Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”
Siyaset
Oxunub: 517
24 apr 2019 | 17:50
Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”















“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam. Bəyəm jurnalistlər, azərbaycanlılar bunu bilmirlər ki… İndi adi bir vizit kartını böyüdüb, niyə müzakirə edirlər?”.

Bu sözləri Modern.az-a sosial şəbəkələrdə vizit kartının şəkli müzakirələrə səbəb olan Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev deyib. O bildirib ki, sosial şəbəkələrdə şəkli yayılan visit kartı illər öncə hazırlanıb:

“Bu lap çoxdan hazırlanmış “vizitka”dır. İndi kimsə Moskvadan həmin “vizitka”nın şəklini yayıb, Azərbaycanda mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıb. Hazırda Moskvadayam. Bakıya qayıdanda bunun kökünü tapıb, cəzasını verəcəyəm. Bizim ofisimiz Şəhidlər Xiyabanının yaxınlığında yerləşir. Elə həmin şəxsi də tapıb, Xiyabanda sürüyəcəyəm. Bu ancaq Moskvadan qaynaqlanıb. Mənə gücləri çatmır ki, qarşıma çıxsınlar”.

Müşfiq Əliyev deyib ki, Şəhid Ailələrinə Qayğı Cəmiyyəti bu günün deyil, 30 ilin təşkilatıdır:

“Mən ən güclü, ən savadlı jurnalistlə belə, polemikaya hazıram. Mən “Azərbaycan” deyib, “Heydər baba” deyib, fəaliyyətimi quran adamam, jurnalist müzakirəsinə ehtiyacım yoxdur. Camaat mənim Bakıda keçirdiyim tədbirləri, şəhid ailələri ilə bağlı təşəbbüslərimi müzakirə etsin. Onları niyə sosial şəbəkədə paylaşıb, müzakirə etmirlər?

Məni ulu öndərimiz, bütün xalq qiymətləndirib, şəhid ailələri, qaçqınlar müdafiə edirlər. Bizim işimiz o deyil ki, illər əvvəl çap olunmuş bir kağıza görə müzakirə açaq. Daha vacib işlərimiz var. O “vizitka”nı paylaşanlar qələt ediblər”.

Qeyd edək ki, Müşfiq Əliyevin vizit kartının sosial şəbəkədə müzakirə olunmasına səbəb paylaşılan şəkildə həm elektron poçt ünvanının, həm də onun parolunun yazılmasıdır.Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...