“Fərmanda nəzərdə tutulan müddəaların köhnə qvardiya ilə həyata keçirilməsi çətinlik yaradacaq”
Siyaset
Oxunub: 567
6 apr 2019 | 10:39
 “Fərmanda nəzərdə tutulan müddəaların köhnə qvardiya ilə həyata keçirilməsi çətinlik yaradacaq”














“Azərbaycan prezidenti İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı imzaladığı fərmanı inqilabi fərman hesab edirəm. Bu fərmanı ancaq belə adlandırmaq olar. Çünki indiyədək ən çox şikayətlər məhz məhkəmə-hüquq sistemi ilə bağlı olub”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili ölkə başçısının məhkəmə-hüquq sistemi sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı fərmanı ciddi bir islahat paketi hesab edir:

“Azərbaycan vətəndaşının ən çox incik qaldığı sahə məhz bu sferadır. Məhkəmələrdə vətəndaşlar çox incidilir, barələrində qeyri-obyektiv qərarlar çıxarılır, çıxarılan qərarların icra mexanizmində ciddi problemlər mövcuddur. Ölkə başçısının imzaladığı fərmanda isə bütün bu çatışmazlıqların aradan qaldırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin olunması, ədalətli və obyektiv qərarların qəbul olunması məqsədi ilə məhkəmələrin sərbəstliyinin, effektivliliyin təmin edilməsi ilə bağlı olaraq məhkəmələrdə çalışanların sosial şəratinin yaxşılaşdırılması, hakim korpusunun sayının artırılması, alternativ məhkəmə qərarlarının icra qurumunun yaradılması, müstəqil ekspertiza, məhkəmə proseslərində iştirakçılığın təmin edilməsi, məhkəmə prosesinin audio yazıya alınması və sair kimi məsələlər öz əksini tapıb. Fərmanda eyni zamanda cəzaların humanistləşdirilməsi, dekriminallaşdırılması istiqamətində ciddi addımların atılması, ümumiyyətlə istər cəzaların humanistləşdirilməsi, istərsə də məhkəmə-hüquq sisteminin işinin daha təkmil, müasir dövrün tələblərinə uyğun şəkildə qurulması istiqamətində qanunvericilik bazasının da təkmilləşdirilməsi kimi müddəlar var. Sənəd çox yüksək səviyyədə hazırlanıb”.

V.Əhmədov əlavə edib ki,indi əsas məsələ fərmandan irəli gələn müddəaların həyatda tətbiqi mexanizmidir:
“Bu mexanizm necə tətbiq olunacaq, bu islahatların həyata keçirilməsinə kimlər nəzarət edəcək, fərmanda nəzərdə tutulanlar hansı müddətdə həyata keçiriləcək? Açığını deyim ki, fərmanda nəzərdə tutulan müddəaların köhnə qvardiya ilə həyata keçirilməsində çətinliklər olacaq. O baxımdan bu sahədə kadr islahatları həyata keçirilməlidir. Hakimlərin attestasiya məsələsinə baxılmalıdır. Hesab edirəm ki, islahatların uğurla həyata keçirilməsində Milli Məclisin potensialından da istifadə olunmalıdır. Məhkəmələrin tam sərbəstliyi təmin olunmalıdır. Yəni məhkəmə sistemində səmərəliliyə nail olmaq üçün bütün məsələlər və çatışmazlıqlar aradan qaldırılmalıdır. Çünki məhkəmə-hüquq sistemi insanların həyatında çox mühüm rol oynayan bir sahədir. Məhkəmələr də artıq başa düşməlidirlər ki, Azərbaycan prezidenti ölkədə çox dərin və genişmiqyaslı islahatlara start verib. Məhkəmə-hüquq sistemindəki islahatlar da bunun tərkib hissəsidir. Bu geridönməz bir prosesdir. Ona görə də bu sahədə çalışan insanlar da fəaliyyətlərindəki nöqsanları aradan qaldırıb, ölkə başçısının həyata keçirdiyi islahatlara dəstək verməlidir, işini buna uyğun şəkildə qurmalıdır. Odur ki, ölkə başçısının həyata keçirdiyi bu islahatlar geridönməz xarakter aldığından məhkəmə-hüquq sistemində çalışanlar bunu nəzərə almalıdır. Ölkə başçısı bu islahatların daha da dərinləşdirilməsi ilə bağlı siyasi iradəsi ortadadır. İslahatların davam etməsi üçün Azərbaycan prezidentinin digər fərmanları da olacaq ”.

V. Əhmədov bildirib ki, əgər fərmanda nəzərdə tutulan müddəalar həyata keçirilsə, məhkəmə-hüquq sistemində bizim elə bir ciddi problemimiz olmayacaq:

“Bu gün məhkəmələrdə çıxarılan qərarlar nəticəsində təkcə insanların hüquqları pozulmayıb, həmçinin ölkə iqtisadiyyatına böyük ziyanlar vurulub. Məhkəmələrdə sahibkar çox incidilir, onlar barəsində ədalətsiz qərarlar verilir, əmlaklarının əlindən alınması barədə qərarlar çıxarılır. Bir daha təkrar edirəm ki, islahatların effektivliyini təmin etmək üçün məhkəmələrə daha yüksək səlahiyyət verilməli və məhkəmlərə hər hansı qurumun təsir dairəsində çıxarılmalıdır. Elə olmalıdır ki, məhkəmələr tam sərbəst formada fəaliyyət göstərə bilsinlər. Əgər məhkəmələr tam sərbəst və azad fəaliyyət göstərərsə, o zaman onlar düzgün qərar çıxaracaq. Günahı olan cəzasını alacaq. Bu onlara olan inamı artıracaq və bu sahədəki problemlər, neqativ hallar, çatışmazlıqlar aradan qalxacaq”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE