Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 527
20 apr 2019 | 20:47
Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ














Dağlıq Qarabağ məsələsində ABŞ-ın yeni moderatorluq təşəbbüsü siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Söhbət dövlət katibi Maykl Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda təşkil eləməklə bağlı irəli sürdüyü təşəbbüsdən gedir.

Maraqlıdır ki, belə bir mühüm gəlişmə fonunda ABŞ konqresmenlərinin böyük bir qrupu Ermənistana gəlib. Bir neçə günlük səfər çərçivəsində onlar aprelin 19-da baş nazir Nikol Painyanla görüşüblər. “Yeni Müsavat”ın erməni baş nazirin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, N.Paşinyan onların səfərini alqışlayaraq, Ermənistanın Birləşmiş Ştatlarla əlaqələrin inkişafı və dərinləşməsinə mühüm önəm verdiyini bildirib. Ardınca o, iddia edib ki, “Ermənistan radikal islahatlar prosesinin içindədir və demokratiyanın inkişafı istiqamətində inamla irəliləyir”. Onun sözlərinə görə, Ermənistan hökuməti növbəti addımlar qismində demokratiyanın institutsional və iqtisadi əsaslarını möhkəmləndirməklə məşğuldur və bu prosesdə beynəlxalq tərəfdaşlardan, o cümlədən ABŞ-dan dəstək gözləyir.

Daha sonra Paşinyan konqresmenlərin suallarına cavab verib. Suallar əsasən, ölkədə iqtisadi islahatlar, regional situasiya və onun inkişafı, gənclərin “məxməri inqilab”a və sonrakı islahatlara cəlb olunması, qadınların siyasi həyatda və idarəçilikdə rolu, parlament sisteminin fəaliyyəti və s. barədə olub. Amerikalı konqresmenlər Ermənistanda demokratiyanın möhkəmlənməsinə, iqtisadi islahatların reallaşmasına və ABŞ-Ermənistan əlaqələrinin inkişafına dəstək verməyə hazır olduqlarını söyləyiblər.

*****

“Yeni Müsavat” xatırladır ki, az öncə Nikol Paşinyan publik açıqlamalarının birində ABŞ-dan yetərli siyasi və maliyyə dəstəyi ala bilməməklə bağlı giley eləmiş, hətta ABŞ-ı onu başa düşməməkdə qınamışdı. Halbuki belə vəziyyətin yaranmasında özünü “qərbyönlü” sayan, lakin sələfləri kimi Rusiyanın ağuşunu seçən Nikolun özü günahlardır. Paşinyanın Rusiyanın rüsxət və tələbi ilə Suriyaya erməni humanitar-hərbi missiya göndərməsi buna sübutdur. Hansı addım ki, dərhal ABŞ dövlət Departamentinin sərt reaksiyasına səbəb olmuşdu. Bundan az sonra isə Ermənistan Rusiyanın qorxusundan Gürcüstandakı NATO təlimlərində iştirakdan imtina elədi.

Ümumiyyətlə, “məxməri inqilab”dan sonra Paşinyanın quru bəyanatlarlndan savayı Qərbə yaxınlaşmaq yönündə heç bir addımı olmayıb. Bu üzdən ötən təqribən 1 il ərzində Ermənistan ABŞ və Avropa Birliyindən (AB) umduğu maliyyə dəstəyinə ala bilməyib. Nikolun Qərb paytaxtlarına etdiyi səfəri zamanı ona açıq şəkildə bildirilib ki, Ermənistan Rusiyanın hərbi-siyasi orbitindən uzaqlaşmayınca belə bir dəstəyi gözləməsin.

Bu isə yalnız Qarabağ məsələsində İrəvanın konstruktiv mövqe tutması sayəsində mümkün ola bilər. Ötən ilin oktyabrında İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Con Bolton da açıq bəyan eləmişdi ki, Ermənistan inkişaf eləmək istəyirsə, öncə Qarabağ məsələsinin həll yönündə real addımlar atıb öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, nəticə etibarilə də Rusiyanın təsir zonasından uzaqlaşmalıdır. Eyni mesaj iki ay sonra prezident Donald Trampın Nikol Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapdı.

Lakin bu mesajların heç biri ciddiyə alınmadı. Əksinə, Paşinyan Rusiyaya daha da yaxınlaşmaq kursu götürdü, eyni zamanda “iki stul”da oturmaq siyasətini davam etdirdi, Dağlıq Qarabağ məsələsində isə ABŞ-ın regional maraqlarına daban-dabana zidd radikal mövqe sərgilədi. Qısası, Nikol aydın şəkildə anlatdı ki, Ermənistan Rusiyanın “arxa bağçası” və hərbi qalası rolundan imtina eləməyə hazırlaşmır...

*****

İstisna deyil ki, konqresmenlərin İrəvan səfərində əsas məqsəd bir daha Paşinyan hökumətinin xarici siyasətlə bağlı əsas oriyentirlərini dəqiqləşdrməkdir. O ki qaldı daxili reformalara, xarici siyasət daxili siyasətin davamı sayıldığı kimi, daxildəki proseslər də xarici amillərdən ciddi şəkildə asılıdır.

Əksər analitiklər də əmindir ki, Nikol Paşinyan avtoritar və imperiyapərəst Rusiyanın təsir zonasından çıxmadan, blokada problemini aradan qaldırmadan, Paşinyan Qərbin real siyasi-maliyyə dəstəyinə ümid edə, nəticə etibarilə daxildə heç bir ciddi siyasi və iqtisadi islahatlara nal ola bilməyəcək. Ehtimal ki, konqresmenlər Nikol Paşinyana məhz belə bir mesajı çatdırıblar.

Bu xüsusda diqqətçəkcidir ki, ötən 1 ildə Ermənistanda əhalinin güzəranının yaxşılaşması, ölkədən kütləvi köçün azaldılması, yeni iş yerlərinin açılması yönündə müsbət dəyişikliklər qeydə alınmayıb. Əksinə, struktur “islahatları” nəticəsində iş yerləri azalıb, ictimai narazılıq və etirazlar, ölkənin xarici borcu artıb. Son vaxtlar isə Ermənistanda hay-küylü həbslərə və oliqarxlarla mübarizəyə rəğmən, köhnə tendensiya müşahidə edlməkdədir. Belə ki, siyasi konyunkturanı və mövcud sərt reallıqları nəzərə alan hökumət iri biznesmenlərlə siyasi kompromislərə getməyə başlayıb - hansı ki, Paşinyan hökumətinin xalqa verdiyi ilkin vədlərlə tam ziddiyyət təşkil edir...
“Yeni Müsavat”
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!