NATO Əməkdaşlıq İnstitutu Qərbin maraqlarını necə müdafiə edir...
Siyaset
Oxunub: 4 357
4 may 2015 | 11:50
Fərrux Məmmədov: “Avropa Birliyi və NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir…”

Azərinfo.az NATO Əməkdaşlıq İnstitunun prezidenti Fərrux Məmmədovla müsahibəni təqdim edir.

- Siz daim Avropa İttifaqına və NATO-ya inteqrasiyanı təbliğ etmisiz. Bu günlərdə Avropa Parlamenti qondarma erməni soyqrımını tanıdı. Bununla yanaşı bir çox Avropa ölkələrinin də, ayrı-ayrılıqda qondarma soyqrımla bağlı Türkiyəni qınadığını müşahidə etdik. ayrı ayrılıqda tanıdı. Bütün bunlardan sonra, siz türkə və tükcülüyə düşmən kəsilmiş Avropa Birliyinə inteqrasiyanı yenə müdafiə edirsizmi?

-Avropaya və NATO-ya integrasiya mütləqdir. Bu xarici siyasətin əsas prioriteti olmalıdır. Avropa Parlamentinin qəbul etdiyi qərar icra xüsusiyyəti daşımır. Sadəcə tövsiyyə xarakteri daşıyır. Avropa Birliyi də, ABŞ da, bilir ki, Ermənilərin iddia etdiyi kimi ermənilərin qondarma soyqırımı baş verməyib və bu iddialar tamamilə əsassızdır. Sadəcə olaraq, istər Türkiyə, istərsə də, Azərbaycan son zamanlar beynəlxalq qaydalara əməl etmir. Əksinə onlara qarşı çıxır. Bu qəbul olunan qərar isə sadəcə hemin hökümətlərə kiçik bir mesajdır. Düşünürəm ki, hər iki hökümet bu məsələdən sonra istər daxili siyasət də, istərsə də, xarici siyasətdə köklü dəyişikliklərə getmeəlidirlər. Əks halda qayadalar uyğun şəkildə cəzalandırılma ola bilər. Avropaya və NATO-ya integrasiya mütləqdir və bu xarici siyasətin əsas prioriteti olmalıdır.

-Bu günlərdə bir məqalə ilə tanış oldum. Həmin məqalədə hər kəsin düşündüyü, amma etiraf edə bilmədiyi meqamlara toxunulmuşdu. Məqalədə bütün Avropa ölkələrinin dövlət strukturunda çalışanlar, o cümlədən ABŞ dövlət strukturunda çalanlar dünyada insanın yaranışının qarşısını almaqla bağlı fikirlər bildiriblər. Sizcə bu gün müsəlmanların göz görə-görə min bəhanə ilə qırılmasının arxasında həmin fikirlərin sahiblərinin dayanmasını iddia etmək olarmı?

- Bilirsiniz hər hansı bir məqaləyə görə kimlərisə ittiham etmək yalnış olardı. Bu gün yaxın Şərqdə baş verən proseslər həmin ərazilərdə yerləşən dövlətlərin illərcə millətlərə qarşı yürütmüş olduğu yalnış daxili diktatura siyasətinin nəticəsidir. Bu gün orada baş verən hadisələrə görə Qərb və Avropanı ittiham etmək yalnış olardı. İstər Rusiya istərsə də, İran illərdir həmin ərazidə istədikləri formada diktaturanı dəstəklədilər və hətta terror təşkilatların maliyələşməsindən açıq şəkildə rol oynadılar. İran İslam dövləti olmasına baxmayaraq, bu gün formalaşdırdığı xarici siyasət digər müsəlman dövlətlərinin adına və imicinə mənfi təsir edir. Bunun başlıca səbəbi onun istifadə etdiyi islam sözüdür. Yaxın Şərq çox həssas bir cografi mövqedir. Bu indi deyil, illərcə əsirlərcə bu cür olub və bundan sonra da, davam edəcək.
-Bu günlərdə İranlı dövlət adamları Şərq dövlətlərinin Şərq koalisiyası yaratmağını təklif edib və bildirib ki, bu Şərqə qarşı hesablanmış insan qətllərinin, terrorun qarşısını almağa yardım edəcək. Sizcə Şərq Koalisiyasının yaranması Avropa İttifaqı və NATO-nun maraqlarına zidd olduğunu nəzərə alsaq bu mövqe ABş və Abropa Birliyi tərəfindən necə qarşılanacaq?

