"Bölgədəki gərginliyin yaranmasında məsuliyyət Ermənistanın üzərinə düşür” — Deputat
Siyaset
Oxunub: 587
4 may 2019 | 13:17
"Bölgədəki gərginliyin yaranmasında məsuliyyət Ermənistanın üzərinə düşür” — Deputat














"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan İsrailin KAN NEWS dövlət televiziya kanalına verdiyi müsahibə ilə İsrail ictimaiyyətinin fikrini aldatmağa cəhd göstərib. Hesab edirəm ki, bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Çünki İsrail dövləti və onun rəhbərliyi, eyni zamanda dünya icitmaiyyəti çox gözəl bilir ki, Azərbaycanın silah-sursat almasını bu ölkəyə onun üzləşdiyi şərait diqtə edir”.
Bunu açıqlamasında deputat Elman Nəsirov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailin telekanalına müsahibəsində İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu ölkə 30 ilə yaxındır ki, işğalçılıq siyasətinə son vermir.

“Əgər Ermənistan bu işğalçılıq siyasətinə son verərsə, Azərbaycanın heç bu qədər silah-sursat, hərbi texnika almasına da ehtiyac qalmaz. Torpaqlarımız işğal altında olduğundan Azərbaycan təkcə İsraildən deyil, o cümlədən Rusiya, Türkiyə, Belarus və digər ölkələrdən də silah-sursat alır.
Burada Ermənistanı narahat edən digər bir amil də var. Bu da ondan ibarətdir ki, Ermənistan istəsə belə İsraildən belə müasir silahlar ala bilməz. Çünki onun belə bir vəsaiti yoxdur. Ermənistan ancaq Rusiyadan 100-200 milyon dollar civarında kredit vasitəsi ilə güclə silahlar alır. Azərbaycan isə İsraildən silah almaq üçün 1,6 milyard dollarlıq müqavilə imzalayıb və onu həyata keçirir. Bu da onları ciddi narahat edir və bunun təsiri altında da Ermənistan XİN başçısı sayıqlayır. O baxımdan da Mnatsakyanın bu açıqlaması blefdir. O bu yolla nə İsrail, nə də dünya ictimaiyyətini aldada bilməyəcək”, - deyə deputat qeyd edib.
E.Nəsirov əlavə edib ki, bu gün bütün dünya kimin işğalçı, kiminsə işğala məruz qaldığını yaxşı bilir.

“Bu gün Azərbaycan işğal faktı ilə üz-üzə qalmasaydı, həmin pullar silaha deyil, regionun inkişafına, əhalimizin sosial rifah halının daha da yaxşılaşmasına yönəldirilərdi. İşğal faktı ilə üzləşdiyimizdən bizim müxtəlif ölkələrdən silah-sursat, hərbi texnika almağımız məntiqə uyğundur və bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətidir. O baxımdan da bölgədəki gərginliyin yaranmasında məsuliyyət Ermənistanın üzərində düşür”, - deyə deputat qeyd edib.

Deputat onu da bildirib ki, Azərbaycan bu silahları vitrinə qoyub nümayiş etydirmək üçün almır: “Həmin silahlar bir gün tətbiq olunacaq. Ona görə də işğalçı Ermənistan rəhbərliyi papağını qarşısına qoyub yaxşıca fikirləşməlidir. Nə qədər gec deyil, bu işğlaçılıq siyasətindən geri dursun. Ermənistan bunu nə qədər tez anlayıb, konkret addım atsa, ilk növbədə onun özünə xeyirdir. Yəni Ermənistanın işğala son qoymasından ilk faydalalan ölkə elə özü olacaq. Bu səfalətdən qurtulub inkişaf etməyə başlayacaq. Bölgədə də sabitlik və təhlükəsizlik bərqərar olacaq. İndiki qloballlaşan dövrdə bir bölgənin sabitliyi, təhlükəsizliyi, inkişafı digər bölgələrin də sabitliyinə, inkişafına müsbət təsir göstərir”.
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO