15-05-2019, 16:18 Oxunub: 344

“Azərbaycan üçün ən önəmli məsələ ərazi bütövlüyüdür” — Millət vəkili

“Azərbaycan üçün ən önəmli məsələ ərazi bütövlüyüdür” — Millət vəkili














Azərbaycanın suverenliyi, ərazi bütovlüyü və ümumiyyətlə Helsinki Yekun Aktının prinsipləri ilə uzlaşmayan hər hansı bir sənədin tərəfimizdən qəbul olunması qeyri mümkündür.
Bunu açıqlamasında deputat Cavid Osmanov Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısı zamanı məlum bəyannamədə üzv ölkələrin ərazi bütövlüyünün tanınmaması məsələsinə mövqeyini açqılayarkən deyib.

Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi, şübhəsiz ki, Azərbaycan üçün önəmli məsələdir:

“Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə də birmənalı şəkildə bəyan edib ki, bu qurumla əməkdaşlıq məsələsində ana xətt Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğalçı Ermənistana layiq olduğu münasibətin sərgilənməsindən keçir. Bu mənada rəsmi Bakının ərazi bütövlüyümüzün əks olunmadığı hər hansı sənədə imza atması mümkün deyil. Ümumiyyətlə yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil. Birincisi ona görə ki, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn, Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək, Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Biz isə burada bunun şahdi olmuruq və o baxımdan burada məntiqsizliyin şahidi oluruq. Azərbaycanın belə sərt mövqe sərgiləməsi doğru bir addım idi. Əslində Azərbaycan bu sərt mövqeyi ilə digər ölkələrin də maraqlarından çıxş edib”.

Azərbaycan Prezidentinin Brüsselə səfərinin əhəmiyyətindən danışan C. Osmanov bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər milli maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçika Kralı Filip ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb”.

Deputat keçirilən görüşlərin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişafına və əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Deputat eyni zamanda onu da əlavə edib ki, Azərbaycan Prezidentinin Brüsseldə yüksək səviyyədə qəbul edilməsi və məhsuldar görüşlər keçirməsi, onun milli maraqlarımızın təmin olunması istiqamətində cəsarətli addımlar atması, təbii olaraq anti-azərbaycançı mərkəzləri narahat edir. “Lakin onların bu cəhdlər hər zaman boşa çıxdığı kimi bu dəfə də boşa çıxdı. Təbii ki, belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək, ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır”.
Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq” Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq” Siyaset Türkiyə prezidenti: “Qarabağ problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” Türkiyə prezidenti: “Qarabağ problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” Dunya Azərbaycan İraqın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir Azərbaycan İraqın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir Siyaset “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Sarkisyan “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Sarkisyan Dunya Rəsmi Bakıdan Riqa sammitinin yekun bəyanatı ilə bağlı – AÇIQLAMA Rəsmi Bakıdan Riqa sammitinin yekun bəyanatı ilə bağlı – AÇIQLAMA Sosial