- İranın təklif etdiyi büutün təkliflərin hər biri səmimilik üzərində qurulmayıb. İran hər zaman güvənilir tərəfdaş olmayıb və heç zaman da, olmayacaq. Onun yalnızca bır istəyi var, öz maraqlarını qurmaq və digər dövlətləri özünə yaxın edərək, onlardan istifadə etməkdir. İran öncə daxildə Azərbaycan türklərinə qarşı etdiyi işgəncə siyasətini dəyişməlidir. İlk öncə öz daxilində olan problemlərin çözulməsi ilə məşğul olarsa, daha effektiv siyasət yürütmüş olardı. İran özü bu gün Həmas və Hizbullah kimi terror təşkilatlarına açıq şəkildə dəstək verir və onları maliyələşdirir. Bu gün terrora dəstək verən bir dövlətin bu cür təkliflə çıxış etməsi anlaşılan deyil. Yəmən hadisləri hal hazırda davam edır və İranın açıq iştirakını artıq hər kəs görür. Onun siyasətinin mahiyyətini anlamaq olur. İranın bu gün sərgilədiyi Ermənistan siyasəti də, məhz onun hər zaman güvənilir bir dövlət olmadığını göstərir. Onların təklif etdiyi birlik heç zaman formalaşmayacaq. Bu sadəcə absurd fıkirlərdir. Avropa Birliyi və NATO dünyada yeganə güc, birlik mərkəzi olaraq, mövcuddurlar. Qeyd edim ki, bu yaxın tarixdə heç zaman dəyişməyəcək!


-Dağlıq Qarabağın işğalına görə, ermənilərə heç bir təzyiq etməyən, NATO və Avropa İttifaqı bu gün nə üzlə Krımın anyeksiyasını əsas gətirərək, Rusiyaya qarşı sanksiyalar tətbiq edir? Sizcə bundan sonra Azərbaycanın Avropa İttifaqına və NATO-ya inteqrasiyasından danışmaq, NATO, Avropa İttifaqının təbliğatını aparmaq nə qədər doğrudur?

-Avropa Birliyi və NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Dağlıq Qarabağın işğalında iştirak edən Rusiya isə ölkəmizin ərazi bütövlüyünü desə də, əslində o hər zaman Azərbaycaın necə işğal edə bilər deyə, siyasətioni formalaşdırıb. Bu gün Azərbaycan höküməti Dağlıq Qarabağ məsələsində Qərbi və Avropanı ittiham edir. Lakin torpaqlarımızın işğalında birbaşa iştirak etmiş Rusiya ilə bağlı isə hər hansısa bir bir söz deyə bilmir. Bu da, bizim xarici siyasətimizdə olan yalnışlıqdan irəli gəlir. Hər bir situasiyanı öz adıyla çasğırmaq lazımdır. Rusiya necə ki, 23 il öncə Dağlıq Qarabağın işğalında iştirak etdisə, bu gün də, Krımın işğalında iştirak edərək, bird aha sübut etdi ki, o heş bir dövlətin ərazi bütövlüyünü və suverenliyini tanımır. Və eyni zamanda, istədiyi siyasəti də yürüdə bilər. Biz bir məsələni çox yaxşı bilməliyik ki, kimlərisə tənqid etməkdən ğömcə öz gördüyümüz işləri və atdığımız addımlara diqqət etməliyik. Əgər problemi özümüzdə tapsaq, o zaman Dağlıq Qarabağ problemi də, tezliklə aradan qalxmış olar. Rusiya təhlükəsi açıqdır və realdır. Bunu Rusiya prezidenti səviyyəsində üstüörtülü mesaj şəklində bir neçə dəfə bizə çatdırılıb. Əgər sabah bu təhlükə qapıda olarsa, o zaman köməyimizə gələn ilk öncə Avropa Birliyi və NATO olacaq. Buna görə də, inteqrasiya etmək mütləqdir.


