14-03-2019, 18:19 Oxunub: 245

Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR

Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR















Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdəki sosial hesabından Azərbaycan xalqına müraciət edərək, dialoqa hazır olduğunu yazıb.

FaktXəbər-in məlumatına görə, Paşinyan, "mən yalnız Azərbaycan prezidenti ilə deyil, həm də Azərbaycan xalqı ilə dialoqa davam etməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı Ermənistan və Dağlıq Qarabağ xalqı kimi sülhsevərdir", - deyə qeyd edib.

Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR









Paşinyanın bu açıqlamasına ermənilərdən daha çox azərbaycanlılar reaksiya verərək, onun paylaşımının altına şərhlər yazıblar. Həmin şərhlərdən daha maraqlı olanlarını təqdim edirik.

Cavid Hacıbəyli Qulusoy adlı tvitter istifadəçisi qeyd edir ki, ermənilər Paşinyanın ingiliscə yazdığı tvitlə razılaşırlar, amma ermənicə yazılanla yox: "Hər halda, inkişaf budur ki, ermənilər və azərbaycanlılar ingiliscə ünsiyyət qururlar, rusca deyil."


Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR







Fərid Mehralızadə yazdığı şərhlə Paşinyanı fakt qarşısında qoyub desək, yanılmarıq. O, "bunun üçün ilk növbədə, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu başa düşməlisiniz və buna görə hərəkət etməlisiniz. Müstəqil dövlət kimi tanımadığınız Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməyiniz isə sülhməramlı addım deyil", - deyə qeyd edir.
Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR








Nərmin Rəhimli isə şərhində Ermənistanın monetnik dövlət olduğuna vurğu edir: "Dağlıq Qarabağ bölgəsində ayrıca bir xalq yoxdur, orada Azərbaycan və Ermənistan xalqı var. Hər iki ölkədə, Bakıda, Şuşada və ya İrəvanda erməni və azərbaycanlılar olmalıdır. Hal-hazırda Azərbaycanda vəziyyət belə olsa da, Ermənistanda elə deyil."

Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR








Faiq Kərimli adlı vətəndaşımız Paşinyana Azərbaycan ordusunun gücünü xatırladıb: "Cənab baş nazir, siz təkcə hazır olmamalısınız, konstruktiv dialoq üçün böyük səy göstərməlisiniz. Problemin həlli üçün sizin alternativ yolunuz yoxdur. Əks təqdirdə, bu mübahisənin ən yaxşı həll yolu müharibədir. Ümid edirəm ki, Azərbaycan Ordusunun əsl gücünü bilirsiniz."


Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi - FOTOLAR
Rusiyadan İlham Əliyevlə Paşinyanın söhbətinə - ŞƏRH Rusiyadan İlham Əliyevlə Paşinyanın söhbətinə - ŞƏRH Siyaset “Əks halda azərbaycanlılar Qarabağı yuxularında görər...” - Paşinyan “Əks halda azərbaycanlılar Qarabağı yuxularında görər...” - Paşinyan Siyaset "Paşinyanı Köçəryan-Sarkisyan quldur dəstəsindən qoruya bilərik" — Bayram Səfərov Sosial Paşinyanın oğlu Azərbaycana gəlir - TARİX AÇIQLANDI Paşinyanın oğlu Azərbaycana gəlir - TARİX AÇIQLANDI Dunya Paşinyanın oğlu Qarabağda əsgərlik çəkəcək Paşinyanın oğlu Qarabağda əsgərlik çəkəcək Dunya