Əli Əhmədov: “Azərbaycan vətəndaşlarının ehtiyacları…”
Siyaset
Oxunub: 483
14 may 2019 | 15:00
Əli Əhmədov: “Azərbaycan vətəndaşlarının ehtiyacları…”













Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu başlayıb.

Üç gün davam edəcək tədbirdə BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılışında çıxış edən Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.

O, ölkədə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini deyib: “Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən işlər tutur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfdən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin 10 faizini təşkil edən qaçqın və məcburi köçkünlərin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması hökumətin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir”.

Ə.Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan Azərbaycan vətəndaşları sosial qayğı ilə təmin olunublar: “Təqaüdlərin, pensiyaların verilməsi, bütün bunların hamısı Azərbaycanın sosial təminat rejiminin işlədiyi gərgin rejimlərdən biridir. Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırılmalı və həll olunmalıdır.

Forum çıxışlarla davam edir.(report.az)
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"