-Avropa Birliyi ve ABŞ-ın bir sıra ştatları qondarma soyqrımı tanımaqla Ukrana məsələsində “ədalət” devizi altında sadəcə olaraq, Rusiyaya qarşı öz prinsiplərini yürütdüyünü sübut etmiş oldu. İllər əvvəl o bunu Kosovo məsələsində də, sübut etmişdi. Buna nə sözünüz var?
- Avropa Birliyi və Amerika bütünlükdə sözdə soyqırım məsələsini qəbul etmədi. Bu məsləni ilk öncə aydınlaşdırmaq lazımdır. Avropa Parlamenti sadəcə olaraq, sözdə soyqrımla bağlı öz təklifini irəli sürdü. Bu məsələdə Amerika tam birətəf mövqe sərgilədi. Çünki onlar da, bu məslənin çox həssas olduğunu bilirlər və yaranacaq yeni problemlərdən yan keçmək üçün xarici siyasətlərində ehtiyyat edirlər. Amerika və Avropa yaxşı bilir ki, Qara dəniz də, yaxın Şərqdə Türkiyə olmadan, hər hansısa strateji məslədə iştirak etmək mümkünsüzdür. Bu ilk olaraq, ondan ibarətdir ki, Türkiyənin yerləşdiyi strateji coğrafi mövqe çox əlverişlidir. Digər tərəfdən isə Türkiyə bu ərazidə hələ ki, söz sahibidir. İkinci dünya müharibəsindən sonra SSSR-inin nəzarətində olan Avropa ölkələri çox ağır şəraitdən keçid etdilər. Onlar Sovetlər Birliyi dağıldıqdan sonra, öz suverenliklərini bərpa etməyə başladılar. Təbii ki, bu yolda Amerika onlara əsas mayak olaraq, yol göstərdi. İstər Kosova məsləsində, istərsə də, digər birliklərin dağılmasında təbii ki, Amerikanın dəstəyi danılmazdır. Amerika Avropada mövcud olan xırda birlikləri dağıdaraq, Böyük bir Avropa ailəsinin qurulmasına nail oldu. Bu gun artıq Avropa ailəsi özü qlobal məslələrin həllində əsas rol oynayan güclərdən ən önəmlisidir.

--Deməli siz iddia edirsiz ki, NATO və Avropa Birliyinin verdiyi bütün qərarlar və addığı bütün addımlar təqdirə layiqdir? Axı biz Dağlıq Qarabağ məsələsində, Abxaziya məsləsində və nəhayət Ukrayna məsləsində NATO və Avropanın uzaqdan “stəkanda tufan” yaradaraq, guya ki, məsələ ilə yaxından ilgiləndiyini nümayiş etdirdiklərindən başqa bir şey görmədik... Siz cavablarınızda daim Rusiyanı və dövlətlərin daxili siyasətini qınaq obyektinə çevirirsiz. Amma bu cavab deyil. İstərdim əsl politoloq nöqteyi nəzərindən adlarını çəkdiyim məslələrdə NATO və Avropa Birliyinin cəsarətli addımlar atmaq əvəzinə, “stəkanda tufan” yaratmaq siyasətini tənqid edəsiniz....

