16-05-2019, 16:18 Oxunub: 291

Gürcüstanın altına qoyulmuş bomba - “Somex”lər...

Gürcüstanın altına qoyulmuş bomba - “Somex”lər...















Gürcüstanda yaşayan və gürcü ad-soyadı ilə pərdələnmiş ermənilərin – “somex”lərin sayının yarım milyonu keçdiyi bildirilir.

Rusiyanın Qacar Dövləti ilə 1826-28-ci il müharibəsindən sonra ermənilərin Osmanlı və indiki İran coğrafiyasından Cənubi Qafqaza, xüsusilə, İrəvana, ətraf ərazilərə kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bununla da İrəvan şəhəri və ətraf bölgələrin köklü əhalisi olan türklərin tədricən Şimali Azərbaycan vilayətlərinə məcburi köçünə zəmin yaradıldı.

SSRİ-nin süqutundan sonra arxivlərin açılması ilə ermənilərin Qafqaza köçürülməsini əks etdirən çoxlu sənədlər də üzə çıxdı və Azərbaycan türklərinin XVII-XVIII əsrlərə dair tarixinin mütləq şəkildə saxtalaşdırıldığı aşkarlandı. Həmin sənədlər Rusiya və Sovet tarixçilərinin ermənilərə Qafqazın “köklü xalqı” statusu qazandırmaq üçün dəridən-qabıqdan necə çıxdıqları haqda təsəvvür yaradır.

Bununla belə, Azərbaycan türklərinin tarixini hər addımda saxtalaşdıran rus tarixçiləri gürcülərə münasibətdə tam fərqli mövqe tutublar. Ruslar işğaldan sonra Azərbaycan türklərinə qarşı repressiv siyasət yürüdərək, onları öz torpaqlarından didərgin salsalar da, onlar pravoslav həmrəyliyini əsas götürərək, gürcülərə toxunmurdular.

Çar Rusiyasının süqutundan sonra – 1918-ci ilin əvvəllərindən etibarən, Yaxın Şərq ermənilərinin Borçalı, Tiflis, Abxaziya ərazilərinə yeni köçü başladı. Tiflisdə türk və gürcü məhəllələri yaxınlığında yeni erməni kvartalları salındı. Ermənilərin yeni məhəllələri bir qayda olaraq, rus ordularının hərbi hissələrinə yaxın yerlərdə qurulurdu. Burada əsas məqsəd daim rus hərbçilərinin himayəsi altında olmaq idi.

Lakin müəyyən dövr keçdikdən sonra həmin ermənilərin əksəriyyəti pravoslavlığa keçərək, özlərinə gürcü ad-soyadları götürməklə “könüllü assimilyasiyaya uğradılar”. Sovet hakimiyyətinin ilk illərində Tiflisdə və Gürcüstanın başqa ərazilərində məskunlaşan ermənilər artıq öz milli adət-ənənələrindən imtina edərək, “gürcüləşmişdilər”. Onlar hətta anket sənədlərində də özlərini “gürcü” kimi təqdim edirdilər.

Məlumatlara görə, hazırda “somex” adlandırılan həmin gürcüləşmiş ermənilərin sayının artıq yarım milyona çatdığı bildirilir. Onları gerçək gürcülərdən fərqləndirmək isə demək olar, mümkün deyil. “Somex”lər bir zamanlar Osmanlı İmperiyasında müsəlmanlığı qəbul etmiş yəhudilərlə – “Şabtai”lərlə müqayisə oluna bilərlər. Şabtailər Osmanlı dövlətində müəyyən mövqelər tutduqdan sonra Qərb dövlətlərinin İmperiyanın dağıdılması planında yaxından iştirak etmişdilər.

Analoji vəziyyət indi Gürcüstanda “somex”lərlə bağlı yaranıb. Onlar təmiz gürcüləri ölkənin ictimai-siyasi və mədəni həyatından tədricən sıxışdırmaqda və erməni separatizmini körükləməkdədirlər. O baxımdan, “somex”lər həqiqətən də, Gürcüstanın altına qoyulmuş bomba hesab olunmalıdırlar.

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan arasında son dövrlərdə meydana gələn müəyyən anlaşılmazlıqların, xüsusilə də Keçikçidağ silsiləsi ətrafında gərginliyin yaranmasında “somex”lərin barmağının olduğu deyilir. Ona görə də, hər iki dövlətin siyasətçiləri və ictimai xadimləri “somex” təxribatlarına qarşı birgə mübarizə aparmalıdırlar.
www.yenicag.az
Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki… Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki… Siyaset Ermənilər yenə də oğurluqlarından qalmadılar... - FOTO Ermənilər yenə də oğurluqlarından qalmadılar... - FOTO Iqtisadiyyat Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda… Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda… Siyaset Azərbaycan və rus tarixçilər arasında qarşıdurma — VİDEO Azərbaycan və rus tarixçilər arasında qarşıdurma — VİDEO Siyaset Erdoğandan ermənilərlə bağlı ŞOK mesaj - “Türklər və ermənilər bölgənin iki qədim millətidir” Erdoğandan ermənilərlə bağlı ŞOK mesaj - “Türklər və ermənilər bölgənin iki qədim millətidir” Dunya