Elmar Məmmədyarov: “Artıq erməni lobbisi də Ermənistanın gələcəyinə inanmır”
Siyaset
Oxunub: 660
3 may 2019 | 18:53
Elmar Məmmədyarov: “Artıq erməni lobbisi də Ermənistanın gələcəyinə inanmır”















“Sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib”.

“Report” xəbər verir ki, bunu Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sülh quruculuğu ilə bağlı BMT tərəfindən çox işlər görülüb: “Biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik. Azərbaycan bu üzvlüyü qazandıqdan sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlamışdı. BMT Təhlükəsizlik Şurasında təəssüf ki, məsələlərin həllində yalnız daimi üzvlər rol oynayır. Dünya dinamik inkişaf edir. Kiçik və orta ölkələr daha bərabər olmalıdır”.

E.Məmmədyarov qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir: “Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, belə olan halda bu beynəlxalq münasibətlərə də təsirsiz ötüşmür”.

XİN başçısı vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: “Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır.

Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO