Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? - AÇIQLAMALAR
Siyaset
Oxunub: 596
7 may 2019 | 22:39
Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? - AÇIQLAMALAR














Sabiq səhiyyə naziri Əli İnsanov ötən həftə "Amerikanın Səsi”nə müsahibəsində yeni siyasi təşkilat yaradacağını elan etdi. Əli İnsanov təşkilatının partiya, birlik və hərəkat formatında təşkilat olub-olmayacağı haqda konkret fikir bildirməsə də, təşkilatın siyasi qurum olacağını bir neçə dəfə təkrarladı. Siyasi təşkilatını yaxın vaxtlarda elan edəcəyini açıqlayan sabiq nazir müxalifətdəki bir sıra qurumların adını da çəkərək müxalifət təşkilatları ilə əməkdaşlıq etməyi düşündüyünü də açıqladı.

Bəs müxalifət partiyaları Əli İnsanovun təşkilatına qoşulacaqmı və ya bu təşkilatla əməkdaşlıq edəcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Əli İnsanov hələ sadəcə sözdə yeni təşkilat yaradacağının elanını verib. Ortada konkret yaradılmış bir siyasi təşkilat hələ yoxdur:

"Ona görə də yaradılmamış, məqsədini, məramını rəsmi elan etməmiş bir təşkilatla əməkdaşlıq edib-etməməklə bağlı danışmağı ciddi hesab etmirəm. Rəsmən yaradılar, baxarıq görək necə təşkilatdır, nədir, nə istəyir, nədən ötrü yaradılıb.

Bunlara aydınlıq gələndən sonra sizin sualınıza cavab verə bilərik. Hazırda isə heç adam özü dəqiq nə yaradacağını sanki bilmir. Sadəcə deyir ki, təşkilat yaradacağıq. Mən axı bu gün üçün bilmirəm ki, nə yaradılacaq. Yaradarlar, bundan sonra mövqeyimizi ifadə edərik”.

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, Əli İnsanov təşkilatını yaratsın, məramnaməsini ortalığa qoysun, o təşkilat əməli mübarizə aparsın, ondan sonra həmin təşkilatla əməkdaşlığın olub-olmayacağı barədə danışmaq mümkündür:

""Təşkilat yaradacağam” bəyanatı vermək hələ təşkilatın yarandığı demək deyil. Bəlkə Əli İnsanov elə bir təşkilat yaradacaq ki, biz ona nəinki qoşulmayacağıq, hətta onun əleyhinə olacağıq? İkincisi, nəyə görə bizim qədər uzun illərin müxalifətçilik təcrübəsi olan qüvvə gedib ona qoşulmalıyıq?! Hələ təşkilat yaratmamışdan ortalığa iddia qoyur. Əməkdaşlıq edib-etməmək kimi məsələlər isə siyasi işin gedişatından asılı olacaq. Yaşayırıq görərik".

VİP sədri Əli Əliyev də oxşar mövqe bildirdi: "Əvvəla, uğurlar arzulayıram. İkincisi, Əli İnsanov təşkilatını yaratsın, prinsiplərini elan etsin, ondan sonra baxıb dəyərləndirərik. Bu gün üçün əlavə heç nə söyləyə bilmərəm”.

AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, Əli İnsanovun müsahibəsini oxuyub:

"İnsanov orada bəzi məsələlərə öz yanaşmasını izah etməyə çalışdı və bəzi bəyanatlarla çıxış etdi. Eyni zamanda elə həmin müsahibədə də özünün təşkilatını quracağını elan etdi. Sadəcə olaraq, ”təşkilat" dedikdə nəyi nəzərdə tutduğunu tam açmadı. Yəni bu sözün arxasında konkret olaraq partiyamı, siyasi birlikmi, hərəkatmı və başqa bir formatmı durduğunu qeyd etmədi. İstənilən halda təşkilat quraraq siyasi mübarizəyə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi Əli İnsanovun da hüququdur. O ki qaldı bizim Əli İnsanova qoşulmağımıza, belə bir məsələ bizim gündəliyimizdə yoxdur və belə bir halın müzakirəsi belə edilməyib”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd etdi ki, Əli İnsanovdan və ya onun hər hansı təmsilçisindən KXCP-yə yeni təşkilat barədə, əməkdaşlıq üçün heç bir müraciət yoxdur. Ona görə də bu mövzuda fikir bildirməyi doğru saymır.("Yeni Müsavat”)
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb