AZƏRBAYCAN KOMMUNİSTLƏRİ ÖZ ZƏİFLİYİNDƏ G.A. ZÜQANOVU VƏ RUSİYA FEDERASİYASI KOMMUNİST PARTİYASINI İTTİHAM ETMƏMƏLİDİR!
Siyaset
Oxunub: 1 275
6 may 2015 | 23:56
Azərbaycan Kommunist partiyasının Mərkəzi komitəsinin sədri Gülnisə Məhsimova aşağıdakı bəyanatla çıxış edib:

Son vaxtlar Azərbaycanda onsuz da pərakəndə fəaliyyət göstərən və əyalət dərnəkləri xarakteri daşıyan kommunist qurumlarında qəribə bir hal özünü büruzə verməyə başlayır. Belə ki, bəzi kommunistlər özlərinin bu pərakandəliyinin günahını nədənsə Rusiya Federasiyası Kommunist partiyasında (RFKP) və şəxsən onun rəhbəri G.A. Züqanovda görməyə çalışırlar. Burada xüsusilə Telman Nurullayevin rəhbərlik etdiyi Kommunist partiyasının Mərkəzi komitəsinin katibi Ədalət Abdinovun çıxışları diqqəti cəlb edir. Belə ki, Ə. Abdinov Rusiya və post-Sovet məkanı kommunistlərinin şəksiz lideri olan G.A. Züqanovu opportunizmdə və pozuculuq fəaliyyətində ittiham edir.
Ə. Abdinovun fikrincə, Kommunist partiyasında opportunistlər, təfriqəçilər və pozucu ünsürlər bu gün də mövcuddur. Amma soruşulmalıdır ki, bunun RFKP-yə və onun lideri G.A. Züqanova nə aidiyyatı var? Əgər Azərbaycanda Kommunist partiyası bu gün qruplar və dərnəklər formasında mövcuddursa və dar məhəlli xarakter daşıyırsa, G.A. Zuqanovu bunda günahlandırmaq absurddur. Səbəbini özündə axtarmaq əvəzinə günahkarı kənarda axtarmaq gerçəkdən gülməlidir.
Yəqin Ə. Abdinov yoldaş bilməmiş deyil ki, Rusiyanın ən nüfuzlu siyasətçilərindən olan G.A. Zuqanovun partiyası Rusiya Dövlət Dumasında 92 deputatla təmsil olunur. Keçən il mən RFKP-nin 1 May tədbirinə qatılmışdım. Həmin tədbirdə 100 min nəfər iştirak edirdi. Bunun nə demək olduğunu başa düşmək çətin deyil.
G.A. Zuqanov əsil kommunist və yüksək beynəlxalq səviyyədə tanınmış liderdir. Onun haqqında bu cür mənfi fikirlər söyləmək üçün ən azı onun etdiklərinin cüzi bir hissəsini etmək lazım gəlir. Amma təəssüf ki, bu belə deyil. Hər halda, pərakəndəlik və məhəlli dərnəkçilikdən yaxa qurtara bilməyən Azərbaycan kommunistləri özlərinin bu mərəzlərini G.A. Züqanov və RFKP-də axtarmamalıdır. Unutmaq lazım deyil ki, bu gün məhz G.A. Züqanovun rəhbərlik etdiyi RFKP bütün post-Sovet məkanında olan kommunist hərəkatının lideri və ümid yeridir.
Odur ki, bu gün G.A. Züqanovun əleyhinə kampaniya Azərbaycandakı kommunist hərəkatına ancaq zərər vura bilər.

Gülnisə Məhsimova
Azərbaycan Kommunist partiyasının Mərkəzi komitəsinin sədri
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...