15-05-2019, 17:49 Oxunub: 414

“İranla ABŞ arasındakı gərginlik müharibə həddinə çatmayacaq” — Millət vəkili

“İranla ABŞ arasındakı gərginlik müharibə həddinə çatmayacaq” — Millət vəkili













İranla ABŞ arasında münasibətlərin gərginləşməsi bölgədə mövcud olan xoşagəlməyən prosesləri daha da mürəkkəbləşdirib. İki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda İran nüvə proqramı ilə bağlı razılaşmaların bir qisminin dayandırması barədə rəsmi bəyanat verib. Azərbaycanın da yerləşdiyi bölgədə yeni gərginlik ocağının yaranması hansısa formada ölkəmizə də də öz təsirini göstərə bilər.
Tehranla Vaşinqton arasında yaranmış son durumu deputat Elman Nəsirovla dəyərləndirməyə çalışdıq.

“Ölkə.Az”a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, ABŞ-la İran arasındakı ənənəvi gərginlik yeni mərhələyə qədəm qoyub:

“Gərginliyin artması nəticəsində Tehran nüvə proqramı ilə bağlı sazişin müəyyən qisminin dayandırması barədə bəyantla çıxış edib. Tehranın belə addım atmasına səbəb isə Tramp administrasiyasının İrana qarşı ciddi sanksiyalar tətbiq etməsidir. Belə ki, 6 ay bundan öncə ABŞ İrana dünya ölkələrinə neft satışına ciddi qadağa qoyub. Sadəcə 8 ölkəyə müəyyən şərtlər daxilində neft satışına razılıq verib. Ancaq ABŞ həmin ölkələrin də İrandan neft alışını dayandırmağı tələb edib və hansısa ölkə İrandan neft alacağı təqdirdə onlara da sanksiya tətbiq edəcəyini bildirib. Bildiyiniz kimi bu gün İranın əsas gəlir mənbəyi neftdir və ABŞ bu yolla İranı əsas gəlirindən məhrum etmək istəyir. Digər tərəfdən ABŞ İranın metallurgiya və digər sahələrinə də sanksiya tətəbiq edib. Bu isə İran iqtisadiyyatına ciddi zərbə deməkdir. Belə olan şəraitdə də İran nüvə proqramı ilə bağlı razılaşmanın müəyyən qismini dayandırdığını bəyan edib. Rəsmi Tehran mövqeyini belə əsaslandırır”.

Deputat hesab edir ki, belə olan təqdirdə İran nüvə proqramını bərpa etməklə, nüvə silahı əldə etmək istiqamətində səylərini davam etdirə bilər: “İran məcburiyyət qarşısnda qalaraq belə bir addım atdığını bəyan edir”.

Onun fikrincə, yaranmış durum regionda mürəkkəb olan situasiyanı daha da mürəkkəbləşdirir:
“Digər tərəfdən ABŞ Hərbi donanmasına məxsus Linkoln hərbi gəmisinin Körfəzə yan alması vəziyyəti daha da dramatikləşdirib. Hesab edirəm ki, belə olan halda beynəlxalq aləm tərəflər arasında münasibətlərin yumşaldılmasına və mövcdu dramatik situasiyanın aradan qalxması istiqamətində öz səylərini göstərməlidir. Xüsusən də Avropa ölkələri və İranın nüvə proqramı sazişini imzalana ölkələr daha aktivlik nümayiş etdirərək gərginliyin azaldılmasına nail olmalıdırlar. Çünki vəziyyətin dramatikləşməsi regionda böyük müharibənin baş verməsini labüd edə bilər”.

Deputat onu da bildirib ki, bölgədə vəziyyət dramatikləşsə də, yaranmış situasiyanın müharibə müstəvisinə keçəcəyini gözləmir:

“Bu o qədər də inandırıcı deyil. Hələ 2000-ci illərdə Buş dövründə ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı konkret tarixlər, zamanlar deyilirdi. Ancaq bunların heç biri baş vermədi. Sadəcə hərbi psixoloji təzyiqlər daha da güclənə bilər, ancaq müharibə mərhələsinə keçəcəyinə inanmıram”.
Azərbaycana təsirlərinə və Azərbaycanın bu məsələdəki yerinə gəldikdə E.Nəsirov bildirib ki, bu Azərbaycanın mövqeyi birmənalıdır:
“Azərbaycan sülhsevər ölkə olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. O cümlədən ABŞ-la İran arasında yaranmış son durumun da diplomatik yolla həlinin tərəfdarıdır.

Burada digər bir məqamı xatırlatmaq istərəm. Azərbaycan nə o zaman, nə bundan sonra öz ərazisindən hansıa ölkəyə qarşı istifadəyə imkan verməyib və verməyəcək də. Bu Azərbaycanın prinspial mövqeyidir. Çünki 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı ölkəmiz ərazisindən İran qarşı istifadə edilməsinə imkan verilməyəcəyini bəyan edib. Azərbaycan bu günə kimi də həmin mövqeyinə sadiqdir və bunu qonşu İran tərəfi də yaxşı bilir. Biz İranla mehriban qonşuluq şəraitində yaşayan ölkəyik. Odur ki, Azərbaycan bölgədə istənilən gərginliyin və ya müharibə hallarının yaranmasının qarşı çıxıb, onların aradan qaldırılması istiqamətində real addımlar atıb”.
ABŞ İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır ABŞ İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır Dunya Donald Tramp İrana qarşı daha sərt sanksiya tətbiq edəcəklərini bildirib Donald Tramp İrana qarşı daha sərt sanksiya tətbiq edəcəklərini bildirib Siyaset Donald Trampdan İranla bağlı — MÜHÜM QƏRAR Donald Trampdan İranla bağlı — MÜHÜM QƏRAR Dunya Qonşuluqda təhlükəli gərginlik: Qonşuluqda təhlükəli gərginlik: "ABŞ-İran münasibətləri kəskin pisləşir" — ŞƏRH Dunya Venesueladan ABŞ-la bağlı şok qərar - Gərginlik Venesueladan ABŞ-la bağlı şok qərar - Gərginlik Dunya