsi mümkünsüzdür və bu, haqda ümumiyyətlə, danışmaq lazım deyil. Azərbaycan tərəfinin sülhə məcbur edilməsindən hər hansı bir söhbət gedə bilməz. Çünki işğalçı tərəf Ermənistandır. Eyni zamanda danışıqlar prosesindən də qaçan Ermənistandır. BMT-nin 4 qətnaməsi, beynəlxalq hüquq prinsipləri Azərbaycanın tərəfindədir və Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını tələb edirlər. Belə olan təqdirdə yalnız Ermənistanın sülhə məcbur edilməsindən söhbət gedə bilər. Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərin hüquqlarını nəzərə almasına gəldikdə isə bu, proses ərzində ortaya çıxacaq məqamdır. Yəni işğala son qoyulmalıdır və Azərbaycan şübhəsiz ki, onlara öz vətəndaşı kimi yanaşacaq. Onların da hüquqları Azərbaycanda yaşayan digər insanların, vətəndaşların hüquqları kimi qorunacaq, təhlükəsizliyinə təminat veriləcək. Bunun üçün də ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından, Dağlıq Qarabağ bölgəsindən çıxmalıdır”.
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA