17-04-2019, 13:43 Oxunub: 207

Matviyenko istefaya gedir – Qafqazın “qaz kralı” ilə oğlunun həbsinə görə

Matviyenko istefaya gedir – Qafqazın “qaz kralı” ilə oğlunun həbsinə görə















Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko istefaya gedə bilər. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Dojd” telekanalı və “Kommersant” nəşri şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Matviyenkonu bu postda Dövlət Dumasının sabiq spikeri, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin əvəz edəcəyi iddia olunur.

Dojd”un mənbəsinin sözlərinə görə, aprelin 7-də Sankt-Peterburq şəhərində yerləşən Akademik Filarmoniyanın Böyük Zalında Matviyenkonun 70 illik yubileyinin qeyd olunması daha çox ictimai siyasətlə vida mərasiminə bənzəyib. Mənbələrdən biri iddia edib ki, onun istefası bir müddət öncə Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovun və onun atası, Qafqazın “qaz kralı” Raul Araşukovun həbsi ilə bağlıdır.

Matviyenko istefaya gedir – Qafqazın “qaz kralı” ilə oğlunun həbsinə görə





Raul və Rauf Araşukovlar

Rəsmi Kremldən isə bildirilib ki, onun vəzifəsindən getmək qərarı şəxsi səbəbləri ilə əlaqəli ola bilər.

“Kommersant”ın mənbəsinin məlumatına görə, V. Matviyenko mayda prezident Vladimir Putinlə görüşərək mümkün istefasını müzakirə edəcək.

Yüksək vəzifəli məmur qəzetə açıqlamasında həmçinin vurğulayıb ki, o, Pensiya Fonduna rəhbər gətirilə bilər.

Sədrin mətbuat xidməti informasiyanı şərh etməyib.

Xatırladaq ki, bu il yanvarın 30-da saxlanılan Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov 3 nəfərin qətlində, həmçinin 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda ittiham olunur. Senatorun atası, Qafqazın “qaz kralı” kimi tanınan Raul Araşukov da oğlundan bir gün sonra saxlanılıb. O da oğlu kimi eyni cinayət maddələri üzrə ittiham edilir.
Valentina Matviyenko İlham Əliyevin qəbulunda — FOTOLAR Valentina Matviyenko İlham Əliyevin qəbulunda — FOTOLAR Siyaset Valentina Matviyenko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildi Valentina Matviyenko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildi Siyaset Qətldə adı hallanan rus senator iclas zalında həbs edildi Qətldə adı hallanan rus senator iclas zalında həbs edildi Hadise Rusiya hökuməti istefaya gedir Rusiya hökuməti istefaya gedir Dunya İlham Əliyev Sergey Narışkini qəbul edib İlham Əliyev Sergey Narışkini qəbul edib Siyaset