- İlk öncə biz düşünməliyik və bilməliyik ki, gələcəkdə baş verəcək bütün dəyişikliklər və qərarlar sadəcə özümüzdən asılıdır. Bu gün Avropa Birliyini və NATO-nu tənqid etməyi durdurmalıyıq. Çünki öncəliklə öz verdiyimiz qərarlara və seçim etdiyimiz yola baxmalıyıq. Azərbaycanın başına son 20 ildə gətirilən bütün bəlaların başında Rusiya durur. Amma nədənsə biz yenə də, Avropa Birliyindən və Qərbdən nəsə gözləyirik. Üstəlik onları tənqid edirik. 20 yanvar, dağlıq Qarabağın işğalı və savaşı, verdiyimiz itgilər, ən dəhşətlisi Xocalı Qətliamı arxasında Ermənistanın əli ilə Rusiya ola-ola biz yenə Qərbi suçlayırıq? Sizcə bu yanlış yanaşma deyil? Niyə bir dəfə də olsun bir media və digər dövlət qurumları, nə də parlament bununla bağlı hər hansısa bir açıqlama və ya fikir söyləmir. Sizcə bu hansı standartdır? Bu gün işğalçıya dost deyib, dostu isə tənqid edib onu özündən uzaqlaşdırmaq nəyə lazımdır? Sabah tək qaldığımız zaman həmin düşmən bizi çox rahat şəkildə işğal edəcək. Heç bu barədə düşünmüsünüz? Bu məsələdə media çox böyük rol oynayır. Amma nədənsə mediamız susur. Düşməni bilə-bilə onu tənqid etməyə çəkinir. Biz nə zaman bu standartlardan çıxaraq, hər kəsi adı ilə çağıracağıq, o zaman Avropa Birliyi, NATO hətta Amerika Dağlıq Qarabağ məsləsində qəti addım atacaq.


PS. Hörmətli müsahibim Fərrux Məmmədov, sonuncu suala cavabınızda ünvanladığınız suallara cavab vermək istəyirəm. İlk əvvəl onu qeyd edim ki, verdiyim suallardan da, göründüyü kimi sizin fikirlərinizlə heç cür razılaşa bilmirəm. Qeyd edim ki, polirtoloq və diplomat obyektiv olmalıdır. Siz yenə də, NATO və Avropa Birliyini tənqid etmədiz. Əvəzində Rusiyanı tənqid hədəfinə tutduz. Bütün sualların cavabında siz sadəcə Avropa İttifaqı və NATO-nun mövqeyini, Azərbaycana olan münasibətinə təriflər yağdırdız və müdafiə xarakterli fikirlər səsləndirdiniz. Deyə bilərmisiniz, bu günə qədər NATO və Avropa Birliyi Azərbaycan üçün nə edib? Qəti addımlar atarsa, edər deyirsiz, Ukrayna məgər qəti addım atmadı? Atdı. Bu gün də, o addığı qəti addımlar ücbatından hər gün günahsız insanların qanı axıdılır. Sual olunur: NATO və Avropa Birliyi hansı ciddi addımları atdı? Əfsuslar olsun ki, Ukrayna Avropa Birliyi və NATO-ya inteqrasiya etmək istəyən, yalnız Avropa Birliyi və NATO-dan heç bir dəstək ala bilməyən bir dövlət kimi digər dövlətlərə pis örnək oldu. Yaxşı, sizinlə razılaşaq ki, Rusiyanın Ermənistanın əli ilə törədilən bir sıra təxribatlarda əli var. Bəs Avropa Birliyi və NATO hansı tərifə layiq və ya ədalətli addımlar atıb? Əksinə daim Azərbaycanı tənqid hədəfinə tutub. Gəlin Razılaşaq ki, Avropa Birliyi və NATO sırf öz maraqlarından çıxış edirvə onun bu gün başlıca məqsədi Qafqazda öz hərbi bazasını yaratmaq, Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirməkdir.




Ülkər
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO